Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-181/2022 02.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı payların müəyyənləşdirilib naturada ayrılması ilk iddia tələbinə və Cavabdeh1 İddiaçı, Cavabdeh2 qarşı ilk iddia tələbinin rədd edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmədə iddia qaldıraraq, Bərdə rayonu Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə Bərdə rayon Mehdili kəndində 0.03 ha pay torpaq sahəsi üzrə onların mülkiyyətlərinə verilmiş JN-113A KOD-61012018 saylı və 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə Bərdə rayon Mehdili kəndində 0.19 ha pay torpaq sahəsi üzrə onların mülkiyyətlərinə verilmiş JN-113B KOD-61012018 saylı torpaq şəhadətnaməsində Cavabdeh1 və Cavabdeh2 paylarının müəyyənləşdirib naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək cavabdehlərin (ilkin iddiaçıların) iddia ərizəsində göstərdiyi torpaq sahəsinin ona məxsus olmasını nəzərə alınmaqla və ilkin iddiaçı anası İddiaçı İsbi qızı iddia ərizəsini özü imza etmədiyindən iddianın bütünlüklə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də iddia Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı payların müəyyənləşdirilib naturada ayrılması ilk iddia tələbinə və Cavabdeh1 İddiaçı, Cavabdeh2 qarşı ilk iddia tələbinin rədd edilməsi qarşılıqlı iddia tələbi barədə vermiş olduğu iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-181/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-181/2022
02.02.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver