Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-191/2023 04.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X15 iclas kаtibliyi, iddiaçının nümayəndəsi X11 və Cavabdeh iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X8 qarşı “torpaqdan çıxarılma, miras əmlakın vərəsələr arasında bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 kənd ünvanında yerləşən 0.28 ha torpaq sahəsindən Cavabdeh çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, X5nun xüsusi mülkiyyətində ünvan 1 kənd ünvanında yerləşən 0.28 ha torpaq sahəsi var. Həmin torpaq sahəsində islahat gedən zaman 20 noyabr 1997-ci il tarixli 18 saylı qərarına əsasən JN-0040 KOD-61000038 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. Qeyd etdiyi dövlət aktı əsasında verilmiş 0.28 ha torpaq sahəsinə xx.xx.2016-cı il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmış Seriya RX ******* saylı çıxarış verilmişdir. X5 04 sentyabr 2010-cu il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra torpaq sahəsini yararlı hala salaraq o və bacısı X13 ilə birlikdə istifadə etmişlər. Orada əkin işləri apararaq torpaq sahəsi hər zaman yararlı halda olmuşdur. Yaməddin Məmmədov vəfat etdikdən sonra o, baş qarışıqlığından vərəsəlik şəhadətnaməsi ala bilməmiş və vərəsəlik şəhadətnaməsinin alma müddətini ötürmüşdür. Hal-hazırda onların mülkiyyətində olan 0.28 ha torpaq sahəsini hazırki iş üzrə Cavabdeh qeyri-rəsmi olaraq istifadə edir və onlara məxsus olan torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Dəfələrlə cavabdehə onlara məxsus olan torpaq sahəsindən çıxmasını bildirsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh torpaq sahəsini qanunsuz istifadə etməsinə baxmayaraq onların torpaq sahələrini vermir və bunun üçün də onlar torpaq sahəsindən istifadə edə bilmirlər. Cavabdeh onlara məxsus olan ünvan 1 kənd ünvanında yerləşən 0.45 ha torpaq sahəsini zəbt etdiyi üçün anası X3 rayon Məhkəməsinə torpaqdan çıxarılma tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. 0.45 ha torpaq sahəsindən çıxarılma tələbi verdiyi zaman 0.28 ha torpaq sahəsindən çıxarılma tələbi də vermişdir. Lakin ünvan 2 kəndində yerləşən 0.28 ha torpaq sahəsi bütün mülkiyyəti ilə atasına məxsus olduğu üçün həmin hissədə iddia tələbi təmin edilməmişdir. Atası 04 sentyabr 2010-cu il tarixdə vəfat etdikdən sonra ünvan 1 kəndində yerləşən 0.28 ha torpaq sahəsini miras olaraq o qəbul etmişdir. İndi isə o hal-hazırda miras qalmış torpaq sahəsini adına rəsmi olaraq sənədləşdirmək istəyir. Bununla bağlı X42 xidmət mərkəzinin notariat ofisinǝ müraciət etdikdə isə onun adına sənədləşdirməkdən imtina etdilər. Səbəbi də onu göstərdilər ki, mirası qəbul etmə müddəti ötürülmüşdür. Hazırda atası vəfat etdiyi üçün və vərəsəlik şəhadətnaməsi almadığı üçün heç bir sənədləşdirmə işləri apara bilmir. Bunun üçün də məcbur qalıb məhkəməyə müraciət etməli oldu ki, ünvan 1 kənd ünvanında yerləşən 28 ha torpaq sahəsinin vərəsələr arasında bölünməsi və ünvan 2 kənd ünvanında yerləşən 0,28 ha torpaq sahəsindən cavabdeh X14 çıxarılmasına dair qanuni qərar qəbul edilməlidir. Bundan sonra İddiaçı məhkəməyə dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək, X13 və X4 üçüncü şəxs olaraq qeyd edilməsinə dair qərara qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X11 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı rədd edərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh X13 məhkəməyə teleqram göndərək X5nun adına olan 26 sot pay torpağının qardaşı İddiaçı adına keçiriməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarına əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İş materiallarında olan ********* nömrəli mədaxil qəbzindən görünür ki, X11 100 manat dövlət rüsumunu və 0,40 manat xidmət haqqını ödəmişdir. X42 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən X6 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1211/2022 nömrəli sorğuya cavabdan görünür ki, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 102-ci hissəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxsin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. X1 mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürmüş və faktiki qəbulla bağlı sənəd təqdim edə bilməmişdir. Odur ki, X11 həmin zəruri sənədləri təqdim edə bilmədiyindən vərəsəlik işinin açılması və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Bunun üçün müvafiq rayon məhkəməsinə müraciət edilməsi xahiş edilmişdir. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yenidaşkənd kəndi İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyi təərfindən verilmiş xx.xx.2022-ci il tarixli, 130 nömrəli arayışdan görünür ki, mərhum X19 vəfat edənə kimi Bərdə rayonu, Yenidaşkənd kəndində yaşamışdır. İş materiallarında olan ******* nömrəli çıxarışdan görünür ki, Bərdə rayonu, Yenidaşkənd kəndində yerləşən 0,28 ha torpaq sahəsi X12 xüsusi mülkiyyətindədir. İş materiallarında olan JN-0048 saylı, KOD: 61000038 nömrəli dövlət aktından görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 18 nömrəli qərarı ilə Bərdə rayonu, Yenidaşkənd kəndində yerləşən 0,28 ha torpaq sahəsi X12 xüsusi mülkiyyətinə verilmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-2065/2021 nömrəli qətnamənin surətindən görünür ki, ilk iddianın qismən təmin edilməsi, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* çıxarışa əsasən X11 və digərlərinə məxsus Bərdə rayonu, Yenidaşkənd kəndində yerləşən 0.45 ha torpaq sahəsindən çıxarılması, iş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı X6 verilməsi və iddiaçı Cavabdeh X6 qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. ünvan 2 kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZ-İ 441399 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.2010-cu il tarixdə insult səbəbindən Bərdə rayonu, Yenidaşkənd kəndində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarix, 10 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ 60283 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdə Bərdə rayonu, Yenidaşkənd kəndində anadan olmuşdur. X5, anası X20r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarix, 214 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İ 492403 nömrəli arayışdan görünür ki, X13 xx.xx.1994-cü il tarixdə Bərdə rayonu, Yenidaşkənd kəndində anadan olmuşdur. X5, anası X20r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1995-ci il tarix, 123 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ 602831 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdə Bərdə rayonu, Yenidaşkənd kəndində anadan olmuşdur. X5, anası X20r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarix, 214 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon İHB Yenidaşkənd kənd İƏD üzrə İcra Nümayənədliyi tərəfindən verilmiş 208 nömrəli arayışdan görünür ki, X11 hal-hazırda Bərdə rayonu, Yenidaşkənd kəndində yaşayır və qeydiyyatdadır. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci ildə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2004-cü il tarixli aktdan görünür ki, X21 və həyat yoldaşı X11 ailə üzvlərinin razılığı ilə onlara məxsus olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı JN-0086 0,45 ha və JN-0048 0,28 ha cəmi 0,73 ha pay torpağını X16 və X25 ilə öz razılıqları ilə dəyişdirdikləri 0,84 ha pay torpağını 2.500.000 (iki milyon beş yüz min) manat pula Cavabdeh satmışdır. X19 pasport Vİİİ-JQ-N-608244 satdıqları 0,84 ha pay torpağına görə X9 2.500.000 (iki milyon beş yüz min) manat pul almışdır. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-191/2023 nömrəli qərardadın surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və X10 qarşı «miras əmlakın vərəsələr arasında bölünməsi və torpaqdan çıxarılma » tələbinə dair 2(021)-2582/2022 nömrəli mülki iş üzrə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinə həvalə olunmuşdur. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında ******* nömrəli çıxarış və JN-0048, KOD 61000038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsi iddiaçı və ya başqa bir şexs tərəfindən istifadə edilirmi? 2. Həmin torpaq sahəsi zəbt edilmişdirmi və əgər edilmişsə nə qədər hissəsi zəbt edilmişdir? 3. İddiaçının torpaq sahəsi hazırkı iş üzrə Cavabdeh tərəfindən zəbt edilmişdirmi və əgər edilmişdirsə nə qədər hissəsi zəbt edilmişdir? 4. Ekspertiza zamanı yaranan digər sualların araşdırılması ekspertə izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən 02 mart 2023-cü il tarixli rəydən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-2582/2022 saylı, 15 noyabr 2022-ci il tarixli mülki işi üzrə İddiaçı, Cavabdeh və 3-cü şəxs qismində cəlb edilmiş X8 qarşı "miras əmlakın vərəsələr arasında bölünməsi və torpaqdan çıxarılma" tələbinə dair mülki iş üzrə Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2582/2022 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasinin keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmışdır. Məlumat üçün bildiririk ki, "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılmışdır. Vətəndaşların mülkiyyətində olan torpaq sahələri torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən DWG fayllarında olan uyğunsuzluqlar aradan qaldırılaraq faktiki istifadə vəziyyətinə uyğun olaraq torpaqların elektron kadastrı uçotu məlumat bazasına yerləşdirilmişdir. Qeyd edilənləri nəzərə alaraq Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2582/2022 nömrəli qərardadı ilə mübahisəli torpaq sahələrinə dair rəy, elektron kadastr məlumat bazasında mövcud Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən hazırlanmışdır. İddiaçı və cavabdehin iştirakı ilə məhkəmə qərardadında mübahisələndirilən torpaq sahəsinin koordinatları naturada təyin edilərək TEKUİS məlumat bazası ilə müqayisə edilmişdir.
1. Sual: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin, hüquqların Dövlət qeydiyyatı haqqında ******* nömrəli çıxarış və JN-0048, KOD 61000038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsi iddiaçı və ya başqa bir şəxs tərəfindən istifadə edilirmi? Cavab: Hüquqların Dövlət qeydiyyatı haqqında ******* nömrəli çıxarış və JN-0048, nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsi iddiaçı tərəfindən istifadə edilmir, başqa şəxs tərəfindən istifadə edilir.
2. Sual: Həmin torpaq sahəsi zəbt edilmişdirmi və əgər edilmişsə nə qədər hissəsi zəbt edilmişdir? Cavab: Həmin torpaq sahəsi bütövlüklə digər şəxslər tərəfindən istifadə edilir. Belə ki, həmin konturda mülkiyyətçilərin bir qismi öz aralarında şifahi razılıq əsasında naturada torpaq sahələrinin yerini dəyişərək istifadə edirlər.
3. Sual: İddiaçının torpaq sahəsi hazırki iş üzrə Cavabdeh tərəfindən zəbt edilmişdirmi və əgər edilmişdirsə nə qədər hissəsi zəbt edilmişdir? Cavab: Həmin konturda mülkiyyətçilərin bir qismi öz aralarında şifahi razılıq əsasında naturada torpaq sahələrinin yerini dəyişərək istifadə etdikləri üçün iddiaçının torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilmir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən 27 iyul 2023-cü il tarixli rəydən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-191/2022 saylı, 30 may 2023-cü il tarixli mülki işi üzrə İddiaçı, Cavabdeh və 3-cü şəxs qismində cəlb edilmiş X8 qarşı miras əmlakın vərəsələr arasında bölünməsi və torpaqdan çıxarılma" tələbinə dair mülki iş üzrə Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-191/2023 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasinin keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmışdır. REYESTR Məlumat üçün bildiririr ki, "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılmışdır. Vətəndaşların mülkiyyətində olan torpaq sahələri torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən DWG fayllarında olan uyğunsuzluqlar aradan qaldırılaraq faktiki istifadə vəziyyətinə uyğun olaraq torpaqların elektron kadastrı uçotu məlumat bazasına yerləşdirilmişdir. Qeyd edilənləri nəzərə alaraq Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-191/2023 nömrəli qərardadı ilə mübahisəli torpaq sahələrinə dair rəy, elektron kadastr məlumat bazasında mövcud Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən hazırlanmışdır. İddiaçı və cavabdehin iştirakı ilə məhkəmə qərardadında mübahisələndirilən torpaq sahəsinin koordinatları naturada təyin edilərək TEKUİS məlumat bazası ilə müqaisə edilmişdir.
1. Sual: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış ve JN-0048. KOD 61000038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlet aktına əsasən X12 mülkiyyətində olan torpaq sahəsi Cavabdeh və ya başqa bir şəxs tərəfindən istifadə edilirmi? Cavab: TEKUİS məlumat bazasına əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında RX seriyalı ******* nömrəli çıxarış və JN-0048, nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət aktı"na əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsi hal-hazırda X26 tərəfindən istifadə edilir. Lakin həmin konturda olan bir qrup mülkiyyətçilər öz arasında şərti yerdəyişmə apararaq əkdiklərindən, iddiaçı tərəfdən iddia olunan ərazi hal-hazırda naturada Cavabdeh tərəfindən istifadə edilir.
2. Sual: Həmin torpaq sahəsi zəbt edilmişdirmi və əgər edilmişsə nə qədər hissəsi zəbt edilmişdir? Cavab: Sənəd üzrə iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsi bütövlüklə X26 tərəfindən istifadə edilir.
3. Sual: X2 mülkiyyətində olan torpaq sahəsi hazırki iş üzrə Cavabdeh tərəfindən zəbt edilmişdirmi və əgər edilmişdirsə nə qədər hissəsi zəbt edilmişdir? Cavab: Sənəd üzrə cavabdeh iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinden istifadə etmir. Lakin həmin konturda olan bir qrup mülkiyyətçilər öz arasında şərti yerdəyişmə apararaq əkdiklərindən, iddiaçı tərəfdən iddia olunan ərazi, hal-hazırda naturada cavabdeh X22 tərəfindən istifadə edilir.
4. Sual: Əgər torpaq sahələri mülkiyyətçilər və ya istifadəçilər arasında qarşılıqlı razılıqla yerdəyişmə əsasında istifadə edilirsə X2 mülkiyyətində olan torpaq sahəsi hazırda konkret olaraq kimlər (adı və soyadı göstərilməklə) tərəfindən istifadə edilir və ya zəbt edilmişdir. Cavab: İddiaçının sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsindən hal-hazırda X26 tərəfindən istifadə edilir. Torpaq sahələri mülkiyyətçilər və ya İstifadəçilər arasında qarşılıqlı razılıqla yerdəyişmə əsasında istifadə edildiyindən İddiaçı tərəfindən iddia olunan ərazi Cavabdeh tərəfindən istifadə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh və X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 kənd ünvanında yerləşən 0.28 ha torpaq sahəsindən Cavabdeh çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1275-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər, o cümlədən mirası bölüşdürməyi üçüncü şəxsə etibar edə bilər. Üçüncü şəxsin qərarı aşkar ədalətsizdirsə, vərəsələr üçün məcburi deyildir. Bu halda bölgü məhkəmənin qərarı ilə aparılır. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Bundаn bаşqа, mülki qanunvercilik mirаs əmlakın vərəsələr arasında onların hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun olaraq bölüşdürülməsinin mümkünlüyü, paylarla bağlı vərəsələr arasında ixtilaflar və mübahisələr olduqda isə payların məhkəmə qaydasında bölüşdürülməsi və vərəsəlik hüquqlarının məhkəmə qaydasında müdafiə edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Həmçinin vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə, məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə bilərlər. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Lakin, nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olub-olmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 1297-1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki: X19 04 sentyabr 2010-cu il tarixdə vəfat etmişdir. Vəfat etməmişdən öncə onun aşağıdakı qanun üzrə birinci növbə vərəsələri qalmışdır: X13- qızı İddiaçı-oğlu Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh və X8 qarşı “torpaqdan çıxarılma, miras əmlakın vərəsələr arasında bölünməsi” tələbi ünvan 2 kəndi ünvanında yerləşən 0,28 ha torpaq sahəsinin vərəsələr arasında bölünməsi hissəsində təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi ünvan 2 kəndi üvanında yerləşən 0,28 ha torpaq sahəsindən Cavabdeh çıxarılması hissəsində isə rədd edilməlidir. Belə ki, Cavabdeh tərəfindən deyil, X26 tərəfindən istifadə edilir və torpaq sahəsi cavabdehlə X26 arasında qarşılıqlı razılaşma əsasında istifadə edilir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən hazırda faktiki olaraq istifadə etmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Yalnız torpaq sahəsinə vərəsəlik payı tanındıqdan sonra məhkəmə hesab edir ki, 0,28 ha torpaq sahəsinin faktiki istifadəçisi X23 qarşı müstəqil iddia tələbi irəli sürülməklə onun torpaq sahəsindən çıxarılması məsələsinə baxıla bilər. Çünki, həmin şəxs hazırki iddia üzrə tərəf kimi cəlb edilməmişdir. AR.MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu digər tərəfdən tələb edilmədiyindən onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiаçı İddiaçı cavabdehlər Cavabdeh və X8 qarşı “torpaqdan çıxarılma, miras əmlakın vərəsələr arasında bölünməsi” tələbinə dair iddia tələbi qismən təmin edilsin. ünvan 2 kəndi üvanında yerləşən 0,28 ha torpaq sahəsi vərəsələr arasında bölünməklə İddiaçı və X7 hər birinin ½ hissədə torpaq sahəsinə vərəsəlik payları tanınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Fuad Babaşov