Məhkəmə qərarları › İş №2(021)-1921/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1921/2023

11.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1921/2023 11.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X*4, Ərizəçi iştirakları ilə, Ərizəçi qohumluq faktının təsdiqi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun mərhumə X9 nəticəsi olması faktının təsdiqi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışlar ki, o Bərdə rayon Qarayusifli kəndində yaşayır X*, anası isə X*5r. X23 və onun nənəsi X*8 vəfat etməmişdən öncə Bərdə rayon Qarayusifli kəndində yaşamış və həmin kənddə vəfat etmişdir. Vəliyəddin Cəfərli 0* mart 2022-ci il tarixdə Leyli Cəfərova isə 09 yanvar 2008-ci il tarixdə vəfat etmişdir. Onların vəfat etməmişdən ömcə Adına bərdə rayonu Qarayusifli kəndində yerləşən 3,*02* hektar torpaq sahəsi olmuşdur. Qeyd edilən 3,*02* hektar torpaq sahəsinə *0 oktyabr 2022-ci il tarixli *8220*93*4 qeydiyyat nömrəsi ilə qeydiyyata aklnmış və çıxarışda verilmişdir. Torpaq sahəsinin Çıxarışı rəsmi olaraq X*0 adına olmasada lakin atası ilə atasının nənəsinin həmin torpaq sahəsində pay hüququ olmuş və Çıxarışda adları payçı siyahısında olmuşdur. Atasının nənəsi Leyli Cəfərova vəfa etdikdən sonra onun payına düşən torpaq sahəsinin X23 yararlı halda salaraq istifadə etmiş, atası vəfat etdikdən sonra isə onların torpaqlarını o istifadə etmişdir. İndi isə o atasından və atasının nənəsindən ona miras olaraq qalmış Bərdə rayon Qarayusifli kəndində yerləşən torpaq sahəsini öz adına sənədlişdirmək istəyir. Bununla bağlı Asan xidmət mərkəzin notariat kontoruna müraciət etdikdə isə ondan mərhum atası X2 və X9 doğum haqqında şəhadətnaməsini tələb edirlər. Lakin doğum haqqında şəhadətnamələri tapılmadığından atasından və atasının nənəsi X9 doğumu haqqına şəhadətnaməsini tələb edirlər. Lakin doğum haqqında şəhadətnamələri tapılmadığından atasından və atasının nənəsi X7 miras qalmış torpaq sahəsinin onun adına sənədləşdirməkdən imtina edirlər. Bunun üçündə oda məcbur qalıb onun X9 nəticəsi olmağını təsdiq etmək üçün məhkəməyə müraciət edir. X9 onun atasının nənəsi olması yəni qohumluq faktı məhkəmə qətnaməsi ilə təsdiq edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxxx *99*-ci ildə ünvan 1ində doğulmuşdur, Qarayusifli kəndi ünvanında qeydiyyatdadır. İş materiallarında olan Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, X**, Ərizəçi, X4, X5, X9 birgə mülkiyyətinə ünvan 1ində 3.*02* ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan Bərdə rayonu, Alpoud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 500 nömrəli, 24 avqust 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X*8 vəfat edənə kimi ünvan 2 ünvanında yaşayıb, vətından sonra təsərrüfatında onunla birgə yaşayan X2*, X*2, X8 və Ərizəçi qalmışdır. İş materiallarında olan AZ-İ 246970 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X*8 09 yanvar 2008-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-İİ 248332 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 0* mart 2022-ci ildə ölmüşdür. İş materiallarında olan XVİ-JQ 26*840 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxxx *99*-ci ildə doğulmuşdur, atası X6, anası X*6r. İş materiallarında olan Bərdə rayon, Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03 aprel 2023cü il tarixli, 3-*6-5/8-*5-*68/2023 nömrəli məktubdan müəyyən olunur ki, Ərizəçi na məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər,pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin *3.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin izahatı və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, Ərizəçi X9 nəticəsi olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi X9 nəticəsi olması faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar