Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1868/2021 11.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X7 iclas kаtibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «doğumun qeydə alınma faktının müəyyən edilməsinə» dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 12.06.2016-cı il tarixdə Bərdə rayonu, Lənbəran kəndində doğulan X2 doğunun qeyd edilmə faktını, o cümlədən atası X4 anası isə Ərizəçi olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Buna baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Həmin maddədə qeyd olunmuşdur ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Bu Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «doğumun qeydə alınma faktının müəyyən edilməsinə» dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəsi baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ _______________________________________________________________________ _________ Poçt indeksi: AZ 0900, Tel: (020) 205-04-80; Faks: 5-20-52 Ünvan: Bərdə şəhəri, Gəncə küçəsi, 4 Elektron poçElektron ünvan : 08 aprel 2021-ci il İş № 2(021)- 150/2021 MƏHKƏMƏ BİLDİRİŞİ Ərizəçi X1 (Bərdə şəh. R.Rza küçəsi ev 29) Maraqlı şəxs Surəti: Maraqlı şəxsnə (Bərdə şəh. Koroğlu küçəsi 7/4) Ərizəçi X10, X5, Ələkbərova (Mustafayeva) Nərmin Arif qızı, X8, X9 və X3 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət tələbinə dair iddia ərizəsi üzrə mülki işə 29 aprel 2021-ci il tarixdə, saat 09.35-ə Bərdə Rayon Məhkəməsinin inzibati binasında baxılacaqdır.Odur ki, göstərilən tarixdə şəxsiyyətinizi təsdiq edən sənəd təqdim etməklə məhkəmə iclasında iştirak etməyinizi xahiş edirik. Məhkəmə iclasına gəlmədiyiniz halda iştirakınız olmadan işə baxılacağı barədə xəbərdar olunursunuz. Göstərilən tarixədək iddia ilə bağlı etiraz, izahat və sübutlarınızı məhkəməyə təqdim edə bilərsiz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89-cu maddəsinə əsasən yazılı sübut kimi təqdim etdiyiniz sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti olmazsa həmin sənədlər sübut kimi qiymətləndirilməyə bilər. Hörmətlə, hakim: Əyyub Kərimov QEYDLƏR: Ünvan sahibi olmadığı təqdirdə məhkəmə bildirişini qəbul edən şəxs imkan olan kimi onu ünvan sahibinə verməlidir. Xəbər verilən və ya çağırılan şəxs məhkəməyə gəlməli və ya gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirməli və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.
Məhkəmə qərarları › İş №2(021)-1868/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1868/2021
11.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver