Məhkəmə qərarları › İş №2(021)-186/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-186/2021

18.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-186/2021 18.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə ilə, İddiaçı cavabdehlər X2 və X6 qarşı “torpaqdan çıxarılma və maddi ziyan” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər X1, X4 müştərək qaydada 936 ədəd yonca kipinin alınıb ona verilməklə 2.96 ha torpaq sahəsindən çıxarılmasına , cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulmasına və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, onlara məxsus JN 266 KOD 61000028 saylı dövlət aktı ilə 3.15 ha torpaq sahəsini cavabdehlər qanunsuz istifadə edirlər. Bu barədə vermiş olduqları şikayətlə bağlı mütəxəsislər gələrək 2.96 ha pay torpaq sahəsini onlara tanıtdırmışlar. Buna baxmayaraq cavabdehlər 350 ədəd yonca kipi birinci üzdə , 300 ədəd 2-ci üzdə 6 ədədi isə 3-cü üzdə biçərək, 40.000 manat dəyərində cəmi 936 ədəd kip aparmışlar. Cavabdehlərdə dəfələrlə həmin kipləri tələb etsələr də , onlar əhəmiyyət verməmişlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia t\l\binə dəqiqləşdirmə verərək, cavabdehlər X1, X4 müştərək qaydada 936 ədəd yonca kipinin alınıb ona verilməsinə, kip olmadıqda dəyəri olan 3744 manat pulun alınıb verilməklə 2.96 ha torpaq sahəsindən çıxarılmasına , cavabdehlərin qanunsuz hərəkətlərinə qadağan edilməsinə və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər X2 və X6 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər iclasa gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZE № 05271070 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 01.06.1969-cu il tarixdə Yevlax rayon Varvara kəndində anadan olmuşdur. Bərdə rayon Bəcrəvan kəndində qeydiyyatdadır. Bərdə rayon İcra Hakimiyyəti başçısının Bəcrəvan kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 17.07.2020-ci il tarixli, 176 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu, Bəcirəvan kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Torpağa mülkiyyət hüququna dair JN-266 Kod 61000028 Dövlət aktından görünür ki, İddiaçı və onun ailə üzvlərinə 3.15 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyesteri Xidməti tərəfindən verilmiş 11.01.2021-ci il tarixli Mütəxəssis rəyində qeyd olunur: JN 266 saylı KOD 61000028 saylı Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı ilə İddiaçı mülkiyyətyinə verilmiş 3.15 ha torpaq sahəsinin sərhədləri Nəsimi adına təsərrüfatın ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən naturada yəyin edildi.Məlum oldu ki, iddiaçının mülkiyyətinə verilmiş 3.15 ha torpaq sahəsinin 1.38 ha hissəsi cavabdeh X3 tərəfindən istifadə edilir. Qalan hissəsi isə digər şəxslər tərəfindən istifadə edilir. İş materiallarına əlavə olunmuş mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, sözügedən torpaq sahəsi halhazırda iddiaçı və onun ailə üzvlərinin mülkiyyətindədir və həmin torpaq sahəsinin 1.38 ha hissəsindən cavabdeh X3 istifadə edir. Qalan torpaq sahəsindən isə qeyri-müəyyən şəxslərin istifadə etdiyi məlum olmuşdur. Məhkəmə qeyd edir ki, iddia tələbi maddi ziyan və torpaqdan çıxarılma tələblərindən ibarətdir. Məhkəmə iddia tələbinin torpaqdan çıxarılma hissəinə münasibətdə qeyd edir ki, iş üzrə mütəxəssis rəyini əsas götürərək hesab edir ki, iddia həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, mütəxəssis rəyində qeyd olunmuşdur ki, JN 266 saylı KOD 61000028 saylı Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı ilə İddiaçı mülkiyyətyinə verilmiş 3.15 ha torpaq sahəsinin sərhədləri Nəsimi adına təsərrüfatın ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən naturada yəyin edildi.Məlum oldu ki, iddiaçının mülkiyyətinə verilmiş 3.15 ha torpaq sahəsinin 1.38 ha hissəsi cavabdeh X3 tərəfindən istifadə edilir. Qalan hissəsi isə digər şəxslər tərəfindən istifadə edilir. Beləliklə məhkəmə iş üzrə mütəxəsis rəyini əsas götürərək, JN 266 saylı KOD 61000028 saylı və cavabdehin iddiaya etiraz etməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi torpağın 1.38 ha hissəsinə iddiaçının sahiblik və istifadə hüquqları bərpa edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması hissəsi ilə bağlı iddiaçının sahiblik və istifadə hüquqları bərpa olunduğundan həmin hissədə də iddia təmin olunmalı və cavabdehə qanunsuz hərəkətlər edilməsi qadağan olunmalıdır. Məhkəmə iddia tələbinin 3744 manat ziyan hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı həmin halı Bərdə rayon X9 tərəfindən verilmiş Rəyə istinadən istəmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, əkilən məhsul real olmadığından və dəymiş zərər real olmadığından xəyali hesablamalar yolu ilə ziyanın məbləğinin müəyyən olunması yolverilməzdir. Odur ki, iddia tələbi həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, iddiaçılara məxsus olan torpaq sahəsinin 0,17ha hissəsi cavabdeh tərəfindən istifadə edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqlarının və X5 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X2 və X6 qarşı “torpaqdan çıxarılma və maddi ziyan” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh X8 İddiaçı məxsus olan Bərdə rayonu Mollagüllər kəndində yerləşən 3.15 ha torpaq sahəsinin 1.38 ha hissəsindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin olunmasın. Ödənilmiş 10 manat dövlət rüsumu cavabdeh X1 alınaraq İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar