Məhkəmə qərarları › İş №2(021)-1893/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1893/2022

14.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1893/2022 14.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Ərizəçi maraqlı şəxs Bərdə regional ASAN Xidmət 1 saylı notariat kontoruna qarşı mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab olunması barədə ərizəsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək , Bərə şəhər Q.B.Zakir küçəsində yerləşən 20 saylı fərdi yaşayış evinin mirası qəbul edilməsi müddətnin ötürülməmiş hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, tərəflərə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də iddia Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 saylı 24 dekabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20**-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.**-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur”. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi maraqlı şəxs Bərdə regional ASAN Xidmət 1 saylı notariat kontoruna qarşı mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab olunması barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar