Məhkəmə qərarları › İş №2(021)-18/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-18/2024

16.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-18/2024 16.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mustafayeva Lalə Ruslan qızının katibliyi ilə, İddiaçı1 Cavabdeh qarşı “icarəsində olan torpaqdan qanunsuz istifadə edən şəxsin çıxarılması və qanunsuz hərəkətlərə son qoyulması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı1 Cavabdeh qarşı “icarəsində olan torpaqdan qanunsuz istifadə edən şəxsin çıxarılması və qanunsuz hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bərdə rayonu Samux kənd ərazisində yerləşən zəbt etdiyi icarəsində olan kənd təsərrüfatı təyinatlı cəmi 4.8 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-18/2024 saylı, 22 aprel 2024-cü il tarixli qərardadına əsasən İddiaçı2 İddiaçı1 Cavabdeh qarşı “icarəsində olan torpaqdan qanuunsuz istifadə edən şəxsin çıxarılması və qanunsuz hərəkətlərə son qoyulması” tələbinə dair mülki iş üzrə iddiaçı olmuş mərhum İddiaçı1 hüquqi varisi kimi əvəz edilmişdir. İşə mahiyyəti üzrə baxılması üçün məhkəmə iclası 16 iyul 2024-cü il tarixə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, belə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddələrinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259,260-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ İddiaçı1 Cavabdeh qarşı “icarəsində olan torpaqdan qanunsuz istifadə edən şəxsin çıxarılması və qanunsuz hərəkətlərə son qoyulması” tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar