Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-181/2021 08.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı oğlunun nümayəndəsi X1 Cavabdeh iştirakları ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarılma ” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona məxsus Bərdə rayonu Gərənə kəndi ərazisində yerləşən 1.07 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin ölçülərək onun istifadəsinə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, onun mülkiyyətində 1.83 ha torpaq sahəsi vardıır. Həmin torpaq sahəsinin 1.07 ha hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdehdən torpaq sahəsindən çıxmasını tələb etsə də məhəl qoymamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(021)-181/21 saylı qərardadı ilə iddia tələbinin torpaq sahəsinin ölçülərək onun istifadəsinə qaytarılması hissəsində Azərbaycan Respublikası MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə icraata xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərərk, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 07.03.1994-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1003 saylı arayışdan görünür ki, İddiaçı Bərdə rayon Gərənə kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş A № 282250 saylı Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bərdə rayon Gərənə kəndində yerləşən 1.073 ha torpaq sahəsinin hüquq subyekti İddiaçıdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı Çıxarışdan görünür ki, Bərdə rayon Gərənə kəndində yerləşən 1.073 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Mingəçevir Layihə Tədqiqat İdarəsinin 622 nömrəli 18.12.2020-ci il tarixli Mütəxəssis rəyində qeyd olunmuşdur: iddiaçı və cavabdehin iştirakı ilə cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən **********67 reyestr nömrəsi ilə iddiaçının xüsusi mülkiyyət hüququ ilə hüquqları qeydiyyata alınmış 1.073 ha torpaq sahəsinin RX 1329399saylı və AN 282250 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatlarda tutulmuşdur və müəyyən olunundu ki, iddiaçının sənəd üzrə mülkiyyətə verilmiş 1.073 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.76 ha hissəsindən Cavabdeh, 0.31 ha hissəsi isə digər şəxs tərəfindən istifadə olunur. İş materiallarında olan Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC–nin iş üzrə mübahisəli torpaq sahəsinin inventarladırılmasına dair ekspertiza xərclərinə dair smetasından müəyyən edilir ki, ekspertiza xərci 160.55 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Mədaxil qəbzindən görünür ki, iddiaçılar tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə mütəxəssis rəyini əsas götürərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mütəxəssis rəyində qeyd olunmuşdur ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən **********67 reyestr nömrəsi ilə iddiaçının xüsusi mülkiyyət hüququ ilə hüquqları qeydiyyata alınmış 1.073 ha torpaq sahəsinin RX 1329399saylı və AN 282250 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatlarda tutulmuşdur və müəyyən olunundu ki, iddiaçının sənəd üzrə mülıkiyyətə verilmiş 1.073 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.76 ha hissəsindən Cavabdeh, 0.31 ha hissəsi isə digər şəxs tərəfindən istifadə olunur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, ekspertiza xərci 160.55 manat Cavabdeh alınaraq Hesab: AZ23AİİB********************, VÖEN **********,Bank: Kapital Bank ASC 1 saylı Xətai filialı , Kodu: 200071,VÖEN:**********,M/H:AZ37NABZ********************.S.W.İ.F.T: AİİBAZ 2X hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 10 manat məbləğində rüsum da cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarılma ” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən **********67 reyestr nömrəsi ilə Bərdə rayonu Gərənə kəndində yerləşən iddiaçı İddiaçı məxsus 1.073 ha torpaq sahəsinin 0.76 ha hissəsindən çıxarılsın. Ekspertiza xərci 160.55 manat Cavabdeh alınaraq Hesab: AZ23AİİB********************, VÖEN **********,Bank: Kapital Bank ASC 1 saylı Xətai filialı , Kodu: 200071,VÖEN:**********,M/H:AZ37NABZ********************.S.W.İ.F.T: AİİBAZ 2X hesabına köçürülsün. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-181/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-181/2021
08.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver