Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1887/2021 10.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərşad oğlunun ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək həyat yoldaşı Həsənova Mehriban Musa qızının 16 avqust 2019-cu ildə, Bərdə rayonu Dəymədağlı kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Həsənov Mütəllim Ərşad oğlu ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı 28 yanvar 1964-cü ildə anadan olmuş Həsənova Mehriban Musa qızı 16 avqust 2019-cu il tarixdə ürək xəstəliyindən vəfat etmiş, onu Bərdə rayonu Dəymədağlı kənd qəbrstanlığında dəfn etmişlər. Ancaq həmin vaxt başları yas mərasiminə qarışdığı üçün həyat yoldaşına ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Ölüm haqqında şəhadətnamə almaq üçün Bərdə rayonu Qeydiyyat Şöbəsinə müraciət etsə də, heç bir nəticəsi olmayıb. Ona bildiriblər ki, Bərdə Rayon Məhkəməyə müraciət etsin. Hazırda o, sosial məsələlərin həllində çətinlik çəkir, ondan ölüm haqqında şəhadətnamə tələb edirlər, buna görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəsçi Ərizəçi ərizəni müdafiə edərək, ərizəsinə uyğun izahat verdi. Məhkəmə iclasında izahatında şahid qismində dindirilmiş X5 göstərdi ki, Ərizəçi Ərşad oğlu atasıdır, anası X4 16 avqust 2019-cu il tarixdə ürək xəstəliyindən vəfat etmişdr. Anasını Bərdə rayonu, Dəymədağlı kənd qəbristanlığında dəfn ediblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 şahid X2 izahatına uyğun izahat verdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan Bərdə rayonu Şirvanlı kəndi İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən 566 nömrəli, 06 may 2021-ci il il tarixli arayışından müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Şirvanlı kənd İƏD- üzrə Dəymədağıldı kəndində yaşayır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxx 1960-cı ildə Bərdə rayonunun, Dəymədağıldı kəndində doğulmuşdur. İş materiallarında olan AZE 15157830 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 28 yanvar 1964-cü ildə Bərdə rayonu, Qaradəmirçi kəndində doğulmuşdur. İş materiallarında olan Bərdə rayonu Şirvanlı kəndi İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən 565 nömrəli, 06 may 2021-ci il tarixli arayışından müəyyən olunur ki, ərazinin Dəymədağıldı kənd sakini mərhum X4 16 avqust 2019-cu ildə vəfat edib və Dəymədağıldı kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olaan fotoşəkildən müəyyən olunur ki, X4 28 yanvar 1964-cü ildə doğulmuş və16 avqust 2019-cu ilə vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs 06 may 2021-ci il tarixli, 298-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Həsənov Mütəllim Ərşad oğluna ölüm haqqında şəhadətnamə almaq üçün müraciətinə məhkəməyə müraciət etməli olduğu məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, mərhum X1 16 avqust 2019-cu il tarixdə Bərdə rayonunda ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçi üçün müvafiq sənədlərin əldə edilməsi üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. 28 yanvar 1964-cü il tarixdə doğulmuş X1 16 avqust 2019-cu il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1887/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1887/2021
10.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver