Məhkəmə qərarları › İş №2(021)-1837/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1837/2023

20.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1837/2023 20.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı Ərizəçi, Cavabdehlər Maraqlı şəxs1 və Maraqlı şəxs2 iştirakları ilə, İddiaçı Ərizəçi cavabdehlər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, X5 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ”barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı Ərizəçi cavabdehlər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, X5 qarşı ərizə ilə müraciət edərək, cavabdehlərin X7 vərəsələri olmaları və mirasının qəbul etmələri faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Ərizəçi iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlərin mərhum ataları Əmrahov Mülkǝdar Hüseyn oğluna 16.000 manat pul vermişdir. Onun dələduzluq əməlinə görə barəsində Azərbaycan Respublikasının CM nin 178.2.2 ci və 178.2.4 cü maddələri ilə cinayət işi başlanaraq təqsirli bilinməklə məhkəməyə verilmişdir. X4 vəfat etdiyi üçün xx.xx.2023 cü il tarixdə Bərdə rayon məhkəməsinin 1(021)-6 saylı qərarı ilə cinayət işinə xitam verilmişdir. İstintaq gedən vaxtı Daşınmaz Əmlakın 7 saylı Bərdə ərzi idarəsi tərəfindən verilmiş məktubda görünür ki mərhumun ailə üzvləri ilə birgə Bərdə rayon Körpüqıran kəndində 0.88 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi və 023 ha JN75 A həyətyani torpaq sahəsi eyni ilə də 0.02 ha JN 75C, JN 75B 005 ha həyətyani torpaq sahəsi mərhumun adına qeydiyatda olması aşkarlanmışdır. Cavadehlər kimi qeyd etdiyi şəxslər mərhum X7 övladlarıdır. Bütün əmlakları vərəsələri olaraq qəbul etdikləri üçün mirasın onların qəbul etmələrinə dair qətnamənin çıxarılmasını istəyir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər tərəfindən mərhum X7 mirasının qəbul etmələri faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ərizəçi iddia ərizəsinə uyğun izahat verərərk, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh cavabdeh Maraqlı şəxs1 bildirdi ki, atasının adına olan əmlakları o istifadə edir. Bacıları ailə qurub çoxdan ata yurdunu tərk etmişlər. Məhkəmə iclasında cavabdeh Maraqlı şəxs2 bildirdi ki, atasına məxsus olan torpaq sahəsinin az bir hissəsini o istifadə edir. Bacıları ailə qurub çoxdan ata yurdunu tərk etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Maraqlı şəxs3 və X5 qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə işirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE №******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci il tarixdə Bərdə rayon Türkmən kəndində anadan olmuşdur. Bərdə rayon Lək kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 539 saylı xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Ərizəçi Bərdə rayon Divanlı kəndində yaşayır. Mülki işə əlavə edilmiş RX seriyalı, №0761780 nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli, **********50 reyestr nömrəli X7 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayonu Körpüsındıran kəndində kənd təsərrüfat təyinatlı 0.88 ha torpaq sahəsi xüsusi mülkiyyət növü ilə X7, X8, Maraqlı şəxs1, X9 ümumi birgə mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-075A KOD- 61008068 saylı Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə 0.23 ha torpaq sahəsi Bərdə rayon Körpüqıran kənd sakinləri X7, X8, Maraqlı şəxs1, X9 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-075B KOD- 61008068 saylı Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə 0.05 ha torpaq sahəsi Bərdə rayon Körpüqıran kənd sakinləri X7, X8, Maraqlı şəxs1, X9 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-075C KOD- 61008068 saylı Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə 0.02 ha torpaq sahəsi Bərdə rayon Körpüqıran kənd sakinləri X7, X8, Maraqlı şəxs1, X9 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisindən məhkəmə tərəfindən verilmiş sorğuya xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X7 barəsində vərəsəlik işinin açılıb- açılmamasına dair “Elektron notariat” X1 məlumat axtarışı bazasına nəzər salınmış 10 iyul 2023-cü il tarixədək olan dövrə heç bir məlumat aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş Bərdə rayon Körpüsındıran bələdiyyəsinin və Bərdə rayon Kələntərli kənd İN-nin tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən müəyyən olunur ki, X11 özünə məxsus olan torpaq sahələrinin öğluna satmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə mürciət etmək üçün 140 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 1(021)6/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X3 Pərvanə Telman qızına Bakı şəhərində jurnalistlərə tikilən evlərdən yalandan vəd verib etibarından sui-istifadə edib aldadaraq vahid niyyətlə 15 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində 13000 (on üç min) manat, 18 sentyabr 2021-ci il tarixdə Bərdə şəhərində 3000 (üç min) manat olmaqla ümumilikdə 16000 (on altı min) manat pulunu ələ keçirərək zərərçəkmiş Ərizəçi xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Beləliklə, məhkəmə tərfindən müəyyən olundu ki, mərhum X7 CM-nin 178-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Bərdə rayon Məhkəməsinin icraatında olmuşdur. Həmin cinayət işi üzrə iddiaçı Ərizəçi zərəçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs X11 məhkəmə icraatı dövründə vəfat etdiyindən cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilmişdir Hazırda iddiaçı X11 vəfat etdiyindən borcun onun vərəsələrindən tutulmasına zəmin yaranılması üçün hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən sorğular verilmiş və müəyyən olunmuşdur ki, X7 adına Bərdə rayonu, Körpüsındıran kəndində 4 nəfər ailə üzvü- X12, Maraqlı şəxs1, X13 ilə birlikdə 0.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X2 adına Bərdə rayonu, Körpüsındıran kəndində 4 nəfər ailə üzvü - X12, Maraqlı şəxs1, X13 ilə birlikdə 0.23 ha, 0.05 ha vǝ 0.02 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir. X7 barəsində vərəsəlik işinin açılıb- açılmamasına dair “Elektron notariat” X1 məlumat axtarışı bazasına nəzər salınmış 10 iyul 2023-cü il tarixədək olan dövrə heç bir məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Bərdə rayon Körpüsındıran bələdiyyəsinin və Bərdə rayon Kələntərli kənd İN-nin tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən müəyyən olunur ki, X11 özünə məxsus olan torpaq sahələrinin oğluna satmışdır. Düzdür həmin alqı-satqı qanunvericiliklə nəzərdə tutulmuş qaydada olmasa da, aktın məzmunundan müəyyən edilir ki, torpaq sahələri Maraqlı şəxs1 istifadə edir. Məhkəmə iclasında cavabdehlər Maraqlı şəxs1 və Maraqlı şəxs2 atalarına məxsus torpaq sahələrini faktiki olaraq istifadə etdiklərini bildirdilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının məhkəmə müəyyən edir. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, cavabdehlər Maraqlı şəxs1 və Maraqlı şəxs2 mərhum X6 miras qalmış Bərdə rayonu, Körpüsındıran kəndində yerləşən 4 nəfər ailə üzvü ilə birlikdə 0.23 ha, 0.05 ha vǝ 0.02 ha həyətyanı torpaq sahəsini miras əmlak kimi qəbul etməsi faktı müəyyən olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi digər cavabdehlər Maraqlı şəxs3 və X5 münasibətdə təmin olunmamalıdır. Belə ki, onlar çoxdan ailə quraraq ata yurdunu tərk etmişlər və miras əmlakdan faktiki olaraq istifadə etmirlər. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş 140 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən mərhum X6 miras qalmış Bərdə rayonu, Körpüsındıran kəndində yerləşən 4 nəfər ailə üzvü ilə birlikdə 0.23 ha, 0.05 ha vǝ 0.02 ha həyətyanı torpaq sahəsini miras əmlak kimi qəbul etməsi faktı müəyyən olunsun. İddia tələbi qalan hissədə təmin ounmasın. İş üzrə ödənilmiş 140 manat dövlət rüsumu cavabdehlər Maraqlı şəxs1 və Maraqlı şəxs2 alınaraq iddiaçı Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar