Məhkəmə qərarları › İş №2(021)-1869/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1869/2024

03.09.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1869/2024 03.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X8 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdeh nümayəndəsi X2 iştirakı ilə İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdehnə (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “İşə bərpa” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh tərəfindən barəsində qəbul edilən xx.xx.2023-cü il tarixli əmrin məhkəmə qaydasında ləğv edilməsinə və digər məktəblərdə vakant olan gənclərin çağırışaqədərki hazırlıq rəhbəri və ya işinə uyğun təsərrüfat müdiri vəzifəsinə bərpa edilməsinə və ödənilməmiş 1/3 hissə əmək haqqının ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 1981-ci ildə Xankəndi şəhərində anadan olmuşdur. Məcburi köçkündür, ailəlidir, iki azyaşlı övladı var. Orta məktəbi bitirdikdən sonra 2002-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin tarix fakültəsinin bitirmişdir. Daha sonra həqiqi hərbi xidmətə yollanmış, 2003-cü ildə həqiqi hərbi xidmətini başa vurub qayıtmışdır. xx.xx.2003-cü ildən əmək fəaliyyətinə başlayıb, həmin tarixdə Ağdam rayonu 53 nömrəli tam orta məktəbində gənclərin çağırışaqədərki hazırlıq rəhbəri və eyni zamanda ixtisası üzrə 12 saat tarix müəllimi təyin edilmişdir. Barəsində qəbul olunmuş 15 sentyabr 2023-cü il tarixli əmri əsassız və qanunsuz hesab edir. İşlədiyi müddətdə işinin öhdəsindən layiqincə gəlmiş və bu müddət ərzində hər hansı əmək intizamı pozuntusuna yol verməmiş və rəhbərlik tərəfindən hər-hansı bir irad almamışdır. Fasiləsiz olaraq 20 ildən çoxdur hərbi rəhbər, həm də tarix məllimi işləyir. Müəllim kimi fəaliyətə başlayandan Yeni Azərbaycan Partiyasının və Həmkarlar İttifaqının fəal üzvüdür. 2017-ci ildə hərbi rəhbər kimi müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanından uğurla keçmiş, buna görə də onun hərbi rəhbər vəzifə əmək haqqı artırılmışdır. 2023-cü ilin sentyabırın 15-dən işlədiyi məktəbə şagird qəbulunu hazırkı iş üzrə Cavabdeh dayandırmışdır. 10-11-ci siniflər bağlandığı üçün hərbi rəhbər vəzifəsi əmək haqqı dayandırılmışdır. Cavabdehnə dəfələrlə yazılı müraciət etmişdir ki, onu digər boş olan məktəblərin birinə köçürsünlər. Lakin çox təəssüflər olsun ki, bunu etməmişlər. Onun əmək haqqı ciddi azaldığı üçün çox çətin duruma düşmüş, psixoloji sarsıntı keçirmişdir. Bu barədə yuxarı instansiyalara rəsmi şikayət ərizələri yazmışdır. Onun şikayəti əsasında X4 araşdırıb yoxlamış və Cavabdeh rəis əvəzi işləyən Anar Məcidova 701 manat cərimə yazmış və onun əsas iş yeri və müddətsiz müqaviləsi olduğu aşkar edilmişdir. Şikayətlərindən sonra yığılıb qalan, almadığı vəzifə əmək haqqının 2/3 hissəsi ödənilmişdir. Hələ də hal-hazırda onun adı hərbi rəhbər kimi əmək müqaviləsi olan sistemdə qalmışdır. Bu günə qədər ona uyğun boşalan vakant yerlər çox olmuş, ancaq qərəzli olaraq yerləşdirilməmişdir. İşlədiyi yaşayış yerinə yaxın məktəblərin birində boş olan yerlərdə hərbi rəhbər kimi ya da ona uyğun təsərrüfat müdiri kimi onu işlə təmin etmirlər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 iddianı qəbul etməyərək göstərdi ki, təhsil sistemində bəzi dəyişikliklər olmuş, azsaylı şagirdlər olan məktəblər ləğv olunmuş və məktəbdə olan şagirdlər digər məktəblərə keçirilmişdir. İşğaldan azad edilən ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində məcburi köçkünlərin doğma yurdlarına köçürülməsi prosesi başladığından məcburi köçkün şagirdlərin təhsil alması üçün yaradılmış Ağdam rayonu 53 saylı tam orta məktəbinin də ləğvi prosesi gedir. Həmin prosesin tərkib hissəsi kimi iddiaçının işlədiyi tam orta məktəbdə 10-11 siniflər ləğv olunduğuna görə orada hərbi hazırlıq dərsləri keçirilmədiyindən iddiaçıya boş dayanma kimi əməkhaqqının 2/3 hissəsi ödənilir. Hazırda iddiaçı heç bir əmrlə işdən çıxarılmamış, onun əmək fəaliyyətinə bir müəllim olaraq xitam verilməmişdir. xx.xx.2018-ci il tarixdə 119 saylı qərara əsasən İddiaçı tarix müəllimi işlədiyi halda hərbi rəhbər təyin olunmuşdur. Lakin mövcud qaydalara əsasən bu vəzifəyə ali təhsilli hərbçilər və ya ehtiyatda olan zabitlər təyin ola bilərlər. İddiaçı 13 saat dərslə təhciiz olunmuşdur. Qeyd olunduğu kimi hazırda Ağdam rayonun 53 saylı tam orta məktəbin ləğvi prosesi gedir. Məktəb ləğv olunduqdan sonra işəgötürən iddiaçı ilə əmək müqaviləsinə Azərbyacan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndində əsasən xitam verəcəkdir. İddiaçı işlə təmin olunması üçün Cavabdehnə dəvət edilmiş, ona ixtisası üzrə tarix fənnindən 12 saat dərs saatı təklif olunmuş, lakin iddiaçı təklif olunan iş saatından imtina etmişdir. Belə ki, iddiaçı yalnız hərbi rəhbər kimi işləmək istəyir. Bunun üçünsə Səfərbərlik Xidmətinin rəsmi icazəsi tələb olunur ki, bu səbəbdən də hərbi rəhbərlərin təyinatı dayandırılmışdır. İddiaçıya tarix müəllimi kimi tarix fənnini tədris etməsi təklif edilsə də, iddiaçı ya hərbi rəhbər, ya da təsərrüfat müdiri kimi işləmək istədiyini bildirmişdir. Təsərrüfat müdiri kimi işləmək üçün isə iddiaçının həmin sahədə yetərincə təcrübəsi yoxdur. İddia tələbinə görə xx.xx.2023-cü il tarixli əmr, yəni İddiaçı işdən çıxarılması ilə bağlı əmr yoxdur. Cavabdeh tərəfindən belə bir əmr verilməmişdir. Ağdam rayon 53 saylı tam orta məktəbdə 15-20 şagird olduğundan məktəbə şagird qəbulu dayandırılmış və bu səbəbdən də məktəb ləğv olunur. Bildiyimiz kimi məktəblərdə hərbi hazırlıq dərsləri 10-11 siniflərə tədris edilir. Ağdam rayon 53 saylı tam orta məktəbdə isə hazırda 10-11 siniflər mövcud olmadığına görə, hərbi hazırlıq dərsləridə tədris edilmir. İddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildə Xankəndi şəhərində anadan olmuşdur, Ağdam rayonu Keşdazlı kəndində qeydiyyatdadır. “Yaşayış yeri haqqında” 13 aprel 2024-cü il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı 26 sentyabr 2003-cü il tarixdən Ağdam rayonu Keşdazlı kəndində qeydiyyatdadır. AA seriyalı 430279 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. A 101026 nömrəli “Ali təhsil haqqında” Diplomdan görünür ki, İddiaçı Dövlət Attestasiya Komissiyasının 29 iyun 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin “tarix” fakultəsini bitirmişdir. Ağdam rayon 53 saylı köçkün tam orta məktəbinin 28 mart 2003-cü il tarixli 49 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı məktəbdə tarix müəllimi təyin edilmiş və məktəbdə zəruri ehtiyac olduğundan hərbi rəhbər vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən Ağdam rayonu 53 saylı tam orta məktəbində müddətsiz əmək müqaviləsi növü üzrə Gənclərin çağrışaqədərki hazırlığı müəllimi (hərbi rəhbər) işləmişdir. Cavabdeh Bərdə Rayon Məhkəməsinə ünvanlanmış 05 iyul 2024-cü il tarixli 3-29- 38/2-1091/2024 nömrəli məktubundan görünür ki, İddiaçı əmək müqaviləsinə Cavabdeh və Ağdam rayonu 53 nömrəli tam orta məktəb tərəfindən xitam verilməmişdir. Əmək müqaviləsi qüvvədədir. İddiaçı hərbi rəhbər vəzifəsi üzrə boş dayanma halına görə əməkhaqqının 2/3 hissəsi miqdarında haqq ödənilir. “İnzibati tənbeh vermə haqqında” 08 dekabr 2023-cü il tarixli MN ******* nömrəli qərardan görünür ki, Cavabdeh müdiri səlahiyyətlərini icra edən X7 Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 700 manat inzibati cərimə tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli MŞB/MT039/2024-00135 nömrəli arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 21.8-ci maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı mediasiya seansında iştirak etmək üçün 50 (əlli) manat məbləğində xidmət haqqı ödəmişdir. Mülki mübahisənin gerçək hallarından görünür ki, iddiaçı Ağdam rayon 53 saylı köçkün tam orta məktəbinin 28 mart 2003-cü il tarixli 49 nömrəli əmrinə əsasən məktəbdə tarix müəllimi və məktəbdə zəruri ehtiyac olduğundan hərbi rəhbər vəzifəsinə təyin edilmişdir. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında Ağdam rayon 53 saylı köçkün tam orta məktəbində “hərbi rəhbər” vəzifəsindən azad edildiyini bildirsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmiş, cavabdehin nümayəndəsi isə iddianı etiraf etməyərək iddiaçının əmək müqaviləsinə Cavabdeh və Ağdam rayonu 53 nömrəli tam orta məktəb tərəfindən xitam verilmədiyini, əmək müqaviləsinin hazırda da qüvvədə olduğunu, iddiaçıya “hərbi rəhbər” vəzifəsi üzrə boş dayanma halına görə əməkhaqqının 2/3 hissəsi miqdarında haqq ödənildiyini bildirmişdir. Göründüyü kimi, iddiaçının işə qəbul edilməsinə dair Ağdam rayon 53 saylı köçkün tam orta məktəbin 28 mart 2003-cü il tarixli 49 nömrəli əmri ləğv edilməmişdir və hazırkı vaxtadək qüvvədədir. İddiaçı hesab edir ki, Cavabdeh tərəfindən barəsində qəbul edilən xx.xx.2023-cü il tarixli əmr onun hüquqlarını pozduğuna görə məhkəmə qaydasında ləğv edilməlidir. Lakin o, ləğv edilməsini tələb etdiyi əmri məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı isə iddiaçının ləğv edilməsini tələb etdiyi əmrin ümumiyyətlə mövcud olmadığı müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi haqqında hissədə təmin edilməməlidir. İddia tələbi xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi hissəsində təmin edilmədiyinə görə qalan hissələrdə, yəni digər məktəblərdə vakant olan gənclərin çağırışaqədərki hazırlıq rəhbəri və ya işinə uyğun təsərrüfat müdiri vəzifəsinə bərpa edilməsinə və ödənilməmiş 1/3 hissə əmək haqqının ona ödənilməsinə dair hissələrdə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən mediasiya seansında iştirak üçün ödənilmiş 50 (əlli) manat məbləğində vəsait iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdehnə qarşı “İşə bərpa” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı mediasiya seansında ödədiyi 50 (əlli) manat məbləğində vəsait iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar