Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1867/2022 31.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı11, Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 nümayəndəsi X2, Bərdə rayon Hüseynalılar bələdiyyəsinin sədri X10 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, Quliyev X31, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı icarə müqaviləsinin və həmin müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, ümumi istifadə olan örüş sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı icarə müqviləsinin və həmin müqavilə əsasında verilmiş çıxarışın etibarsiz hesab edilməsi, ümumi istifadə olan örüş sahəsindən çıxarılma bu müqavilə əsasında cavabdeh Bağırov İsmayıl oğlunun adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9,İddiaçı10, İddiaçı11 iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yaşayırlar. Qaradırnaq kəndində 104 ha örüş sahəsi ayrılmış, həmin torpaq sahəsinin 61.5 ha kənd sakinlərinin istifadəsində, qalan 42.5 ha hissəsini isə qanunsuz olaraq icarəyə verilmişdir. Hüseynallar kəndində isə 123 ha ümumi örüş sahəsi var və həmin örüş sahəsinin 59.5 ha hissəsi kənd sakinlərinin örüş sahəsi, qalan 63.5 ha hissəsi isə qanunsuz olaraq icarəyə verilmişdir. Ümumilikdə 106 ha örüş sahəsi icarəyə verilmişdir. Bələdiyyə mülkiyyətində olan ümumi istifadədə olan örüş sahələrinin Bərdə rayon Qaradırnaq, hüseynallar kənd Bələdiyyəsi tərəfindən Cavabdeh1 oluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ümumilikdə 106 ha torpaq sahəsini qanunsuz olaraq 50 il müddətinə icarəyə vermişdir. Onlar həmin kənddə yaşamaqla heyvandarlıqla məşğul olurlar, lakin onlara heyvan saxlamaq üçün verilən torpaq sahəsini Bələdiyyə qanunsuz olaraq icarəyə vermişdir. Qanuna əsasən ümumi istifadədə olan torpaq sahələri icarəyə verilə bilməz. Lakin Bələdiyyə heç bir əsaslı səbəb olmadan 10-15 il əvəzinə 50 il müddətinə icarəyə vermiş və bu barədə hər biri ayrı-ayrılıqda çıxarış almışlar. Bərdə rayon Qardırnaq kənd bələdiyyəsi tərəfindən Cavabdeh2 verilən JN 4541 kod61004018 dövlət aktı ilə 10 aprel 2003-cü il tarixli, 4 saylı qərarı ilə, 15 mart 2004-cü il tarixdə 01 saylı icarə müqaviləsi ilə 50 il müddətinə icarəyə verilən 8.5 ha torpaq sahəsinin, Cavabdeh1 verilən JN 5020 KOD 61004018 saylı dvölət aktı ilə 20 yanvar 2002-ci il tarixli 3 saylı icarə müqaviləsinə əsasən 50 il müddətinə icarəyə verilən 45 ha torpaq sahəsinin, Bərdə rayon Qaradırnaq Bələdiyyəsinin 05 fevral 2022-ci il tarixli 2 saylı qərarı ilə 20 mart 2022-ci il tarixli 3 saylı icarə müqaviləsi ilə 15 ha torpaq sahəsinin və JN 8910 kod 61004048 saylı dövlət aktının Cavabdeh5 verilən 02 iyun 2003-cü ildə sahəseçmə aktı ilə 50 il müddətinə icarəyə verilən 3.5 ha torpaq sahəsinin, 07 may 2003-cü ildə Cavabdeh4 50 il müddətinə verilən 13,7 ha torpaq sahəsinə icarə və istifadə hüququ verən sənədlərin etibarsız hesab edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı11 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa İddiaçı2 izahatında bildirmişdir ki, onlara bir az torpaq lazımdır. Məhz bu səbəbdən də iddia qaldırmışlar. Əslində onlara əlavə 10-15 ha torpaq sahəsi verilsə, cavabdehlərlə işləri olmaz. İddiaçılar İddiaçı9 Zakir oğluna, İddiaçı10 məhkəmə iclasının vaxı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçılar İddiaçı9 Zakir oğlunun və İddiaçı10 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 nümayəndəsi X7, Bərdə rayon Hüseynalılar bələdiyyəsinin sədri X17 iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh5, 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestir Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi məhkəmə iclasına gəlməmişdr. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh3 və Cavabdeh5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə cavabdehlər Cavabdeh3 və Cavabdeh5, 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş üzrə iddiaçıların, cavabdehlərin izahatını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Mülki işə əlavə olunmuş, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı5 xx xxxxxx 1981-ci ildə Bərdə rayonu, qaradırnaq kəndində doğulmuşdur, Bərdə rayonu, Qaradırnaq kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş, AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı11 xx xxxx 1970-ci ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı10 02 avqust 1988-ci ildə Bərdə rayonu, Qaradırnaq kəndində doğulmuşdur, Bərdə rayonu, Qaradırnaq kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş, AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı9 xx xxxxxx 1983-cü ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş, AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı8 xx xxxx 1987-ci ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı7 xx xxxxxxxx 1976-cı ildə Bərdə rayonu, Qaradırnaq kəndində doğulmuşdur, Bərdə rayonu, Qaradırnaq kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı6 xx xxxx 1973-cü ildə Bərdə rayonu Hüseynallar kəndində doğulmuş, Bərdə rayonu, Hüseynallar kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı4 xx xxx 1973-cü ildə Bərdə rayonu, Qaradırnaq kəndində doğulmuşdur, Bərdə rayonu, Qaradırnaq kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı3 xx xxxx 1975-ci ildə Bərdə rayonu, Qaradırnaq kəndində doğulmuşdur, Bərdə rayonu, Qaradırnaq kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı2 25 fevral 1963-cü ildə Bərdə rayonu Hüseynallar kəndində doğulmuşdur, Bərdə rayonu Qaradırnaq kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı1 xx xxxxxxxx 1962-ci ildə Bərdə rayonu, Mustafaağalı kəndində doğulmuşdur, Bərdə rayonu, Qaradırnaq kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayonu, Hüseynalılar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 158 nömrəli, 15 mart 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı4 Bərdə rayonu Qaradırnaq kəndində yaşayır. Mülki işə əlavə olunmuş Bərdə rayonu, Hüseynalılar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 139 nömrəli, 15 mart 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Əlili X13 rayonu Qaradırnaq kəndində yaşayır. Mülki işə əlavə olunmuş Bərdə rayonu, Hüseynalılar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 140 nömrəli, 15 mart 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı6 Bərdə rayonu Hüseynalılar kəndində yaşayır. Mülki işə əlavə olunmuş Bərdə rayonu, Hüseynalılar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 141 nömrəli, 15 mart 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı7 Bərdə rayonu Qaradırnaq kəndində yaşayır. Mülki işə əlavə olunmuş Bərdə rayonu, Hüseynalılar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 145 nömrəli, 15 mart 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı10 Bərdə rayonu Qaradırnaq kəndində yaşayır. Mülki işə əlavə olunmuş Bərdə rayonu, Hüseynalılar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 142 nömrəli, 15 mart 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı1 Bərdə rayonu Qaradırnaq kəndində yaşayır. Mülki işə əlavə olunmuş Bərdə rayonu, Hüseynalılar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 144 nömrəli, 15 mart 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı2 Bərdə rayonu Qaradırnaq kəndində yaşayır. Mülki işə əlavə olunmuş Bərdə rayonu, Hüseynalılar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 145 nömrəli, 15 mart 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı5 Bərdə rayonu Qaradırnaq kəndində yaşayır. Mülki işə əlavə olunmuş Bərdə rayonu, Hüseynalılar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 146 nömrəli, 15 mart 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X1 rayonu Qaradırnaq kəndində yaşayır. Mülki işə əlavə olunmuş Bərdə rayonu, Hüseynalılar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 147 nömrəli, 15 mart 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı11 Bərdə rayonu Hüseynalılar kəndində yaşayır. Mülki işə əlavə olunmuş Bərdə rayonu, Hüseynalılar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 148 nömrəli, 15 mart 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı9, Bərdə rayonu Qaradırnaq kəndində yaşayır. Mülki işə əlavə edilmiş Bərdə rayonu, Hüseynalılar kənd bələdiyyəsinin 10 aprel 2003-cü il tarixli 04 saylı iclas protokolundan çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu Hüseynalılar Bələdiyyəsinin mülkiyyətində olan əkinə yararsız torpaq sahəsində heyvandarlığı inkişaf etdirmək məqsədi ilə 8,5 hektar BEF-da olan əkinə yararlı torpaq sahəsindən isə kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə 11,0 hektar olmaqla, cəmi 19,5 hektar torpaq sahəsi ayrılaraq Hüseynalılar kənd sakini Cavabdeh2 uzun müddətli (50 il müddətinə) icarəsinə verilmişdir. Mülki işə əlavə edilmiş Torpaq sahəsinin icarəyə verilməsi haqqında 04 saylı 15 dekabr 2004-cü il tarixli icarə müqaviləsinin surətindən müəyyən olunur ki, Bərdə rayon Hüseynallar bələdiyyəsinin 10 aprel 2003-cü il tarixli 04 saylı qərarına əsasən X8 icarəsinə maldarlıq və əkin üçün 19.50 ha torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş JN 5020 KOD 61004018 torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayonu Hüseynallar bələdiyyəsinin 20 yanvar 2002-ci il tarixli 01 saylı qərarı və 25 mart 2004-cü il tarixli 01 saylı icarə müqaviləsi ilə Hüseynalılar bələdiyyəsi ərazisindən heyvandarlığın inkişafı üçün 45 ha torpaq sahəsi 50 il müddətinə Cavabdeh1 icarəsinə verilmişdir. Mülki işə əlavə edilmiş JN 8910 KOD 61004048 torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayonu Hüseynallar bələdiyyəsinin 05 fevral 2002-ci il tarixli 02 saylı qərarı və 20 mart 2002-ci il tarixli 03 saylı icarə müqaviləsi ilə Hüseynalılar bələdiyyəsi ərazisindən heyvandarlığın inkişafı üçün 15 ha torpaq sahəsi 50 il müddətinə Cavabdeh1 icarəsinə verilmişdir. Mülki işə əlavə edilmiş JN 6214 KOD 61004018 torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayonu Hüseynallar bələdiyyəsinin 10 aprel 2003-cü il tarixli 04 saylı qərarı və 30 may 2004-cü il tarixli 04 saylı icarə müqaviləsi ilə Hüseynalılar bələdiyyəsi ərazisindən heyvandarlığın inkişafı üçün 2.50 ha torpaq sahəsi 25 il müddətinə X3 icarəsinə verilmişdir. Mülki işə əlavə edilmiş Bərdə Rayon Polis Şöbəsinin 14 iyun 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, X4 və X9 tərəfindən Bərdə rayon Qaradırnaq kənd qış otlaq sahəsinin özbaşına istifadə olunması faktı ilə bağlı cinayət işinin başlanılması rədd edilmişdir. Mülki işə əlavə edilmiş Bərdə rayonu, Hüseynalılar bələdiyyəsinin 14 aprel 2003-cü il tarixli 04 saylı iclas protokolundan çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu Hüseynalılar bələdiyyəsinin mülkiyyətində olan 3.50 ha torpaq sahəsi 50 il müddətinə Allahverdiyev Ərşad haqverdi oğluna icarəyə verilmişdir. Mülki işə əlavə edilmiş Bərdə rayonu Qaradırnaq bələdiyyəsinin 05 mart 2003-cü il tarixli 03 saylı iclasın qərarına əsasən 13.7 ha torpaq sahəsi 50 il müddətinə Cavabdeh4 icarəsinə verilmişdir. Mülki işə əlavə edilmiş Bərdə rayonu Qaradırnaq bələdiyyəsinin 05 fevral 2022-ci il tarixli, 02 saylı iclas protokolundan çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu, Qaradırnaq bələdiyyəsinin mülkiyyətində olan 5.3 ha torpaq sahəsi 50 il müddətinə Cavabdeh3 icarəyə verilmişdir. Mülki işə əlavə edilmiş Bərdə rayonu, Hüseynalılar bələdiyyəsinin 05 nömrəli, 25 iyul 2022-ci il tarixli arayışından müəyyən olunur ki, Bərdə rayonu, Hüseynalılar bələdiyyəsinin Qaradırnaq kənd üzrə 104,10 ha qismən əkinə yararlı örüş təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 65 ha hissəsi ümumi istifadəyə verilmiş, 39,10 ha hissəsi isə bələdiyyənin mülkiyyətindədir. Bələdiyyənin büdcəsini inkişaf etdirmək üçün 39,10 ha torpaq sahəsi müəyyən şəxslərə icarəyə verilmişdir. Torpaq İslahatı gedən vaxtı 24 iyul 1998-ci il tarixli 07 saylı iclaz protokoluna əsasən ümumi istifadəyə verilmiş 65 ha torpaq sahəsinə toxunulmamışdır, hal-hazırda Qaradırnaq kənd camaatının istifadəsindədir. Mülki işə əlavə edilmiş Bərdə rayonu, Hüseynalılar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 4 nömrəli, 25 iyul 2022-ci il tarixli arayışından müəyyən olunur ki, Bərdə rayonu, Hüseynalılar bələdiyyəsinin mülkiyyətində 104.10 ha örüş təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 65 ha hissəsi ümumi istifadəyə verilmiş, 39,10 ha hissəsi isə bələdiyyənin mülkiyyətində qalmışdır. Həmin 39,10 ha torpaq sahəsi bələdiyyə tərəfindən müəyyən şəxslərə icarəyə verilmişdir, qalan 65 ha torpaq sahəsi hal-hazırda Bərdə rayonu, Qaradırnaq kənd sakinlərinin ümumi istifadəsindədir. Həmin 65 ha torpaq sahəsinə toxunulmamışdır. Mülki işə əlavə edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmş etirazda göstərilmişdir ki, iddianın heç bir hüquqi əsası yoxdur, iddiaçıların tələb etdiyi torpaq sahəsi örüş torpağıdır, onların icarəsində olan torpaqlar isə bələdiyyənin mülkiyyətində olan torpaq sahəsidir, qanuni şəkildə hər biri müqavilə bağlamışdır, tələb olunun, qanun vericilikdə nəzərdə tutulan icarə haqqını ödəmişdir və həmin torpaqdan kənd təsərrüfatı təyinatı olaraq istifadə edirlər, kənd adamlarıdır, başqa dolanışıq və gəlir yerləri yoxdur, yalnız həmin torpaqdan istifadə edirlər, ailələrini həmin torpaqda\ əkib becərdikləri kənd təsərrüfatı məhsullarından gələn gəlir hesabına dolandırırlar. Bələdiyyənin mülkiyyətinə Qaradırnaq kəndində 104 ha, Hüseynalılar kəndində isə 123 ha torpaq sahəsi ayrılmışdır. Qaradırnaq kənddində olan 104 ha bələdiyyə torpağının 65 ha hissəsi kənd camaatının ümumi istifadəsində olan örüş torpaqlarıdır, qalan 39.10 ha torpaq sahəsi isə müəyyən şəxslərin icarəsindədir, həmçinin Hüseynalılar kəndində bələdiyyəsinin mülkiyyətində olan 123 ha torpaq sahəsinin 59 ha hissəsi kənd camaatının ümumi istifadəsində olan örüş torpaq sahəsidir, qalan 64 ha hissəsi isə müəyyən şəxslərin icarəsindədir. Verilmiş iddia ərizəsi ilə bağlı məhkəmə qanunvericiliyin aşağıdakı normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının mahiyyətindən də görünür ki, hazırki iş üzrə ilkin iddia tələbini iddiaçılar məhkəmə araşdırması zamanı sübut edə bilməmişlər. Bundan başqa məhkəmə həmçinin onu da vurğulamağı zəruri hesab edir ki, iddiaçılar cavabdehlərin adına rəsmləşdrilmiş torpaq sahələrinin örüş torpaq sahələri olmasını məhkəmədə dəfələrlə vurğulamış olsa da, dəlillərini əsaslandıra biləcək sübut və ya fakt məhkəməyə təqdim edə bilmədilər. Əksinə olaraq cavabdeh tərəfindən təqdim edilmiş elektron xəritələrin çıxarışlarından, mübahisəli torpaq sahələri örüş torpaq sahələri olmaması təsdiq edilmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, Quliyev X31, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 və İddiaçı11 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı icarə müqaviləsinin və həmin müqavilə əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, ümumi istifadə olan örüş sahəsindən çıxarılma tələbinə dair iddiaları əsassız olduğundan təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1867/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1867/2022
31.08.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver