Məhkəmə qərarları › İş №2(021)-1894/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1894/2023

01.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1894/2023 01.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X3* Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X** və ərizəçinin vəkili Vəkil iştirakı ilə, Ərizəçi (bundan sonra ərizəçi və ya Ərizəçi) Maraqlı şəxs olmaqla “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X* onun qardaşı olması faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayon Yenidaşkənd kəndində yaşayır. X5, anası isə X6r. X3 ilə hər zaman birlikdə yaşamış, birlikdə təsərrüfat aparmışlar. Məhəmməd Hüseynov 28 oktyabr 20*9-cu il tarixdə vəfat etmişdir. Qardaşı vəfat etməmişdən öncə Bərdə rayonu Yenidaşkənd kəndində yaşamış və həmin kənddə vəfat etmişdir. Onun vəfat etməsindən öncə adına Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən pay torpaq sahəsi və həyətyanı torpaq sahələri olmuşdur. Onlar birlikdə yaşayaraq birlikdə təsərrüfat apardıqları üçün qardaşı vəfat etdikdən sonra torpaq sahələrini yararlı hala salaraq istifadə etmişdir. İndi isə qardaşından ona miras qalmış Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən torpaq sahələrini öz adına sənədləşdirmək istəyir. Qardaşının arvadı və özü xəstə olmuş, onların övladları olmamışdır. Bununla bağlı Asan Xidmət mərkəzinin notariat kontoruna müraciət etdikdə isə ondan X* doğum haqqında şəhadətnaməsin tələb edilmişdir. Qeydiyyat Şöbəsinə müraciət etdiyi zaman onun doğum haqqında şəhadətnaməsi tapıldığından, lakin X27un doğum haqqında şəhadətnaməsi tapılmadığından Məhəmmədin onun qardaşı olması ilə bağlı hər hansı bir sənədi təqdim edə bilməmişdir. Buna görə X* adına olmuş pay torpaq sahəsini və həyətyanı torpaq sahəsini onun adına sənədləşdirməkdən imtina edirlər. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X*7 ərizəni müdafiə edərək onun məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzrlü səbəb olmadan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) *85.*-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in *85.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 göstərdi ki, Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Yenidaşkənd kənd İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəsinin müavini vəzifəsində işləyir. Ərizəçi və X3nu tanıyır. Məhəmməd Hüseynov İ qrup əlil olmaqla qardaşı Ərizəçi ilə bir həyətdə yaşamışdır. Məhəmməd Hüseynovun övladı olmamış, yeganə yaxın qohumu qardaşı Ərizəçidur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*8 göstərdi ki, Ərizəçi qonşusudur. Ərizəçinin qardaşı Məhəmməd Hüseynov da qonşusu olmuşdur. X27 İ qrup gözdən əlil olmuşdur və qardaşı Ərizəçila bir həyətdə yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*4 göstərdi ki, Ərizəçi əridir. X*9ynı olmuş, onlarla bir həyətdə yaşamışdır. Ərizəçi və Məhəmməd Hüseynov qardaş olmuşlar, onların başqa qardaşları olmamışdır. Məhəmməd Hüseynov İ qrup gözdən əlil olmuş, onun övladı olmamışdır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, işdəki sübutları araşdırıb, şahidləri dindirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan: AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Ərizəçi XX.XX.*934-cü ildə Ermənistan Respublikası Vardenis rayonu Daşkənd kəndində anadan olub, Bərdə rayonu Yenidaşkənd kəndində yaşayır. 23 may *953-cü il tarixli ЗЖ 59404* saylı Doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi *934-cü ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X*2, ana qrafasında anası kimi X9 qeyd edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 0* fevral 2023-cü il tarixli *65-05/69 saylı nikah akt qeydindən çıxarışdan görünür ki, X*3 ilə X*5 *2 avqust *99*-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Hüseynova soyadı verilmişdir. Bərdə rayon Yenidaşkənd kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 26 mart 20*0cu il tarixli AZ-İ 380960 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X*5 28 fevral 20*0-cu ildə ölmüşdür. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ictimai birliyinin verdiyi *5.0*.2007-ci il tarixli 02572 saylı üzvlük vəsiqəsindən görünür ki, X*3 0*.07.*932-ci ildə doğulmuşdur. Bərdə Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- İİ 054788 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X*3 28 oktyabr 20*9-cu ildə ölmüşdür. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Yenidaşkənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 yanvar 2023-cü il tarixli 30 saylı arayışdan görünür ki, X4 vəfat edənə kimi Bərdə rayon Yenidaşkənd kəndində yaşamış və o, vəfat etdikdən sonra onunla birgə qeydiyyatda olan ailə üzvü qardaşı Ərizəçidur. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Yenidaşkənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 yanvar 2023-cü il tarixli 28 saylı arayışdan görünür ki, X4 və onun arvadı mərhum X*5 vəfat etdikdən sonra onlara məxsus Bərdə rayon Yenidaşkənd kəndində olan pay torpağını və həyətyanı torpaq sahəsini onlarla bir təsərrüfatda qeydiyyatda olan Ərizəçi istifadə edir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Yenidaşkənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *7 may 2023-cü il tarixli *8* saylı arayışdan görünür ki, Bərdə rayonu Yenidaşkənd kənd icra nümayəndəliyinin 20*6-2020-ci illər üzrə 3 nömrəli təsərrüfatbaşına kitabın 233-cü səhifəsində təsərrüfat başçısı Ərizəçi təsərrüfatında mərhum X3nun onunla bir təsərrüfatda yaşaması qeyd olunmuşdur. Mərhumun adına 0,56 ha pay torpağı və 0,22 ha həyətyanı torpaq sahəsi olmuşdur. -Qeyd: X4 anadangəlmə hər iki gözü kor olmuşdur. Mərhum *953-cü ildən vəfat etdiyi 20*9-cu ilədək qardaşı Ərizəçi himayəsində yaşamışdır. Mərhumun heç bir övladı olmamışdır. Ona məxsus olan həyətyanı və pay torpağından qardaşı Ərizəçi istifadə edir. Maraqlı şəxs tərəfindən verilmiş 29 mart 2023-cü il tarixli 3-*6-5/8-*5-*60/2023 saylı məktubdan görünür ki, Ərizəçi qohum (qardaş-qardaş) olması faktının müəyyən edilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, səlahiyyətləri xaricində olduğundan məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 nömrəli Qərarında qeyd olunur ki, qohumluq münasibəti faktlarının müəyyən edilməsinə yalnız bu münasibətlər hüquqi nəticə verdikdə yol verilir (vərəsəlik əmlakı almaq, təqaüd almaq hüququnu rəsmiləşdirmək və s.). Məhkəmələrə izah olunmuşdur ki, vərəsəlik məsələlərini həll etmək məqsədilə miras qoyanla qohumluq münasibəti faktı o vaxt müəyyən oluna bilər ki, ərizəçi qanun üzrə vərəsəliyə çağırılmış şəxslərin dairəsinə daxil olsun. Azərbaycan Respublikasının MPM-nin: 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.*-ci maddələrinə görə, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri, toplanmış və mıəhkəmə tərəfindən tədqiq olunmuş sübutların məcmusu ilə təsdiq olundu ki, mərhum X2 Yaqub Abbasəli oğlu ilə qardaş olduğundan, onların qohumluq münasibətində olması faktı müəyyən edilməlidir. MPM-nin: *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.*-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 2*7.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.*-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3*.0*.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : Ərizəçi “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. X* Ərizəçi qardaşı olması faktı müəyyən edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar