Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1842/2022 30.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı oğunun , Cavabdeh1 iştirakları ilə, İddiaçı oğunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Bərdə Regional “ASAN” Xidmət Mərkəzinə və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı̇ " Publı̇ k hüquqi ṅ ısxəş̇ 7̇ saylı Bərdə Ərazi ənisəraḋ ı̇ qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və miras əmlaklara varəsəlik hüququnun tanınması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı oğu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Bərdə Regional “ASAN” Xidmət Mərkəzinə və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı̇ " Publı̇ k hüquqi ṅ ısxəş̇ 7̇ saylı Bərdə Ərazi ənisəraḋ ı̇ qarşı iddia qaldıraraq, cavabdehlər X10 və Cavabdeh2 Bərdə regional «Asan xidmət» mərkəzində notariat ofisi tərəfindən X4 miras əmlaklarına görə xx.xx.2020-ci il tarixdə V-5 və V-6 nömrəli vərəsəlik işi üzrə 2V-794 və 2V-795 reyestr nömrəli xx.xx.2020-ci il tarixli və Tərbiyə Paşayevanın xx.xx.2020 2020-ci il tarixdə V-6 nömrəli vərəsəlik işi üzrə 2V-8 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və onun Paşayeva Pakizə İbrahim qızından və X2 miras qalan həmin əmlaklara varəsəlik hüququnun tanınmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdirlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum ataları X11 ilə mərhum anaları X4 birgə nikahından onlar- Cavabdeh2, Cavabdeh1, X14, X24 qizi, mərhumə X15 qizi və o- İddiaçı anadan olmuşdurlar. Valideynlərinin başqa övladları olmamışdır. Bərdə rayon Qeydiyyat şöbəsinin doğum haqqında akt qeydləri kitabında edilmiş qeydə əsasən Paşayev Balabəy oğlu onların atası, X12 anaları hesab edilmişdir. O, mərhum ataları Balabəy Paşayev və mərhumə anaları Pakizə Paşayeva ilə, həmçinin mərhumə bacıları Tərbiyə Paşayeva ilə Bərdə rayonu, Yenidaşkənd kəndində yerləşən evlərində yaşamış və valideynləri digər övladları ilə bərabər ona də həmişə diqqət və qayğı göstərmiş, heç birini fərqləndirməmişlər. O da həmişə valideynlərinə və mərhum bacısı Tərbiyəyə hörmət etmiş, onlara qulluq etmiş, cavabehlərlə də həmişə mehriban olmuşlar. O, ailə həyatı qurandan sonra da ata evlərində yaşamış və evin tikintisi yarımçıq olmuş, evin tikintisini özü başa çatdırmış, təmir etdirmişdir. Cavabdeh2 1991-ci ildən, qardaşı Elçin Paşayev 1992-ci ildən, bacısı Afət Paşayeva isə 1996-cı ildən Rusiya Federasiyasında yaşayırlar və Rusiya vətəndaşıdırlar. Anasına və bacisına birgə yaşamaqla o qulluq etmiş, 03 may 2010-cu il tarixdə anası Pakizə Paşayeva öləndən sonra onun yasını özü vermişdir. Cavabdeh2 həmin vaxt Rusiyada yaşamış, hətta yas mərasiminə gəlməmişdir. Anasından sonra isə X19 və o həmin evdə və həyətdə yaşamış, pay torpaq sahəsini əkib becərmişlər. X19 ailə həyatı qurmamış və 20 oktyabr 2016-cı il tarixdə ölmüşdür. Anası və bacısı öləndən sonra onların miras əmlakları olan pay torpaqlarını, yaşayış evini, həyətyanı sahəni, yaşayış evinin içərisində əşyalari-mebeli, servantı, çarpayıları, xalçaları və digər əşyaları faktiki o qəbul etmişdir. Hətta işıq və qaz sayğacları da onun adınadır, qazın, işığın, torpağın rüsumunu da özü ödəmişdir. Cavabdeh1 evdə onlarla mütəmadi yaşamamışdır. Yalnız xx.xx.2017-ci ildə evləndikdən sonra həmin evdə yaşamağa başlamış və evdə yaşamağa başlayan kimi də onlarla münaqişələr yaratmışdır. O da münaqişədən yayınmaq üçün başqa yerdə dahal tikib, ora köçərək, xx.xx.2018-ci il tarixdən ata evlərini tərk etmişdir. O, miras əmlakları faktiki qəbul edəndən sonra notariat ofisinə müraciət etməyi lazım olduğunu bilmədiyi üçün daha heç bir yerə müraciət etməmişdir. Ancaq yaxın vaxtlarda məlum olmuşdur ki, qardaşları Cavabdeh1 və Cavabdeh2 ondan xəbərsiz Bərdə regional «Asan xidmət» mərkəzində notariat ofisinə müraciət etmişlər, onlara Bərdə regional «Asan xidmət» mərkəzində notariat ofisi tərəfindən Pakizə Paşayevanın miras əmlaklarına görə xx.xx.2020-ci il tarixdə V-5 və V-6 nömrəli vərəsəlik işi üzrə 2V-794 VƏ 2V-795 reyestr nömrəli xx.xx.2020-ci il tarixli və Tərbiyə Paşayevanın miras əmalkına görə xx.xx.2020-ci il tarixdə V-6 nömrəli vərəsəlik işi üzrə 2V-8 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Cavabdehlər qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamələri Bərdə rayon İHB Yenidaşkənd İcra nümayəndəliyi tərəfindən vərəsələrin gizlədilməsi barədə verilmiş saxta arayış əsasında almışlar. Həmçinin Torpağın mülkiyyətə verilməsinə dair JN - 206A nömrəli 61****38 kodlu şəhadətnamənin əsli onda olduğu halda onların hansı şəhadətnamə əsasında Çıxarış almaları məlum deyildir. Cavabdeh1 isə həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bərdə Ərazi idarəsi tərəfindən Çıxarışlar alaraq, evi və torpağı öz adına keçirtdiyini bildirmişdir. Yuxarıda göstərilənlərdən və iddia ərizəsinə əlavə edilən sübutlardan də məlum olur ki, o, miras açılandan əvvəl və sonra anası Pakizənin və bacısı Tərbiyənin pay torpaqlarını, yaşayış evini, həyətyanı sahəni, yaşayış evinin içərisində əşyalari-mebeli, servantı, çarpayıları, xalçaları və digər əşyaları miras əmlakı faktiki qəbul edib, ona sahib durduğumdan, idarə etdiyimdən, əvvəllər də istifadə etdiyimdən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş qanunvericiliklə tələb edilən müddəti ötürməmişdir. O, həmin miras əmlaklara öz mülkiyyəti kimi münasibət bəsləmiş, lazımi vəziyyətdə saxlamış, xərc çəkmiş, vergiləri ödəmişdir. Lakin cavabdehlər Bərdə regional ASAN xidmət mərkəzində notariat ofisinə ondan xəbərsiz bütün sənədləri toplayaraq, həmin notariusa qanun üzrə vərəsəlik şəhadətnaməsinin onlara verilməsi ilə bağlı müraciət edərək Pakizə Paşayevanın və Tərbiyə Paşayevanın yeganə vərəsələrinin olduğunu bildirməklə ona məxsus olan əmlakı saxta yolla ələ keçirmişlər. Çünki cavabdehlər onun vərəsə olduğunu və anasın və bacisının miras əmlaklarını faktiki qəbul etdiyini bilirdilər. Cavabdehlər qəsdən ondan da vərəsə olduğunu gizlədərək, mirasları öz adlarına qəbul ediblər. Hətta cavabdehlər Yenidaşkənd kənd icla nümayəndəliyindən yalnız Eynur və Cavabdeh2lərin vərəsə olmaları saxta vərəsəlik arayışı almış və onun vərəsəliyini gizlətmişlər. Bununla da onu mirasdan məhrum çalışmışlar. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı oğu iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 oğu iddia tələbini qəbul etmədiyini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 oğu, Bərdə Regional “ASAN” Xidmət Mərkəzinin və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı̇ " Publı̇ k hüquqi ṅ ısxəş̇ 7̇ saylı Bərdə Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Cavabdehlərin nümayəndələrinin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AA № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1970-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş AG №1852095 nömrəli doğum haqqında şəhadətnmənin surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. X1, anası X7r. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 844-05/69 nömrəli Arayışdan görünür ki, X11 ilə X13 xx.xx.1966-cı il taixdə Bərdə rayonu Şatırlı kənd icra nümayyəndəliyində nikah balamışdırlar. Nikah bağlandıqdan sonra ərə Paşayev, arvada Paşayeva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 20-05/69 nömrəli Arayışdan görünür ki, X11 xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 19-05/69 nömrəli Arayışdan görünür ki, X12 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 11-05/69 nömrəli Arayışdan görünür ki, xx.xx.1943-cü ildə Bərdə rayonu Dilənçilər kəndində anadan olmuş X4 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə 13 oktyabr 1990-cı ildən 03 may 2010-cu ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşliq Vəziyyəti aktları üzrə yoxlama aparılmış və X4 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Vİİ-JQ №287791 nömrəli doğum haqqında şəhadətnmənin surətindən görünür ki, X9 xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. X1, anası X7r. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 842-05/69 nömrəli Arayışdan görünür ki, X9 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 843-05/69 nömrəli Arayışdan görünür ki, 19 dekabr 1962-ci ildə Bərdə rayonu Yenidaşkənd kəndində anadan olmuş X3 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə 19 dekabr 1980-cı ildən 23 aprel 2019-cu ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşliq Vəziyyəti aktları üzrə yoxlama aparılmış və X3 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 12-05/69 nömrəli Arayışdan görünür ki, Cavabdeh2 xx.xx.1972-ci il tarixdə anadan olmuşdur. X1, anası X7r. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli, 1815**6458 qeydiyyat nömrəli, Seriya RX № ******* nömrəli Çıxarışdan görünür ki, Bərdə rayon Yeni Daşkənd kəndində 1.03 ha torpaq sahəsi X4, Cavabdeh2, Cavabdeh1, X3 ümumi birgə mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Torpağın mülkiyyətə verilməsinə dair JN-206A KOD- 61****38 saylı Şəhadətnamədən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1997-ci il tarixli, 205 nömrəli qərarı ilə 0.31 ha torpaq sahəsi Bərdə rayon Yeni Daşkənd kənd sakinləri X4, Cavabdeh2, Cavabdeh1 və X3 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, 182**13673 qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bərdə rayon Yeni Daşkənd kəndində 0.31 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 182.20 kv.m olan fərdi yaşayış evi X4 adına rəsmiləşdirilmişdir. ( X4 fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə, Cavabdeh2 torpaq sahəsi ümumi birgə, Cavabdeh1 torpaq sahəsi ümumi birgə, X3 torpaq sahəsi ümumi birgə) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 61**13086291-10301 reyestr nömrəli fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, Bərdə rayon Yeni Daşkənd kəndində 0.31 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hüquq subyekti X7r. İş materiallarına əlavə olunmuş Cavabdeh1 notarial qaydada təsdiq olunmuş xx.xx.2020-ci il taixli ərizəsində qeyd etmişir ki, xx.xx.2010-cu il tarixdə onun Bərdə rayonu Yeni Daşkənd kəndində yaşayan anası X12 vəfat etmişdir. Miras əmlak Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən ibarətdir. Ondan başqa vərəsələri var: qardaşı- Cavabdeh2. Bərdə rayonu Yeni Daşkənd kəndində göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh2 notarial qaydada təsdiq olunmuş xx.xx.2020-ci il taixli ərizəsində qeyd etmişir ki, xx.xx.2010-cu il tarixdə onun Bərdə rayonu Yeni Daşkənd kəndində yaşayan anası X12 vəfat etmişdir. Miras əmlak Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən ibarətdir. Ondan başqa vərəsələri var: qardaşı- Cavabdeh1. Bərdə rayonu Yeni Daşkənd kəndində göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. (Həmin ərizə Cavabdeh2 əvəzinə Bərdə Regional “ASAN Xİdmət” Mərkəzində notariat ofisində xx.xx.2019-cu il taeixdə verilmiş 7E-30833 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh1 tərəfindən imzalanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X3 vərəsələri Cavabdeh2 və Cavabdeh1dur. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə X5 verilmiş 61**13048524 reyestr nömrəli, 1815**6458 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən ümumi sahəsi 1.03 ha olan torpaq sahəsinin X5 məxsus olan hissəsindən ibarətdir. Qeyd: miras əmlakın 1/2 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X4 vərəsələri Cavabdeh2 və Cavabdeh1dur. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə X8 verilmiş 61**13048524 reyestr nömrəli, 1815**6458 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən ümumi sahəsi 1.03 ha olan torpaq sahəsinin X8 məxsus olan hissəsindən ibarətdir. Qeyd: miras əmlakın 1/2 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş A № 472414 nömrəli xx.xx.2020-ci il tarxli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindinin surətindən görünür ki, Bərdə rayon Yeni Daşkənd kəndində yerləşən 1.03 ha torpaq sahəsinin hüququ subyekti Cavabdeh1dur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, 182****271 qeydiyyat nömrəli, Cavabdeh1 adına verilmiş Çıxarışdan görünür ki, Bərdə rayon Yeni Daşkənd kəndində yerləşən 1.03 ha torpaq sahəsi Cavabdeh2 və Cavabdeh1 ümumi birgə mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Cavabdeh2 notarial qaydada təsdiq olunmuş xx.xx.2020-ci il taixli ərizəsində qeyd etmişir ki, 20 oktyabr 2016-cı il tarixdə onun Bərdə rayonu Yeni Daşkənd kəndində yaşayan bacısı X9 vəfat etmişdir. Miras əmlak Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən torpaq sahəsindən ibarətdir. Ondan başqa vərəsələri var: qardaşı- Cavabdeh1. Bərdə rayonu Yeni Daşkənd kəndində göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. (Həmin ərizə Cavabdeh2 əvəzinə Bərdə Regional “ASAN Xİdmət” Mərkəzində notariat ofisində xx.xx.2019-cu il taeixdə verilmiş 7E-30833 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh1 tərəfindən imzalanmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh1 notarial qaydada təsdiq olunmuş xx.xx.2020-ci il taixli ərizəsində qeyd etmişir ki, 20 oktyabr 2016-cı il tarixdə onun Bərdə rayonu Yeni Daşkənd kəndində yaşayan bacısı X9 vəfat etmişdir. Miras əmlak Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən torpaq sahəsindən ibarətdir. Ondan başqa vərəsələri var: qardaşı- Cavabdeh2. Bərdə rayonu Yeni Daşkənd kəndində göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X4 vərəsələri Cavabdeh2 və Cavabdeh1dur. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X8 verilmiş 61**13086291-10301 reyestr nömrəli, 182**13673 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən ümumi sahəsi 182.2 kv.m, yaşayış sahəsi 76.1 kv.m, köməkçi sahəsi 106.1 kv.m 3 otaqlı fərdi yaşayış evindən və ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X8 verilmiş 61**13086291-10301 reyestr nömrəli, 182**13673 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən ümumi sahəsi 0.31 ha olan torpaq sahəsinin X8 məxsus olan hissəsindən ibarətdir. Qeyd: miras əmlakın 1/2 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X3 vərəsələri Cavabdeh2 və Cavabdeh1dur. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X5 verilmiş 61**13086291-10301 reyestr nömrəli, 182**13673 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən ümumi sahəsi 0.31 ha olan torpaq sahəsinin X5 məxsus olan hissəsindən ibarətdir. Qeyd: miras əmlakın 1/2 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə olunmuş Azəriqaz İB tərəfindən tərtib edilmiş abonentin saldosundan görünür ki, ünvan 1 ünvanına quraşdırılmış qaz sayğacı İddiaçı adına rəsmiləşdirilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.20222-ci il tarixli 656 nömrəli məktubundan görünür ki, İddiaçı ərizə ilə müraciətinə əsasən “03 may 2010-cu ildə vəfat etmiş anası X6 və 20 oktyabr 2016-cı ildə vəfat etmiş bacısı X16 qizinin vəfatından sonra irs qalmış miras emlakın bir hissəsinə dair Bərdə regional «ASAN-Xidmət Mərkəzinin notariat ofisində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və onun adının vərəsələr siyahısına daxil edilməməsi” bildirilmişdir. Bərdə rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarına əlavə olunmuş Mədaxil qəbzindən görünür ki, iddiaçılar tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 1** manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Bərdə rayon Yeni Daşkənd kəndində 1.03 ha torpaq sahəsi X4, Cavabdeh2, Cavabdeh1, X3 ümumi birgə mülkiyyətində olmuşdur. Bərdə rayon Yeni Daşkənd kəndində 0.31 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 182.20 kv.m olan fərdi yaşayış evi X4 adına rəsmiləşdirilmişdir. ( X4 fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə, Cavabdeh2 torpaq sahəsi ümumi birgə, Cavabdeh1 torpaq sahəsi ümumi birgə, X3 torpaq sahəsi ümumi birgə). X12 və X9 vəfat etdikdən sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mərhumların torpaq sahələrinə və fərdi yaşayış evinə pay hüququna dair vərəsəlik şəhadətnaməsi almışdırlar. Hazırda iddiaçı həmin vərəsəlik hüququq haqqında Şəhadətnamələrin etibarsız hesab edilməsi və Paşayeva Pakizə İbrahim qızından və X2 miras qalan həmin əmlaklara varəsəlik hüququnun tanınmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin vərəsəlik hüququ haqqında Şəhadətnamələrin etibarsız hesab edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə Vərəsəlik işinə dair iş notariat orqanından tələb edilmiş və müəyyən olunmuşdur ki, İddiaçı vərəsə kimi qeyd olunmamış, notariat orqanına çağrılmamışdır. Bununla da vərəsəliyə çağırılmalı olan şəxslərin dairəsi gizlədilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 və Cavabdeh1 verilmiş xx.xx.2020-ci il tarixli xx.xx.2020-ci il vərəsəlik hüququ haqqında Şəhadətnamələr etibarsız hesab olunmalıdır. Məhkəmə həmçinin iddiaçının Paşayeva Pakizə İbrahim qızından və X2 miras qalan həmin əmlaklara vərəsəlik hüququnun tanınması tələbinə dair münasibətdə hesab edir ki, Paşayeva Pakizə İbrahim qızından və X2 miras qalmış əmlklara İddiaçı vərəsəlik hüququ tanınmalıdır. MM-nin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1225.1-ci maddəsinə əsasən, vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Həmin Məcəllənin 1225.3-cü maddəsinə əsasən, əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin olunduğundan ödənilmiş 1** manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh2 verilmiş xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il vərəsəlik hüququ haqqında Şəhadətnamələr etibarsız hesab olunsun. Cavabdeh1 verilmiş xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il vərəsəlik hüququ haqqında Şəhadətnamələr etibarsız hesab olunsun. Paşayeva Pakizə İbrahim qızından və X2 miras qalan həmin əmlaklara İddiaçı vərəsəlik hüququ tanınsın. Ödənilmiş 1** manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1842/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1842/2022
30.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver