Məhkəmə qərarları › İş №2(021)-191/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-191/2025

21.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-191/2025 21.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Abdullayev Ziya Yaşar оğlunun sədrliyi, X1 məhkəmə iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Bərdə rayon Güloğlular kənd Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı müqaviləsinin ləğvi və torpaqdan çıxarılma” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bərdə rayon Güloğlular kənd Bələdiyyəsinin xüsusi mülkiyyətində olan 4.17 ha torpaq sahəsində Cavabdeh çıxarılması və xx.xx.2004-cü il tarixli 04 saylı müqavilənin ləğv edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. İş materiallarına və elektron məhkəmə informasiya sistemindən aşkar olunmuş məlumatlara əsasən, iddiaçı fəaliyyətini müvəqqəti dayandırmış ********** saylı VÖEN əsasında küknar ağaclarının becərilməsi, cavabdeh fəaliyyətini müvvəqqəti dayandırmış ********** saylı VÖEN əsasında heyvandarlıqla əlaqədar bitkiçilik fəaliyyəti ilə məşğul olur. Eyni zamanda, hal-hazırda mübahisə predmeti Bərdə rayonu, Güloğlular Bələddiyəsinin mülkiyyətində olan 4,17 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; MPM-nin 24.3-cü maddəsinə istinadən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 45.2. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı halda məhkəmə aidiyyəti məsələsi həll edilməli, aidiyyət qaydalarının pozulmasına yol verildiyi nəzərə alınaraq, mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd edilənləri, eləcə də MPM-in 44.2.2, 24.2, 45.3-cü mаddələrini rəhbər tutаrаq məhkəmə, QƏRАRА АLDİ: İddiaçı Cavabdeh qarşı “Bərdə rayon Güloğlular kənd Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı müqaviləsinin ləğvi və torpaqdan çıxarılma” tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad məlumat üçün tərəflərə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə Rаyоn Məhkəməsinə şikаyət verilə bilər. Hаkim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar