Məhkəmə qərarları › İş №2(021)-192/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-192/2023

31.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-192/2023 31.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X18 iclas kаtibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 və onların vəkili X20 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı atası X21, anası X9 və qardaşı X10 qalan mirasın və JN 253 A torpaq sahəsinin vərəsələr arasında bərabər bölünərək ona düşən hissədə mülkiyyət hüququnun tanınaraq onun mülkiyyətinə verilməsinə dair ilk, Cavabdeh2 Şəmsitan qızının və Cavabdeh1 İddiaçı qarşı “miras payının naturada bölünməsi tələbinə” dаir qarşılıqlı iddiа ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı atası X21, anası X9 və qardaşı X10 qalan mirasın və JN 253 A torpaq sahəsinin vərəsələr arasında bərabər bölünərək ona düşən hissədə mülkiyyət hüququnun tanınaraq onun mülkiyyətinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundаn sonra ilk iddiа üzrə cаvаbdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək miras qalmış ünvan 1i ünvanında yerləşən həyətyanı torpaq sahəsindən və fərdi yaşayış evindən qardaşları İddiaçı miras payının naturada bölünməsi və onların paylarına düşən hissəsinin verilməsinə dair qətnаmə qəbul edilməsini xаhiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə dəqiqləşdirmə barədə ərizə verərək iddia tələbinin ötürülmüş iddia müddətinin bərpası və mirasın naturada bölünməsi olaraq qeyd edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia həcminin artırılmasına dair ərizə verərək mərhum atası X21, anası X4 miras qalan mirasın və torpaq sahəsinin vərəsələr arasında bərabər bölünməsinə, o cümlədən qardaşı X10 qalan mirasın üzərində isə tam olaraq onun mülkiyyət hüququnun tanınaraq onun mülkiyyətinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 məhkəməyə dəqiqləşdirmə barədə ərizə verərək iddia tələbini mirasın qəbul etmə müddətinin ötürülməmiş hesab edilməsi, torpaq sahəsindən vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququnun tanınması hissəsində onlara düşən hissənin naturada ayrılıb verilməsi olaraq qeyd edilməsini xahiş etmişdir. İlk idda tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərlə bacı qardaşdırlar. Mərhum atalarından və analarından, qardaşından qalan evdə yaşamış və hazırda da yaşayır. Atasını, anasını, qardaşını dəfn etmiş və dəfn xərcini çəkmişdir. Mərhum qardaşı Arifin də müalicə xərclərini o çəkmişdir. Hazırda sözgedən evdə və həyətdə yaşayır. Beləki, mərhum atası X16, X6 və X17 verilən 0.17 ha həyətyanı torpaqdan istifadə edir. Torpaq sahəsi JN 253 A kod 61006018 saylı olan mülkiyət şəhadətnaməsi ilə mərhum valideynlərinin və qardaşının adına olubdur. Beləki, atası X21 xx.xx.2007-ci ildə vəfat etmiş və AZ-1 247226 saylı, anası X9 xx.xx.2016-ci ildə vəfat etmiş və AZ-İ 793813 saylı və qardaşı X22 isə xx.xx.2021-ci ildə vəfat etmiş və AZ-İİ N52186 saylı ölüm şəhadətnamələri verilmişdir. Onun doğum haqqında şəhadətnaməsində isə valideyinlərinin adları göstərilmişdir. Qardaşı Arif ailə qurmayıb, heç bir rəsmi nikahı olmamış, heç kəslə ər-arvad münasibətində olmamışdır. Hesab edir ki, valideyinlərindən və qardaşından qalan mirası o qəbul etdiyi üçün ona düşən hissə ayrılaraq onun mülkiyyətinə verilməlidir. Mirası o qəbul etmişdir. İllərdir mirasdan etirazsız istifadə edir. Hazırda həmin əmlakı adına sənədləşdirmək istədikdə cavabdehlər uzun illərdir ayrı yaşamalarına baxmayaraq sənədləşdirmə aparmağına imkan verməmişlər. Hesab edir ki, mərhum atasından, mərhum anasından və qardaşından qalan sənədsiz 4 otaqlı evin və JN 253A kod 61006018 saylı torpaq şəhadətnaməsi ilə 0.17 ha həyətyanı torpaq sahəsinə qanuna uyğun olaraq onun vərəsə kimi tanınaraq mərhum atası X21, anası X3 qalan mirasın və torpaq sahəsinin vərəsələr arasında bərabər bölünməsinə, qardaşı X10 qalan miras əmlak üzərində isə tam olaraq onun mülkiyyət hüququnun tanınmasını istəyir. Bundan başqa valideyinlərindən və qardaşından miras qalmış əmlakı savadsızlıqdan vaxtında qəbul edə bilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Qarşılıqlı iddia tələbi isə onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə cavabdeh onların qardaşıdır. Ataları və anaları vəfat etməmişdən öncə onların xüsusi mülkiyyətində ünvan 1i ünvanında 0.17 ha həyatyanı torpaq sahəsi və torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi vardır. Hazırda cavabdeh anaları və atalarından miras qalmış evdə yaşayır və istifadə edir. Hal-hazırda onların qardaşlarının fərdi yaşayış evindən istifadə etməsini istəmirlər. Bu səbəbdən də İddiaçı yaşadığı ünvan 1ində yerləşən miras payının naturada ayrılmasını və onlara düşən hissədə paylarının ayrılıb verilməsini istəyirlər. Dəfələrlə cavabdehdən atasından və anasından miras qalmış həyətyanı torpaq sahəsini və fərdi yaşayış evinin naturada ayrılıb paylarının verilməsini tələb etsələr də cavabdeh bundan imtina etmişdir. Odur ki, qarşılıqlı iddianın təmin edilməsini xahiş edirlər. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 vəkili X31 ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ilk iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə ünvan 1ində doğulmuş, ünvan 1ində qeydiyyatdadır. JN-253A KOD 61006018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli, 10 saylı qərarına əsasən ünvan 1ində X16, X7 və X17 0,17 hektar torpaq sahəsi ayrılmışdır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 26 aprel 2022-ci il tarixli, 05 nömrəli arayışdan görünür ki, Cavabdeh1 hal-hazırda icra nümayəndəliyinin Kərimbəyli kəndinə aid təsərrüfatbaşına kitabının 620-ci səhifəsinə əsasən qeydiyyatdadır, ərazidə yaşamır. Cavabdeh2 isə nümayəndəliyin ərazisində heç bir qeydiyyatda yoxdur və yaşamır. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12 aprel 2022-ci il tarixli, 448-05/69 nömrəli arayışdan görünür ki, X21 ilə X11 27 noyabr 1957-ci ildə nikah bağlamışlar, bu barədə 27 noyabr 1957-ci ildə 11 nömrəli nikah akt qeydi tərtib olunmuş, nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. Bərdə rayonu X36 (icra nümayəndəliyi) tərəfindən verilmiş 15 noyabr 1958-ci il tarixli, İİİ-JQ386197 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1958-ci ildə anadan olmuş, atası X21, anası X11 olmaqla bu barədə doğum akt qeydləri kitabında 01 oktyabr 1958-ci ildə 37 nömrə ilə qeydiyyat aparılmışdır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Yeni Əricə kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 aprel 2007-ci il tarixli AZ-İ 247226 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 21 mart 2007-ci ildə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 02 aprel 2007-ci ildə 08 nömrə ilə qeyd edilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 yanvar 2021-ci il tarixli, AZ- İİ152186 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 08 yanvar 2021-ci ildə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 18 yanvar 2021ci ildə 103 nömrə ilə qeyd edilmişdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Yeni Əricə kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 28 mart 2016-cı il tarixli AZ-İ 793813 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 22 mart 2016-cı ildə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 28 mart 2016-cı ildə 12 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, İddiaçı qanunla müəyyən edilmiş müddətdə miras əmlakı qəbul etmədiyi üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 aprel 2022-ci il tarixli, 267 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu, Yeni Əyricə kəndində yaşayır. AZE seriyalı, 14577765 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki Cavabdeh2 xx.xx.1963-cü ildə ünvan 1ində anadan olmuş, Mingəçevir şəhəri, Y.Mənsurov küçəsi, ev 11, mənzil 16-da qeydiyyatdadır. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 22 mart 1971-ci ildə anadan olmuşdur. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 29 avqust 2022-ci il tarixli, 08 saylı arayışdan görünür ki, X5 və arvadı mərhumə X8 adına olan təsərrüfatbaşına kitablar arxivə verilmişdir. Onlara məxsus yaşayış evi və həyətyanı torpaq sahəsi sonradan onların vəfatından sonra onlarla birgə yaşayan oğlu 2021-ci ildə vəfat etmiş X13 adına qeydə alınmışdır. Onun vəfatından sonra isə təsərrüfatı boş saxlanılır. Mərhum vətəndaşların adına olan evinin ümumi sahəsi 60 kv.metr və 0,17 ha həyətyanı torpaq sahəsi olmuşdur. X14 və arvadı X8 ailə üzvləri oğlu İddiaçı, qızı Cavabdeh1, qızı Cavabdeh2 və oğlu X22 qalmış, X22 vəfat etmiş, vəfat edənədək ailə qurmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 06 oktyabr 2022-ci il tarixli, 2475/2022 nömrəli məktubdan görünür ki, İddiaçı X5ndan miras qalmış əmlakı qanunla müəyyən edilmiş müddətdə miras əmlakı qəbul etmədiyi üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 06 oktyabr 2022-ci il tarixli, 2476/2022 nömrəli məktubdan görünür ki, İddiaçı mərhum X3 miras qalmış əmlakı qanunla müəyyən edilmiş müddətdə miras əmlakı qəbul etmədiyi üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Cavabdeh2 ünvanlanmış 06 oktyabr 2022-ci il tarixli, 2481/2022 nömrəli məktubdan görünür ki, Cavabdeh2 X5ndan miras qalmış əmlakı qanunla müəyyən edilmiş müddətdə miras əmlakı qəbul etmədiyi üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Cavabdeh2 ünvanlanmış 06 oktyabr 2022-ci il tarixli, 2482/2022 nömrəli məktubdan görünür ki, Cavabdeh2 mərhum X10 miras qalmış əmlakı qanunla müəyyən edilmiş müddətdə miras əmlakı qəbul etmədiyi üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Cavabdeh2 ünvanlanmış 06 oktyabr 2022-ci il tarixli, 2483/2022 nömrəli məktubdan görünür ki, Cavabdeh2 mərhum X3 miras qalmış əmlakı qanunla müəyyən edilmiş müddətdə miras əmlakı qəbul etmədiyi üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Cavabdeh1 ünvanlanmış 06 oktyabr 2022-ci il tarixli, 2484/2022 nömrəli məktubdan görünür ki, Cavabdeh1 mərhum X3 miras qalmış əmlakı qanunla müəyyən edilmiş müddətdə miras əmlakı qəbul etmədiyi üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Cavabdeh1 ünvanlanmış 06 oktyabr 2022-ci il tarixli, 2485/2022 nömrəli məktubdan görünür ki, Cavabdeh1 X5ndan miras qalmış əmlakı qanunla müəyyən edilmiş müddətdə miras əmlakı qəbul etmədiyi üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Cavabdeh1 ünvanlanmış 06 oktyabr 2022-ci il tarixli, 2486/2022 nömrəli məktubdan görünür ki, Cavabdeh1 mərhum X10 miras qalmış əmlakı qanunla müəyyən edilmiş müddətdə miras əmlakı qəbul etmədiyi üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İş materiallarında olan “Elektron notariat” X1 vasitəsilə “vətəndaşlıq vəziyyəti aktları” AQİN-dən Çıxarışdan görünür ki, X23 və X2 rayonu Əyricə kəndində anadan, X24 xx.xx.1966-cı ildə ünvan 1ində anadan olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, mübahisələndirilən həyətyanı torpaq sahəsi hal-hazırda naturada 0,24 hektardır. Bundan 0,07 hektar bələdiyyə mülkiyyətinə, 0,17 hektar isə JN-253A nömrəli şəhadətnamə ilə mülkiyyətə verilən həyətyanı torpaq sahəsidir. X5, X11 və X10 miras qalmış ünvan 1ində JN-253 A seriyalı 0,17 ha torpaq sahəsinin İddiaçı, Cavabdeh1 və Cavabdeh2 paylarına uyğun olaraq bərabər, yəni 0,560 ha ölçüdə torpaq sahələrinin naturada kəndarası yola bir çıxışı olduğundan,eləcə də üzərində bir yaşayış evi və bir köməkçi tikili olduğundan mülkiyyətçilər arasında bölünməsi mümkün deyildir. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş plan əlavə olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı atası X21, anası X9 və qardaşı X10 qalan mirasın və JN 253 A torpaq sahəsinin vərəsələr arasında bərabər bölünərək ona düşən hissədə mülkiyyət hüququnun tanınaraq onun mülkiyyətinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundаn sonra ilk iddiа üzrə cаvаbdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək miras qalmış ünvan 1i ünvanında yerləşən həyətyanı torpaq sahəsindən və fərdi yaşayış evindən qardaşları İddiaçı miras payının naturada bölünməsi və onların paylarına düşən hissəsinin verilməsinə dair qətnаmə qəbul edilməsini xаhiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə dəqiqləşdirmə barədə ərizə verərək iddia tələbinin ötürülmüş iddia müddətinin bərpası və mirasın naturada bölünməsi olaraq qeyd edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia həcminin artırılmasına dair ərizə verərək mərhum atası X21, anası X3 miras qalan mirasın və torpaq sahəsinin vərəsələr arasında bərabər bölünməsinə, o cümlədən qardaşı X10 qalan mirasın üzərində isə tam olaraq onun mülkiyyət hüququnun tanınaraq onun mülkiyyətinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 məhkəməyə dəqiqləşdirmə barədə ərizə verərək iddia tələbini mirasın qəbul etmə müddətinin ötürülməmiş hesab edilməsi, torpaq sahəsindən vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququnun tanınması hissəsində onlara düşən hissənin naturada ayrılıb verilməsi olaraq qeyd edilməsini xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının (bundan sonra Konstitusiyanın) 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1274-cü maddəsinə miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bundаn bаşqа, mirаs qаnunun tələbinə əsаsən qəbul оlunmuşsа, lаkin vərəsəlik şəhаdətnаməsi vаxtındа rəsmiləşdirilməmişsə, bu mirаsа qаrşı hüququn itirilməsi üçün əsаs hesаb edilə bilməz. Vərəsə mirаsа sаhiblik, оndаn istifаdə və оnа sərəncаm verməsi sаhəsində müvаfiq işlər görmüşsə-binаnın təmiri, həyətyаnı tоrpаq sаhəsini becərmək, məhsulu yığmаq və s. yаxud sığоrtа tədiyəsini və ev üçün vergini ödəmişsə, kirаyənişinlərdən mənzil pulunu yığmışsа və b. hаllаr vərəsənin mirаsı fаktiki surətdə idаrə etməyə bаşlаmаsını və mirаsа yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Məhkəmə ilk və qarşılıqlı iddia tələbləri ilə bağlı qeyd edir ki, ilk iddia tələbi mirasın qəbulu üçün ötürülmüş müddətin bərpası və X5, X9 və qardaşı X10 miras qalan JN 253 A torpaq sahəsinin vərəsələr arasında bərabər bölünməsi hissəsində təmin edilməli, qardaşı X10 miras qalan əmlaka ilk iddiaçının tam olaraq vərəsəlik payının (mülkiyyət hüququnun tanınması) müəyyən edilməsi və naturada bölünməsi hissəsində rədd edilməli, qarşılıqlı iddia isə mirasın qəbul etmə müddətinin ötürülməmiş hesab edilməsi və torpaq sahəsindən vərəsəlik hüququnun tanınması hissəsində təmin edilməli, torpağa vərəsəlik hüququnun tanınması hissəsində onlara düşən hissənin naturada ayrılıb qarşılıqlı iddiaçıların mülkiyyətinə verilməsi hissəsində isə eynilə ilk iddiada olduğu kimi rədd edilməlidir. Belə ki, ilk və qarşılıqlı iddiaçılar mərhumlar X21, X9 və qardaşı X13 qanun üzrə vərəsələridirlər və hər üç şəxsin mərhumlara ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olmaqla onlardan miras qalan 0.17 ha həyətyanı torpaq sahəsinə bərabər paylarla vərəsəlik hüquqları mövcuddur və bu hissədə onların qanun üzrə vərəsəlik hüququna uyğun olaraq bərabər, yəni 0,0560 ha (1/3 hissədə) ölçüdə bölünməklə miras payları tanınmalıdır. Məhkəmə onu qeyd edir ki, 0,17 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və köməkçi tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından həmin tikili özbaşına tikili sayılır və ona mülkiyyət hüququ və ya üzərində hər hansı miras payı tanına bilməz. Belə ki, Mülki Məcəllənin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə torpaq sahəsinin naturada bölünməsinin mümkünlüyü məsələsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, mübahisələndirilən həyətyanı torpaq sahəsinin digər sahələrin naturada kəndarası yola bir çıxışı olduğundan, eləcə də üzərində bir yaşayış evi və bir köməkçi tikili olduğundan mülkiyyətçilər arasında naturada bölünməsi mümkün deyildir. Buna görə də ilk və qarşılıqlı iddialar torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinin naturada bölünməsi və ayrılaraq mülkiyyətə verilməsi hissəsində təmin edilə bilməz. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş rüsumları tələb edilmədiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlki və qarşılıqlı iddia tələbləri qismən təmin edilsin. Mirasın qəbulu üçün ötürülmüş müddət üzürlü hesab edilərək bərpa edilsin və X5, X11 və X10 miras qalan ünvan 1i ünvanında yerləşən JN 253 A kod 61006018 nömrəli 0.17 ha həyətyanı torpaq sahəsi İddiaçı, Cavabdeh1 və Cavabdeh2 arasında vərəsəlik paylarına uyğun olaraq bərabər (1/3 hissədə), yəni 0,560 ha ölçüdə bölünməklə həmin torpağa onların bərabər miras payları tanınsın. İlk və qarşılıqlı iddialar qalan hissələrdə təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1(bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar