Məhkəmə qərarları › İş №2(021)-1903/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1903/2024

26.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1903/2024 26.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə, Ərizəçi maraqlı şəxs Bərdə regional ASAN Xidmət Mərkəzində Notariat kontoruna qarşı “mərhumə X2 atasının bibisi olması faktının müəyyən edilməsi, mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın qəbul olunması ilə əlaqədar buraxılmış müddətin bərpa edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Bərdə regional ASAN Xidmət Mərkəzində Notariat kontoruna qarşı “mirasın qəbul olunması ilə əlaqədar buraxılmış müddətin bərpa edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü ildə ölmüş,mərhumə X2 atasının bibisi olması faktının müəyyən edilməsi, X1 adına qeydə alınmış, ünvan 1 ünvanda yerləşən yaşadıqları fərdi yaşayış evinin Zərqələm Səfərova tərəfindən sağlığında atası X3 vəsiyyət etməsinin, miras əmlakın atasının ölümündən sonra, yəni xx.xx.2022-ci ildən idarəçiliyində olmasının nəzərə alınıb, mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və mirası qəbul edilməsi üçün müəyyəndirilmiş müddətin gecikdirilməsinin üzürlü sayılmasına dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, geri qaytarılmalıdır. Belə ki, ərizəçinin miras qoyanla qohumluq münasibətləri müəyyən edilmədən məhkəməyə mirasın qəbul olunması ilə bağlı müraciət etməsi düzgün olmayan tələbdir. Məhkəmə qeyd edir ki, ərizəçi ilk növbədə miras qoyanla qohumluq faktının təsdiq edilməsi ilə bağlı müraciət etməlidir. Bu fakt təsdiq olunduqdan sonra mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi ilə əlaqədar müraciət etməlidir. Heç şübhəsiz haldır ki, əgər mübahisə olarsa hər hansı bir fakt baxılmamış saxlanıla bilər ki, yenə də məhkəmə prosesində icraat yubanmış olar. Hazırkı halda hər iki fakt bir -biri ilə əlaqədar olsa da, hər bir tələb uzun sürən araşdırma tələb edən ərizələrdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə geri qaytarır. MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Bərdə regional ASAN Xidmət Mərkəzində Notariat kontoruna qarşı “mirasın qəbul olunması ilə əlaqədar buraxılmış müddətin bərpa edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 149-152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi maraqlı şəxs Bərdə regional ASAN Xidmət Mərkəzində Notariat kontoruna qarşı “mərhumə X2 atasının bibisi olması faktının müəyyən edilməsi, mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın qəbul olunması ilə əlaqədar buraxılmış müddətin bərpa edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi ilk olaraq mərhumə X1 onun atasının bibisi olması faktının müəyyən edilməsi üçün "qohumluq faktının müəyyən olunması " barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Ərizəçi tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz )manat vəsait geri qayatrılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hakim : Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar