Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1817/2023 06.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçi X2 iştirakları ilə, Ərizəçi X2 qohumluq faktının təsdiqi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X5 ərizə ilə məhkəməyə müraciət edərək mərhumə anası X6 X*0 anası olması faktının müəyyən tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X5 ərizəsini onunla əsaslandırmışlar ki, mərhumə Bərdə rayon sakini X20 ilə 02 iyun *968-ci il tarixdə rəsmi olaraq ailə qurub evləniblər. Vəli Cəfərov 30 iyun 20*5-ci il tarixdə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Həyat yoldaşı Vəli Cəfərovun anası X6 adına Bərdə rayon Nazırlı kəndində yerləşən pay torpaq sahəsi var. Ağca Qasımova *6 iyun 2000-ci il tarixdə vəfat etdikdən sonra pay torpaq sagəsini Vəli Cəfərov, o, vəfat etdikdən sonra o, istifadə etməyə başlayıb. Qeyd etdiyi torpaq sahəsi rəsmi olaraq X6 adına olmuşdur. Vəli Cəfərov vəfat etdikdən sonra torpaq sahəsini sənədləşdirmək istəyir. Bununla bağlı Asan xidmət mərkəzinin notariat kontoruna müraciət etdikdə isə ondan mərhum X*0 doğum haqqında şəhadətnaməsini tələb edirlər. X*4 müraciəet etdikləri zama Vəli Cəfərovun anası olmasına dair hər hansı bir sənədi tələb edə bilməyib . Bunun üçündə mərhum Qasımova Ağcanın adına olmuş pay torpaq sahəsini onun adına sənədləşdirməkdən imtina edirlər. Hazırda oda məcbur qalıb məhkəməyə müraciət edib. Məhkəmə iclasında ərizəçi X5 ərizəni müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, ərizəçi ilə ilə qonşudur, Qasımova Ağca onun qaynanası olmuşur. Lakin ərizəçinin həıyat yoldaşı Vəlinin anası Ağca olması barədə sənədi olmadığından qaynanası Ağcadan qalan mirası öz adına sənədləşdirə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*2 izahatında göstərmişdir ki, ərizəçi ilə ilə qonşudur, X**ynanası olmuşdur, lakin ərizəçinin həyat yoldaşı Vəlinin anası Ağca olması barədə sənədi olmadığından qaynanası Ağcadan qalan mirası öz adına sənədləşdirə bilmir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE 06806893 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X7 XX.XX.*940-cı ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE 0432*3*2 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X* rayonu, Nazırlı kəndində doğulmuşdur, Bərdə şəhəri, Sabir küçəsi ev 42 A ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx *952-ci ildə Bərdə rayonu, Qazaxlar kəndində doğulmuşdur, Bərdə rayonu Nazırlı kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayonu, Şatırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *35 nömrəli, *3 mart 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonunda yaşayır. İş materiallarında olan AZ-**0055 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X20 ilə 2 iyul *968-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir, nikahdan sonra arvada Cəfərova soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 735409 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X20 30 iyun 20*5-ci ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayonu, Şatırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *32 nömrəli, 09 mart 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, X3 rayonu Nazırlı kəndində yaşamış, həmin kənddə 30 iyun 20*5-ci ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayonu, Şatırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *33 nömrəli, 09 mart 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Bərdə rayonu, Nazırlı kəndində yaşamış mərhumə X6 ailə üzvləri oğlu X20, gəlini Ərizəçi, nəvəsi X*5, nəvəsi X2*, nəvəsi X*3, nəvəsi X*6, nəvəsi X8 ibarətdir. İş materiallarında olan Bərdə rayonu, Şatırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *4* nömrəli, 09 mart 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Bərdə rayonu, Nazırlı kəndində yaşamış mərhum X*0 ailə üzvləri oğlu arvadı Ərizəçi, oğlu X*5, oğlu X2*, qızı X*3, qızı X*6, oğlu X8 ibarətdir. İş materiallarında olan Bərdə rayon, Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03 mart 2023-cü il tarixli, 350-05/69 nömrəli arayışdan müəyyən olunur ki, 0* iyun *905-ci ildə Bərdə rayonunda anadan olmuş X*7 0* yanvar *94*-ci ildən *6 fevral 2000-ci ilədək nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Bərdə rayon, Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *0 mart 2023-cü il tarixli, AZ-İ 058089 nömrəli arayışdan müəyyən olunur ki, X*7 *6 fevral 2000-ci ildə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 3-*6-5/8-*5-*53/2023 saylı, 27 mart 2023-cü il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin *3.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X6 X*0 anası olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X6 X*0 anası olması faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1817/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1817/2023
06.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver