Məhkəmə qərarları › İş №2(021)-1870/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1870/2022

13.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1870/2022 13.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxslər X4 və X30 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum X2na və anası X8 məxsus miras əmlakları onun sahibliyində və idarəçiliyində olmasını nəzərə alıb, mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 1990-cı il təvəllüdlüdür, Şuşa rayon sakinidir. X2 09 noyabr 2009-cu ildə, anası X15 isə 07 noyabr 2020-ci ildə vəfat etmişdir. Onların ölümündən sonra vaxtında dövlət notariat kontoruna müraciət etməmiş, vərəsəlik şəhadətnaməsi almamışdır. Bu səbəbdən də problemlərlə üzləşmişdir. Belə ki, birgə yaşayış dövründə atası İbarhim mehdiyevin həyətyanı torpaq sahəsi və daşınmaz əmlakı onun sahibliyində və istifadəsində olmuşdur. Atasının və anasının ölümündən sonra, vərəsəlik şəhadətnaməsi almaq üçün vaxtında müraciət etmədiyimdən onların əmlakı üzərində sərəncam hüququnu həyata keçirə bilmir, ailədə bir bacı, bir qardaşdılar, bu səbədən də X30 Xidmət Mərkəzində notariat kontoruna müraciət etmiş, vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmiş, məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxslər X5 və X30 Xidmət Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan Bərdə Rayon Xalq X16 Heyətinin 996 nömrəli, 16 mart 1995ci il tarixli Qərarının surətindən müəyyən olunur ki, X8 ünvan 1ində 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan 18 yanvar 1995-ci il tarixli Sahəseçmə Aktının surətindən müəyyən olunur ki, X12 ünvan 1ində “Böyük Yer” adlanan ərazidə 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxxx 1990-cı ildə doğulmuşdur. İş materiallarında olan AA 423763 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi Şuşa rayonundan məcburi köçkündür. İş materiallarında olan AZ-T 056806 nömrəli doğum haqqında şəhdaətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi 15 oktyabr 1990-cı ildə doğulmuşdur. Atası Ərizəçi, anası X9r. İş materiallarında olan AZ-İ 380790 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X17 09 noyabr 2009-cu il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İİ 120181 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 07 dekabr 2020-ci ildə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Bərdə rayon Bölməsinin 1205 nömrəli, 06 may 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Şuşa rayonundan məcburi köçkündür, Bərdə rayonu M.Müşviq küçəsi (internatda) müvəqqəti məskunlaşmışdır. İş materiallarındaa olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06 iyul 2022-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, 09 noyabr 2009-cu ildən 07 noyabr 2020-ci ilədək X6 nikah akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan İİ-JQ 445391 nömrəli nikahın bağlanması haqqında şəhdaətnamənin surətindən müəyyən olunur ki, X18 ilə X15 26 noyabr 1987-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. İş materiallarında olan X13 tərəfindən verilmiş ərizədə göstərilmişdir ki, anası mərhum X3 miras qalmış əmlakın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarında olan X30 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 1024/2022 saylı, 10 may 2022-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. İş materiallarında olan X30 Xidmət Mərkəzi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Ərizəçi ailə üzvləri arvadı X14, X2 (ölmüşdür), anası X15 (ölmüşdür) bacısı X1 ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, mərhum X8 ünvan 1ində 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. X15 07 noyabr 2020-ci il tarixdə vəfat etmiş, ondan miras qalmış əmlakı faktiki olaraq Ərizəçi qəbul edərək idarə etmişdir. Buna görə də Ərizəçi tərəfindən mirasın qəbul edilməsi faktı təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən X7 və X3 miras qalmış ünvan 1i ünvanında yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsi faktı təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar