Məhkəmə qərarları › İş №2(021)-1884/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1884/2024

08.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1884/2024 08.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “Doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki işə 08 avqust 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Bərdə rayonu Füzuli küçəsində 02 iyun 2018-ci ildə anadan olmuş X2 doğum faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o Ərizəçi X7 ilə qeyri rəsmi ailə quraraq birgə yaşamışlar. Onların 02 iyul 2018-ci ildə X6 adlı övladları anandan olmuşdur. Həddindən artıq imkansız olduqlarından maddi rifah halları pis olduğu üçün övladı Bərdə rayon yeni Füzuli küçəsində olan evlərində dünyaya gəlmişdir. Bununla bağlı, Maraqlı şəxsnə müraciət etsələr də, Qeydiyyat şöbəsi uşaqların doğum haqqında olan şəhadətnaməsini verilməsindən imtina etmişdir. O övladını baxçaya, həkimə apara bilmir, çünki onun doğum haqqında şəhadətnaməsi yoxdur. Hesab edir ki, övladının doğum faktının müəyyən olunması məqsədə uyğundur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X4 göstərdi ki, Ərizəçi qonşusudur. X8 02 iyul 2018-ci il tarixdə doğulmuşdur və Bərdə şəhəri Yeni Füzuli küşəsində yaşayır. Uşaq məktəbə getmir. Məhkəmə iclasında şahid qismində izahat verən X5 göstərdi ki, Ərizəçi qohumdur. X8 02 iyul 2018-ci il tarixdə doğulmuşdur və Bərdə şəhəri Yeni Füzuli küşəsində yaşayır. Uşaq məktəbə getmir. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Maraqlı şəxs tərəfindən verilmiş 03 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, doğum faktını təsdiq edən sənədin olmamasını nəzərə alaraq, Qeydiyyat şöbəsində Ərizəçi tərəfindən verilmiş ərizənin təmin edilməsi mümkün deyil. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.2003-cü il tarixdə anadan olmuşdur. Bərdə Rayon İcra hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 385 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Əsgərova X1 Yeni yaşayış massivində yaşayır. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18- 2-28/2-789/2024 nömrəli məktubdan görünür ki, Ərizəçi deməsinə görə X7 ilə birgə yaşayış dövründən olan xx.xx.2018-ci il tarixdə anandan olmuş Əsgərov ------- Mobil oğlu Bərdə RMX-nin Ailə Sağlamlıq Mərkəzində xx.xx.2024-cü il tarixdə qeydiyyata götürülmüşdür. Həkim pediatr tərəfindən müayinə olundu və praktik sağlam olması təsdiq olunmuşdur. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bərdə rayon X3 Hüquqi şəxsin arayışından görünür ki, xx.xx.2018-ci il tarixdə anadan olmuş oğlan uşağı Əsgərov ---- Mobil oğlu hal-hazırda yaşayır və həkim pediatr müayinəsindən keçərkən sağlam olduğu müəyyən edilmişdir. Dəqiqləşdirmə ərizəsindən görünür ki, Ərizəçi iddia ərizəsinin xahiş etdi hissəsində texniki səhvinin aradan qaldırılmasını və övladının soyadını X6 olaraq qeyd olunması barədə yekun akt çıxarılmasını xahiş etmişdir. 19 aprel 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçinin qardaşı Ərizəçinin məhkəməyə ərizə verməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edildi ki, X6 02 iyul 2018-ci ildə anadan olmuşdur. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18-2-28/2-789/2024 nömrəli məktubdan da görünür ki, Ərizəçi deməsinə görə X7 ilə birgə yaşayış dövründən olan xx.xx.2018-ci il tarixdə anandan olmuş Əsgərov ------- Mobil oğlu Bərdə RMX-nin Ailə Sağlamlıq Mərkəzində xx.xx.2024-cü il tarixdə qeydiyyata götürülmüşdür Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X2 xx.xx.2018-ci il tarixdə Bərdə rayon ünvan 1 ünvanında anadan olması, onun atasının ------- oğlu, anasının isə Ərizəçi olması faktı ərizəçinin, habelə şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə tamamilə təsdiq olunduğundan ərizə təmin edilməli, X6 xx.xx.2018-ci il tarixdə Bərdə şəhərində doğulması, atasının ------ oğlu, anasının Ərizəçi olması faktı müəyyən olunmalıdır. Mübahisənin gerçək hallarından görünür ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə özünə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, ərizəçi məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödəmişdir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçi tərəfindən tələb edilmədiyindən ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi:

1. Ərizə təmin edilisin.

2. X2 xx.xx.2018-ci il ildə Bərdə şəhərində doğulması, atasının ----- oğlu, anasının Ərizəçi olması faktı müəyyən edilsin.

3. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin.

4. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilərlər.

Hakim:Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar