Məhkəmə qərarları › İş №2(021)-1910/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1910/2023

16.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1910/2023 16.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X2 Qasım oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə, Ərizəçi “Tapşırığı yerinə yetirərkən şəhid olma faktının təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq Müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 12 avqust 1969-cu il təvəllüdlü X1 13 noyabr 1994-cü il tarixdə tapşırığı yerinə yetirərkən şəhid olması faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə göndərərək ərizəsində uyğunsuzluq olduğundan məhkəmə hazırlıq iclasından sənədlərinin özünə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, Ərizəçi ərizəsini müzakirə edib, hesab edir ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 170.1-ci maddəsinin tələbinə əsasən ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261-0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, Ərizəçi “Tapşırığı yerinə yetirərkən şəhid olma faktının təsdiq edilməsi” tələbinə dair mülki iş baxılmamış saxlanıldığından iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Ərizəçi “Tapşırığı yerinə yetirərkən şəhid olma faktının təsdiq edilməsi” tələbinə dair ərizəsi Ərizəçi qaytarılsın. Ərizəçi 14 mart 2023-cü il tarixdə 13319 nömrəli mədaxil qəbzi ilə dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar