Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1836/2023 31.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı2 və vəkili X5 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və X2 Cavabdeh qarşı “torpaqdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və X9 Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Bərdə rayon Mustafaağalı kəndində yerləşən onlara məxsus 3,33 ha. torpaq sahələrinin 0,50 hektarından çıxarılmasına və dövlət rüsumu hesabına ödənilmiş 100 manat pulun alınaraq onlara verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, onlara - İddiaçı1, X3 (ölmüşdür), İddiaçı2, X6 (Rusiyadadır), X7 Bərdə rayon Mustafaağalı kəndində 3,33 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN: 573 saylı kod 61000078 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı da alınmışdır. Yuxarıda qeyd edilən pay torpaq sahəsi onlara tanıdılmış, həmin pay torpaq sahələrinin əkibbecərmiş dolanışıqlarını təmin etmişlər. Bir neçə ildir ki, yəni 2021-2022-ci illərdə həmkəndliləri Cavabdeh mülkiyyətlərində olan 3,33 ha. pay torpaq sahələrinin 0,50 hektarını zəbt etmiş, öz torpaq sahəsinə qataraq traktorla şumlatdırmışdır. Onun bu hərəkətinə dəfələrlə irad tutsa da bir nəticəsi olmamış, bu isə ailələrinin maddi durumuna öz təsirini göstərmişdir. Onların torpaqları üzərində sahiblik və istifadə hüquqları pozulmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 vəkili X10 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər iddiaçılara qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə gəlmiş iddiaçının marağının gəlməmiş iddiaçıların marağı ilə eyni olduğundan işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər Cavabdeh qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE №0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1958-ci il tarixdə Bərdə rayon Mustafaağalı kəndində anadan olmuşdur. Bərdə rayon Mustafaağalı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1982-ci il tarixdə Bərdə rayon Mustafaağalı kəndində anadan olmuşdur. Bərdə rayon Mustafaağalı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1990-cı il tarixdə Bərdə rayon Mustafaağalı kəndində anadan olmuşdur. Tərtər rayon Dəmirçilər kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İ №810750 nömrəli Arayışdan görünür ki, X8 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mustafaağalı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 73 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı2 Bərdə rayon Mustafaağalı kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Torpağa mülkiyyət hüququna dair JN-573 KOD- 61000078 saylı Dövlət Aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 12 nömrəli qərarı ilə 3.33 ha torpaq sahəsi Bərdə rayon Mustafaağalı kənd sakinləri İddiaçı1, X1, İddiaçı2, X4 və X2 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dölət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-1836/2023 saylı, 26 may 2023-cü il tarixli mülki işi üzrə İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı "torpaqdan çıxarılma" tələbinə dair mülki iş üzrə Bərdə rayon Məhkəməsinin 15 may 2023- cü il tarixli 2(021)-1836/2023 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini ilə əlaqədar araşdırma aparılmışdır, araşdırma zamanı iddiaçının və cavabdehin iştirakı ilə məhkəmə qərardadında mübahisələndirilən torpaq sahəsinin koordinatları naturada təyin edilərək TEKUİS məlumat bazası ilə müqaisə edilmişdir. TEKUÍS məlumat bazasına əsasən JN- 573 saylı KOD 61000078 torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş Bərdə rayon Mustafaağalı kəndində yerləşən 3.33 ha torpaq sahəsinin 0.0716 ha hissəsi Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. Məhkəmə iş üzrə mütəxəssis rəyini əsas götürərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mütəxəssis rəyində qeyd olunmuşdur ki, JN-573 saylı KOD 61000078 torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş Bərdə rayon Mustafaağalı kəndində yerləşən 3.33 ha torpaq sahəsinin 0.0716 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Bərdə rayonu Mustafaağalı kəndində yerləşən 3.33 ha torpaq sahəsinin 0.0716 ha hissəsindən Cavabdeh çıxarılmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119.1-cİ maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçılara ödənilməlidir. Həmçinin iş üzrə mütəxəssis rəyi üçün ödənilmiş 138.60 manat Cavabdeh alınaraq iddiaçılara ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və X2 Cavabdeh qarşı “torpaqdan çıxarılma” tələbinə dair iddia tələbi qismən təmin edilsin. İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Bərdə rayonu Mustafaağalı kəndində yerləşən 3.33 ha torpaq sahəsinin 0.0716 ha hissəsindən Cavabdeh çıxarılsın. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və X7 ödənilsin. İş üzrə mütəxəssis rəyi üçün ödənilmiş 138.60 manat Cavabdeh alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və X7 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1836/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1836/2023
31.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver