Məhkəmə qərarları › İş №2(021)-1898/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1898/2023

08.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1898/2023 08.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı Bərdə rayonu Qarayusifli bələdiyyəsinin sədri X*4, Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Bərdə rayonu Qarayusifli bələdiyyəsinin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, torpaq sahəsindən çıxarılma və qanunsuz tikililərin sökülməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bərdə rayonu Qarayusifli bələdiyyəsi Cavabdeh qarşı iddia qaldıraraq Bərdə rayonu, Qarayusifli bələdiyyəsi ilə X7 arasında bağlanmış 26 iyul 2007-ci il tarixli 3 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin ləğv edilməsinə, həmin müqavilədə nəzərdə tutulmuş *.50 ha torpaq sahəsindən Cavabdeh çıxardılmasına və həmin torpaq sahəsinin bir hissəsində mərhum X7 tərəfindən tikilmiş 2 fərdi yaşayış evinin, * tövlənin və digər yarrdımçı tikililərin Cavabdeh tərəfindən öz vəsaiti hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bərdə rayonu Qarayusifli bələdiyyəsi oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Qarayusifli bələdiyyəsinin 26 iyul 2007-ci il tarixli 08 saylı iclasının qərarına əsasən bələdiyyənin ehtiyat fondunda olan əkinə qismən yararlı *,50 hektar torpaq sahəsi kənd təsərrüfatı malları istehlak etmək və heyvandarlığı inkişaf etdirmək məqsədi ilə Qarayusifli kənd sakini X5 30 il müddətinə icarəyə verilmişdir. Bu barədə Qarayusifli bələdiyyəsi ilə X7 arasında 26 iyul 2007-ci il tarixli 3 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə də bağlanmışdır. Müqaviləni şdir. Lakin X* müqavilənin şərtlərinin pozaraq həmin torpaq sahəsində 2007-ci ildən etibarən * yaşayış evi, * tövlə digər yardımçı tikililər tikilmiş, sözügedən torpaq sahəsinin bir hissəsində isə oğlu Cavabdeh isə 20*5-ci ildə həmin torpaq sahəsində * fərdi yaşayış evi tikməsinə şərait yaratmışdır. Həmin tikililərin tikilməsinə icarəyə verən Qarayusifli bələdiyyəsinin razılığı və icazəsi olmamışdır. X* *0 iyul 202*-ci ildə vəfat etmişdir. Onun vəfatı ilə əlaqədar sözügedən icarə müqaviləsi də qüvvəsini itirmiş, X3 vərəsəsi olan oğlu Cavabdeh ilə Qarayusifli bələdiyyəsi arasında yeni Torpaq icarə müqaviləsi bağlanmışdır. Hazırda sözügedən *.50 ha örüş torpaq sahəsi və onun üzərində tikilmiş 2 fərdi yaşayış evindən, * tövlədən və digər yardımçı tikililərdən mərhum X3 vərəsəsi olan oğlu-Cavabdeh qanunsuz sahiblik və istifadə edir. Qarayusifli bələdiyyəsinin rəhbərliyi ondan dəfələrlə tələb etmişdir ki, onun həmin torrpaq sahəsindən istifadə və sahiblik etməsi qanunsuzdur, odur ki, torpaq sahəsi Qarayusifli bələdiyyəsini mülkiyyətinə qaytarılmalı, onun üzərində qanunsuz tikilmiş fərdi yaşayış evləri, tövlə və digər yardımçı tikililər isə öz vəsaiti hesabına sökülməlidir. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bəldiyyələrlə İş Mərkəzinin 09 dekabr 2022-ci il tarixli, 09/A-2*30 saylı məktubu və Qaraysufili bələdiyyəsinin *5 dekabr 2022-ci il tarixli *5 saylı iclas protokolu ilə də tanış edilmişdir. Lakin cavabdeh Hacılı X2 bələdiyyəsinin bu qanuni tələblərinə məhəl qoymur, torpaq sahəsində və onun üzərindəki qanunsuz tikililərdən qeyri-qanuuni istifadə və sahibliyi davam etdirir, hazırda həmin torpaq sahəsinin təxminən *.20 ha hissəsində taxıl əkmişdir.Odur ki, Qarayusifli bələdiyyəsi hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyi məqsədə uyğun, əsaslı və qanuni hesab edir. Məhkəmə iclasında iddiaçı Bərdə rayonu Qarayusifli bələdiyyəsinin sədri X*6 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X*6 *9 mart *952-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Tumaslı kəndinə qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh 3* avqust *99*-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Qarayusifli kəndinə qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayonu, Alpoud kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *02 nömrəli, *5 fevral 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, X*0 rayonu, Tumaslı kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qarayusifli bələdiyyəsinin 24 noyabr 2020-ci il tarixli *3 saylı iclas protokolunun surətindən müəyyən olunur ki, bələdiyyə üzvü X9 vəfat etdiyini nəzərə alaraq onun bələdiyyə üzvü və sədri səlahiyyətlərinin itirilmiş hesab edilməsi, bələdiyyə üzvü olan X*4 Qarayusifli bələdiyyəsinin yeni sədri seçilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qarayusifli bələdiyyəsinin 26 iyul 2007-ci il tarixli 08 saylı iclas protokolundan çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu, Qarayusfli kənd sakini X3 ərizəsinin nəzərə alınması, bələdiyyə ehtiyat fondunda olan əkinə qismən yararlı sahədən*.50 hektar torpaq sahəsi ayrılıb kənd təsərrüfatı məhsulları istehsal etmək və heyvandarlığı inkişaf etdirmək məqsədi ilə Qaraysifli kənd sakini X5 uzun müddətli 30 il müddətinə icarəyə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş torpaq sahəsinin icarəyə verilməsi haqqında 26 iyun 2007-ci il tarixli, 3 saylı müqavilənin surətindən müəyyən olunur ki, həmin müqavilə Bərdə rayon Qarayusifli bələdiyyəsi ilə X7 arasında bağlanmış və bələdiyyə ehtiyat fondunda olan əkinə qismən yararlı sahədən*.50 hktar torpaq sahəsi ayrılıb kənd təsərrüfatı məhsulları istehsal etmək və heyvandarlığı inkişaf etdirmək məqsədi ilə Qaraysifli kənd sakini X5 uzun müddətli 30 il müddətinə icarəyə verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzi tərəfindən verilmiş 09/A-2*30 saylı, 09 dekabr 2022-ci il tarixli məktubda göstərilmişdir ki, Tanrıverdi Hacıyevin icarəsində *.5 ha örüş sahəsinin ayrılması ilə bağlı Qarayusifli bələdiyyəsinin 26 iyul 2007-ci il tarixli 08 saylı qərarının ləvğ edilməsi, həmin qərara əsasən bağlanmış icarə müqaviləsinin və digər hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi üçün müvafiq tədbirlərin görülməsi, torpaq sahəsi boşaldılaraq bələdiyyəsinin sahibliyinə qaytarılması təklif edilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qarayusifli bələdiyyəsinin *5 dekabr 2022-ci il tarixli *5 saylı iclas protokolundan çıxarışın surətindən müəyyən olunur ki, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin 09 dekabr 2022-ci il tarixli, 09/A-2030 nömrəli təklif məktubunun nəzərə alınması, Tanrıverdi Hacıyevin icarəsinə verilmiş *.50 ha örüş torpaq sahəsinin ayrılması ilə bağlı Qarayusifli Bələdiyyəsinin 26 iyul 2007-ci il tarixli 08 saylı qərarının ləğv edilməsi, həmin qərara əsasən bağlanmış icarə müqaviləsinin və digər hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi üçün müvafiq tədbirlər görülməsi və torpaq sahəsi boşaldılaraq bələdiyyə mülkiyyətinə qaytarılması, bu qərarın icrasına nəzarət bələdiyyə sədri Knyaz Əliyevə həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Bərdə rayonu, Alpoud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 90 saylı, *5 fevral 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh istifadəsində olan *.5 ha torpaq sahəsində olan * ədəd fərdi yaşayış evi, * ədəd mal tövləsi və 20*5-ci il tarixdə əlavə olaraq * ədəd fərdi yaşayış evi tikdirmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayonu, Alpoud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 99 saylı, 28 mart 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, X6 *0 iyul 202*-ci ildə vəfat etmiş və Qarayusifli kənd qəbirstalığında dəfn edilmişdir. İş materiallarına əlavə olunmuş Dövlət Reyestirindən çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh icarəsinə Bərdə rayonu Qarayusifli kəndində yerləşən *.50 ha torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş 26 iyun 2007-ci il tarixli 03 saylı müqaviləyə 02 iyun 202*-ci il tarixli əlavə sazişin surətindən müəyyən olunur ki, həmin saziş Cavabdeh ilə Bərdə rayonu Qarayusifli bələdiyyəsi arasında bağlanmış və Bərdə rayonu Qarayusifli kəndində yerləşən *.5 ha torpaq sahəsi Cavabdeh icarəyə verilmişdir. İş materiallarına əlavə olunmuş DSX 00*0042 saylı 30 yanvar 2023-cü il tarixli vəsiqənin surətindən müəyyən olunur ki, Cavabdeh dövlət sərhəd xidmətində xidmət keçir. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Məhkəmə qeyd edir ki, Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir.Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin *-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *.2-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək Azərbaycan Respublikasının Mülki Məcəlləsinin vəzifələrindən biridir. Həmin Məcəllənin 6.*.8-ci maddəsinə əsasən pozulmuş hüquqların bərpasının təmin edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin prinsiplərindən biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *52.*.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 324.*-ci maddəsinə əsasən, əqd mülki huquq munasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yonəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.*-ci maddəsinə əsasən, bu Məcəllədə muəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 34-cü fəslində əqdin etibarsızlığına səbəb olan halların təsnifatını vermiş və həmin hallardan birinin mövcudluğu əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Göründüyü kimi mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının ** iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun *2 aprel 2004-cü il tarixli qərarına əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Məhkəmə qeyd edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki qanunvericiliyin prinsiplərinə əsasən mülki hüquq subyektləri müqavilə azadlığı hüququna malikdirlər. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. (Mülki Məcəllənin 6, 389-390-cı maddələri) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.*.-ci maddəsinə əsasən, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan RespublikasiKonstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə AzərbaycanRespublikası Ali Məhkəməsinin Mülki İşlər üzrəMəhkəmə kollegiyasının ** iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” *2 aprel 2004-cü il tarixli qərarında göstərilmişdir ki, ... hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İstinad olunan maddi hüquq normasının tələbindən aydın müəyyən olunur ki, müqavilənin etibarsız hesab edilməsi üçün həmin müqavilənin etibarlı olması üçün qanunla müəyyən olunan şərtə əməl edilməməsi, yəni qanunun tələbinin pozulmasının mövcud olması zəruridir. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin subyektiv tərkibinə aid edilən şərtə, əqdin məzmununa aid edilən şərtə, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə, əqdin formasına aid edilən şərtə tərəflər əməl etdikləri halda əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri nəticələr yaranır. Sadalanan bu şərtlərdən hər hansı birinin olmaması halı isə əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində göstərdiyi faktlar özüözlüyündə bir-birilərinə ziddiyyət təşkil edərək təkzib olunurlar. Belə ki, iddia tələbində X7 müqavilənin şərtlərinin pozaraq həmin torpaq sahəsində 2007-ci ildən etibarən * yaşayış evi, * tövlə digər yardımçı tikililər tikilmiş, sözügedən torpaq sahəsinin bir hissəsində isə oğlu Cavabdeh isə 20*5-ci ildə həmin torpaq sahəsində * fərdi yaşayış evi tikməsinə şərait yaratmışdır. Göründüyü kimi hazırki iş üzrə Cavabdeh tərəfindən hər hansısa bir qanunsuz tikili işləri aparılmasını sübut edə biləcək heç bir rəsmi sübut mövcud deyildir. Həmçinin iddia tələbində X3 istifadəsinə verilmiş 26 iyul 2007-ci il tarixli 3 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin ləğv edilməsi tələb edilmiş olsa da, həmin torpağa dair cavabdeh 02 iyun 202*-ci il tarixli əlavə Sazişlə balədiyyə ilə aralarında əlavə saziş imzalamış və daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış da almışdır. İddia tələbində qeyd edilən kobud pozuntular mövcud olduğu halda, eləcə də həmin tikililərin məhz cavabdeh tərəfindən inşa olunması təsdiqini tapmış olsa idi, əlavə saziş imzalanmazdı. Belə olduğu halda iddia tələbində qeyd edilən hallar təsdiqini tapmadığından iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.*.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin *06.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsinin mövqeryinə əsaslanaraq qeyd edir ki, iddiaçının məhkəmə iclasında verdiyi izahat, eləcədə təqdim etdiyi və məhkəmə tərəfindən sorğulara əsasən təqdim edilmiş sənədlərlə iddia tələbi sübuta yetirilmədiyindən iddia tələbi təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*3-2*4, 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Bərdə rayonu Qarayusifli bələdiyyəsinin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, torpaq sahəsindən çıxarılma və qanunsuz tikililərin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar