Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1917/2023 28.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Böyük məsləhətçi Əzizov Mətləb Yahya oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X7 qarşı “torpaq sahəsindən və tikilidən çıxarılma” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X5 onun mülkiyyəti olan, Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsindən və 2 otaqlı binadan çıxarılmaları, pozulmuş hüquqlarının aradan qaldırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı X2 iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bərdə rayonu, Qaradəmirçi kəndində qeydiyyatda olmaqla, həmişə həmin kənddə yaşamışdır. Qaradəmirçi kəndində yaşadığı müddət ərzində kolxozda və digər təsərrüfat sahələrində işləmişdir. Keçmiş Bərdə rayonu, R.Səfərəliyev adına AİM-nin Yerli İslahat Komissiyasının 25 dekabr 2000-ci il tarixli, 08 nömrəli iclas protokoluna əsasən Bərdə- Alpout asfalt yolunun sol tərəfində yerləşən köhnə məktəbdə 2 otaqdan ibarət bina 0,6 hektar həyəti ilə birlikdə denominasiyadan əvvəlki qiymətlə ******* manata pay torpağından Çıxılmaqla əmlak payı hesabına tərəfindən özəlləşdirilməsi qərara alınmışdır. X27 Komissiyası tərəfindən X25 komissiyasının 1998-ci il 17 yanvar tarixli, 10\AK-1 nömrəli protokoluna əsasən tərtib edilmiş AKT-a əsasən mən ******* (üç milyon iki yüz yetmiş altı min) manat pulu ödəmiş və X27 komissiyası binanı ona təhvil vermişdir. Bərdə rayon Aqrar İslahat komissiyasının 12 dekabr 2002-ci il tarixli, 01 saylı Qərarı ilə R.Səfərəliyev adına AİM-nin YİK-nin 25 dekabr 2000-ci il tarixli 08 saylı protokolu təsdiq edilmişdir. Bundan əlavə, o, Bərdə rayon Qaradəmirçi Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 08 saylı iclas protokoluna əsasən binanın üzərində yerləşdiyi 0,06 hektar həyətyanı torpaq sahəsi almış və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-244712022 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası ƏMDX DƏDKRX-i Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 07 fevral 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış almışdır. Beləliklə də həyətyanı torpaq sahəsi və 2 otaqlı bina üzərində mülkiyyət hüququ qeyd alınmışdır. Lakin 2005-ci il tarixdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xəbəri olmadan, özbaşına köçüb həmin evdə yaşamağa başladılar və artıq bir neçə ildir ona məxsus binada yaşayır və həyətyanı torpaq sahəsindən istifadə edirlər. Cavabdehlər əvvəl binada yaşamamışlar və harada yaşamaları ona məlum deyildir. Hazırda Ukrayna Respublikasında yaşayan oğlu X3-Rusiya müharibəsi ilə əlaqədar olaraq qaçqın kimi Azərbaycan Respublikasına köçmüşdür. Ancaq onun yaşamağa yeri yoxdur. Ona görə də oğlu Nadirin yaranmış vəziyyətlə əlaqədar olaraq həmin binada yaşamaq və həyətyanı torpaq sahəsindən istifadə etmək zərurəti yaranmışdır. Dəfələrlə cavabdehlərdən torpaq sahəsindən və binadan çıxmalarını tələb etmişdir. Lakin cavabdehlər ona məxsus torpaq sahəsindən və yaşayış evindən çıxmırlar və öz evində yaşayıb torpaq sahəsindən istifadə etməyinə imkan vermirlər. Hətta cavabdehlərə kirayəyə çıxmalarını və 1 illik kirayə pulunu ödəyəcəyini təklif etmişdir. Ancaq cavabdehlər onlara ev almağını tələb edirlər. Qeyd olunanlara əsasən iddiasının təmin olunmasını məhkəmdən xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia həcminin azaldılması barədə ərizə təqdim edərək, Qaradəmirçi kənd ərazisində keçən əsas yoldan ona məxsus olan torpaq sahəsindən başlayaraq cavabdehlərin faktiki yaşadıqları 1 otaqlı binaya qədər olan hissədən və cavabdehlərin faktiki yaşamadıqları 1 otaqlı tikilidən çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, məcburi köçkün kimi qeyd edilən binada məskunlaşıblar. Başqa yaşayış yeri yoxdur. Məhkəmənin əvvəlki iclasında cavabdeh X10 bildirdi ki, yoldaşı xəstədir, maddi imkanları zəifdi. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmənin hazırkı iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE №0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1935-ci il tarixdə Ermənistan Yexinadzor rayonunda anadan olmuşdur. Bərdə rayon Qaradəmirçi kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəri Başçısının Qaradəmirçi kənd inzibati ərazi dairəsi ürə nümayəndəliyi tərəfindən verilmiş 382 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Qaradəmirçi kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, R.Səfərəliyev adına AİM-nin Yerli İslahat Komissiyasının 25 dekabr 2000-ci il tarixli, 08 nömrəli iclas protokoluna əsasən Bərdə- Alpout asfalt yolunun sol tərəfində yerləşən köhnə məktəbdə 2 otaqdan ibarət bina 0,08 hektar həyəti ilə birlikdə əmlak payı hesabına tərəfindən qərara alınmışdır. İş materiallarında olan A №924660 Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Birinci Qaradəmirçi kənd sakini İddiaçı Bərdə rayonu Birinci Qaradəmirçi bələdiyyəsinin 21 iyul 2009-cu il tarixli, 8 saylı qərarı ilə 600.32 kv.m fərdi yaşayış evi tikmək üçün verilmiş torpaq sahəsi ilə bağlı tərtib edilimş və X21 kitabında xx.xx.2009-cu il tarixli, 0097 nömrə ilə uçota alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən İddiaçı adına verilmiş reyestr nömrəsi **********71, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Çıxarışdan görünür ki, Bərdə rayon Birinci Qaradəmirçi kəndində yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı tam xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Gəncə İnzibati Məhkəməsinin 2-1(114)2447/2022 saylı xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, Bərdə rayonu Birinci Qaradəmirçi bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 08 nömrəli qərarı ilə İddiaçı satılmış 0.06 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 2(021)28/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh2, X22, X8, X1 Xəqani Vaqif oğlu, X14 cavabdeh X12 qarşı iddia qaldıraraq onun hərəkətlərinə son qoyulaqla tikilinin sökülməsinin qarşısının alınmasına dair qətnamə Çıxarılmasını xahiş etmiş, iddia tələbi təmin edilərək Bərdə rayonunun 1-ci Qaradəmirçi kəndində yerləşən məcburi köçkünlərin məskunlaşdıqları köhnə məktəb binasındakı otağın sökülməsinə son qoyulması cavabdeh X12 həvalə olunnması qət olunmuşdur. İş materiallarına əlavə edilmiş foto-şəkildən görünür ki, iki bitişik tikili vardır, biri yaşayışa yararlı digəri isə yararsız vəziyyətdədir. İş materialına əlavə edilmiş yerli baxış protokolundan görünür ki, Qaradəmirçi kənd ərazisindən keçən əsas yoldan iddiaçıya məxsus olan torpaq sahəsindən başlayaraq cavabdehlərin faktiki yaşadıqları 1 otaqlı binaya qədər olan hissə və cavabdehlərin faktiki yaşamadıqları 1 otaqlı tikili və cavabdehlərin faktiki yaşadıqları 1 otaqlı tikili mövcuddur. Cavabdehlərin faktiki yaşamadıqları 1 otaqlı tikili təmirsiz, qapı-pəncərələri, dam örtüyü olmayan tikili olmaqla cavabdehlərin faktiki yaşadıqları 1 otaqlı tikiliyə birləşikdir. Cavabdehlər Qaradəmirçi kənd ərazisindən keçən əsas yoldan iddiaçıya məxsus olan torpaq sahəsindən binaya qədər olan torpaq sahəsini də istifadə edirlər. Həmçinin müəyyən edildi ki, cavabdehlərin faktiki yaşadıqları 1 otaqlı binadan şimal istiqamətə digər qonşu torpaq sahələrinə bitişik iddiaçıya məxsus torpaq sahəsindən də istifadə edirlər ki, onların yaşadıqları binaya qonşularla birlikdə ümumi piyada gediş-gəliş yolu mövcuddur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Bərdə rayonu, R.Səfərəliyev adına AİM-nin Yerli İslahat Komissiyasının 25 dekabr 2000-ci il tarixli, 08 nömrəli iclas protokoluna əsasən Bərdə- Alpout asfalt yolunun sol tərəfində yerləşən köhnə məktəbdə 2 otaqdan ibarət bina 0,08 hektar həyəti ilə birlikdə əmlak payı hesabına iddiaçıya verilməsi qərara alınmışdır. Bərdə rayon Birinci Qaradəmirçi kəndində yerləşən 0.06 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində tam xüsusi mülkiyyəti hüququ ilə İddiaçı adına rəsmiləşdirilmişdir. Lakin həmin torpaq sahəsində olan tikililər dövlət reyestrində qeydiyyata alınmamışdır. Cavabdehlər məcburi köçkün kimi həmin torpaq sahəsində və 1 otaqlı tikilidə məskunlaşmışlar. Digər bir otaqlı tikili isə yaşayış üçün yararlı olmayan tikili olmasına baxmayaraq cavabdehlər tərəfindən torpaq sahəsinə keçmək üçün həmin tikilinin içərsindən keçməklə istifadə olunur. Həmçinin müəyyən edildi ki, cavabdehlərin faktiki yaşadıqları 1 otaqlı binadan şimal istiqamətə digər qonşu torpaq sahələrinə bitişik iddiaçıya məxsus torpaq sahəsindən də istifadə edirlər ki, onların yaşadıqları binaya qonşularla birlikdə ümumi piyada gediş-gəliş yolu mövcuddur. Məhkəmə qeyd edir ki, iddiaçı idda tələbində cavabdehlərin Qaradəmirçi kənd ərazisində keçən əsas yoldan ona məxsus olan torpaq sahəsindən başlayaraq cavabdehlərin faktiki yaşadıqları 1 otaqlı binaya qədər olan hissədən və cavabdehlərin faktiki yaşamadıqları 1 otaqlı tikilidən çıxarılmısından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqlarının və X9 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edir ki, Bərdə rayonu, R.Səfərəliyev adına AİM-nin Yerli İslahat Komissiyasının 25 dekabr 2000-ci il tarixli, 08 nömrəli iclas protokoluna əsasən Bərdə- Alpout asfalt yolunun sol tərəfində yerləşən köhnə məktəbdə 2 otaqdan ibarət bina 0,08 hektar həyəti ilə birlikdə əmlak payı hesabına iddiaçıya verilmişdir. İddiaçı torpaq sahəsinə münasibətdə çıxarış alımışdır. Lakin tikililərə münasibətdə çıxarış almamışdır. Buna baxmayaraq həmin tikililərə münasibətdə onun gözləntilən mülkiyyət hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və X9 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). Avropa Məhkəməsi bir sıra qərarlarında onu da göstərmişdir ki, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X13rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). Məhkəmə cavabdehlərin məcburi köçkün kimi həmin torpaq sahəsində və binada məskunlaşmasını, yalnız yaşayış üçün yararlı 1 otaqlı binada yaşamalarını digər yararsız 1 otaqlı bina və torpaq sahəsi gediş-gəliş yolu üçün istifadə olunmasını , həmçinin cavabdehlərin faktiki yaşadıqları 1 otaqlı binadan şimal istiqamətə digər qonşu torpaq sahələrinə bitişik iddiaçıya məxsus torpaq sahəsindən də istifadə etmələrini, onların yaşadıqları binaya qonşularla birlikdə ümumi piyada gediş-gəliş yolunun mövcüd olmasını və iddiaçının yalnız Qaradəmirçi kənd ərazisində keçən əsas yoldan ona məxsus olan torpaq sahəsindən başlayaraq cavabdehlərin faktiki yaşadıqları 1 otaqlı binaya qədər olan hissədən və cavabdehlərin faktiki yaşamadıqları 1 otaqlı tikilidən çıxarılamısını nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, cavabdehlər dövlət rüsumu ödəmədən azad edildiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119 -cu maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsum iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X7 qarşı “torpaq sahəsindən və tikilidən çıxarılma” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X10 İddiaçı məxsus Qaradəmirçi kənd ərazisində keçən əsas yoldan ona məxsus olan torpaq sahəsindən başlayaraq cavabdehlərin faktiki yaşadıqları 1 otaqlı binaya qədər olan torpaq sahəsindən və cavabdehlərin faktiki yaşamadıqları 1 otaqlı tikilidən çıxarılsınlar. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1917/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1917/2023
28.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver