Məhkəmə qərarları › İş №2(021)-1897/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1897/2023

11.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1897/2023 11.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat kontoruna qarşı vərəsə kimi tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum anası X2* və X2ndan miras qalan Bərdə rayon Bakıxanov küçəsi 8 saylı evin yəni 40.2 kv.m yaşayış evinin və 0.05 ha həyətyanı torpaq sahəsinə vərəsə kimi tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon Bakıxanov küçəsi 8 saylı ev mərhum anam X5 miras qalmışdır. Mərhum 0* mart 20*9-cu ildə vəfat etmişdir.*7 mart 20*9-cu ildə AZ-İ 975539 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Mərhumun dəfnini o, etmişdir. Bütün dəfn xərclərini o, çəkmişdir. Həmçinin mərhumun 8 övladı olub. X4, X*2, X23, X*3, X24, X28 və X8 notarial qaydada mərhumdan qalan mirasın ona verilməsinə və mülkiyyətçi kimi tanınmağına heç bir etirazları olmaması barədə imtina ərizəsi vermişdirlər. Belə ki,mirası qəbul etmək üçün Bərdə rayon Asan Xidmət Mərkəzinin notariusuna müraciət edib, Bərdə Asan Xidmət Mərkəzi ona 09 fevral 2023-cü il tarixdə 359 saylı məktubla imtina vermişdir ki, məhkəməyə müraciət etsin. X2 da *923-cü ildə anadan olmuşdur, 2* may 2007-ci il tarixdə vəfat edərək *38 saylı ölüm haqında aktla qeyd olunmuşdur. Bu barədə Bərdə rayon Asan Xidmət Mərkəzinin qeydiyyat Şöbəsi 04 fevral 2023-cü il tarixdə rəsmi arayış vermişdir. Doğulduğu gündən hazırkı dövrədək bu evdə yaşamışdır. X2 və anası X2* vəfat etdikdən sonra da bu evdə yaşamaqla bütün kommunal xərcləri o, ödəmişdir. Beləliklə mərhum atası və anasından ünvan 1 ünvanında miras qalmış 40.2 kv.m olan fərdi yaşayış evindən, o, cümlədən 0.05 ha torpaq sahəsindən də o, istifadə edir və orada yaşayır. Mərhum atası və anasından miras qalmış sözügedən əmlakların vərəsələr arasında bölüşdürülməsinə zərurət yoxdur, çünki bacı və qardaşları onlara düşən miras payından imtina ediblər. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, X2* və X2ndan miras qalan Bərdə rayon Bakıxanov küçəsi 8 saylı evin yəni 40.2 kv.m yaşayış evinin və 0.05 ha həyətyanı torpaq sahəsinə vərəsə kimi tanınmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafə edərək, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat kontoruna məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin*85.5-ci maddəsinə əsasən işə cavabdeh Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat kontorunun nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxx *954-cü ildə Şuşa rayonunda doğulmuşdur, Şuşa şəhəri, N.Nərimanov küçəsi ev *B, mənzil 7 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AA 39287* nömrəli məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Şuşa şəhərindən məcburi köçkündür. İş materiallarında olan Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Bərdə rayon Bölməsi tərəfindən verilmiş 4*5 nömrəli, *3 fevral 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı ünvan 3 ünvanında müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan 05 aprel *997-ci il tarixli Qeydiyyat Vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 mülkiyyətinə Bərdə şəhəri, Bakıxanov küçəsində mənzil qeydiyyata alınmışdır. İş materiallarında olan, notarial qaydada tədiq olunmuş X24 tərəfindən verilmiş ərizədə göstərilmişdir ki, 0* mart 20*9-cu il tarixdə vəfat etmiş anası X6 vəfatından sonra ondan miras qalmış əmlakları qanunvericiliklə müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət etməklə və yaxud faktiki yiyələnməklə qəbul etməmişəm və qəbul etmək niyyətində deyiləm. İş materiallarında olan, notarial qaydada tədiq olunmuş X7 tərəfindən verilmiş ərizədə göstərilmişdir ki, 0* mart 20*9-cu il tarixdə vəfat etmiş anası X6 vəfatından sonra ondan miras qalmış əmlakları qanunvericiliklə müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət etməklə və yaxud faktiki yiyələnməklə qəbul etməmişəm və qəbul etmək niyyətində deyiləm. İş materiallarında olan, notarial qaydada tədiq olunmuş X*3 tərəfindən verilmiş ərizədə göstərilmişdir ki, 0* mart 20*9-cu il tarixdə vəfat etmiş anası X6 vəfatından sonra ondan miras qalmış əmlakları qanunvericiliklə müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət etməklə və yaxud faktiki yiyələnməklə qəbul etməmişəm və qəbul etmək niyyətində deyiləm. İş materiallarında olan, notarial qaydada tədiq olunmuş X25, X23, X29 tərəfindən verilmiş ərizədə göstərilmişdir ki, 0* mart 20*9-cu il tarixdə vəfat etmiş anası X6 vəfatından sonra ondan miras qalmış əmlakları qanunvericiliklə müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət etməklə və yaxud faktiki yiyələnməklə qəbul etməmişəm və qəbul etmək niyyətində deyiləm. İş materiallarında olan, notarial qaydada tədiq olunmuş X33 tərəfindən verilmiş ərizədə göstərilmişdir ki, 0* mart 20*9-cu il tarixdə vəfat etmiş anasıı X6 vəfatından sonra ondan miras qalmış əmlakları qanunvericiliklə müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət etməklə və yaxud faktiki yiyələnməklə qəbul etməmişəm və qəbul etmək niyyətində deyiləm. İş materiallarında olan AZ-İ 975539 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X2* 0* mart 20*9-cu ildə ölmüşdür. İş materiallarında olan 47-05/69 nömrəli, *2 yanvar 2023-cü il tarixli ölüm haqqında rayışdan müəyyən olunur ki, X*4 *4 may 207-ci ildə ölmüşdür. İş materiallarında olan evlənmə haqqında arayışın surətindən müəyyən olunur ki, X*4 ilə X*5 02 noyabr *959-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. İş materiallarında olan 3-*6-5/7-69-S-*83/2-2023 sayylı, 04 mart 2023-cü il tarixli arayışdan müəyyən olunur ki,X*6 xx xxxxxx *954-cü ildə doğulmuşdur, X2, anası X9r. İş materiallarında olan AZ-*29349 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X59 və X*6 *2 noyabr *973-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Salmananova siyadı verilmişdir. İş materiallarında olan 05 aprel*997-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, X37 özünə məxsus olan məxsus olan ünvan 4 ünvanında yerləşən yaşayış evini X*. İş materiallarında olan doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X*8 02 iyul *970-ci ildə doğulmuşdur, atası X*9, anası X9r. İş materiallarında olan doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X*0 *2 mart *965-ci ildə doğulmuşdur, atası X*9, anası X9r. İş materiallarında olan evlənmək haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X*4 ilə X*5 02 noyabr *959-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikahdan sonra arvada Ələkbərova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X** 2* noyabr *960-cı ildə doğulmuşdur, atası X*9, anası X9r. İş materiallarında olan doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X30 *4 noyabr *959-cu ildə doğulmuşdur, atası X*9, anası X9r. İş materiallarında olan doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X26 ** yanvar *957-ci ildə doğulmuşdur, atası X*9, anası X9r. İş materiallarında olan doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X20 xx xxxxxx *954-cü ildə doğulmuşdur, atası X*9, anası X9r. İş materiallarında olan doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X27 25 dekabr *953-cü ildə doğulmuşdur, atası X*9, anası X9r. İş materiallarında olan doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X3* 20 noyabr *95*-ci ildə doğulmuşdur, atası X*9, anası X9r. İş materiallarında olan doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X34 *2 yanvar *950-ci ildə doğulmuşdur, atası X*9, anası X9r. İş materiallarında olan Bərdə regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 359/2023 saylı, 09 fevral 2023-cü il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı məhkəməyə müraciət etməsi bildirilmişdir. İddia tələbi üzrə məhkəmə aşağıdakı maddi və prosessual hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *52.*-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin*52.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəlləsinin*52.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəlləsinin *52.4-ci maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin **33.*-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin **33.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin**59.*.*.-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin *243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki,mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin *246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Beləliklə, məhkəmə ərizənin təmin edilməsi qənaətinə gələrkən onu qeyd edir ki, hazırki iş üzrə iddiaçı vərəsə kimi tanınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzürsüz səbəbdən ötürülmüşdür. Buna görə də hazırki iş üzrə İddiaçı mərhum anası X6 vərəsəsi kimi tanınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*7.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyanın 43-cü maddəsinin İ bəndinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının *25-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin *9*.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*8.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin*4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin76.*.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin *06.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Dövlət rüsumuu haqqında qanunun 9.*.20-ci maddəsində göstərilmişdir ki, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödənilməsindən azaddırlar. Qeyd edilənlərə əsasən İddiaçı Şuşa şəhərindən məcburi köçkün olduğundan dövlət rüsumu ödənilməsindən azaddır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat kontoruna qarşı vərəsə kimi tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddiası təmin edilsin. İddiaçı mərhum anası X6 vərəsəsi kimi tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar