Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-194/2021 05.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı və vəkili X4, Cavabdehlər Cavabdeh və X19 oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X19 oğluna qarşı “cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh və X19 oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Bərdə rayon Qaradırnaq kəndində yerləşən 0.33 ha torpaq sahəsinə dair cavabdehlər Cavabdeh və X19 oğlu ilə qonşuluq münasibətləri nəzərə alınaraq həmin torpaq sahəsinin cavabdehlərlə müştərək xərclər əsasında hasarlanmaqla mərz nişanlarının qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X7 iddia tələbini belə əsaslandırmışdır ki, Bərdə rayon Qaradırnaq kəndində 0.33 ha yaşayış məntəqələrinin təyinatlı torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Mülkiyyət hüququ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23.05.2016-cı il tarixli ******* nömrəli Çıxrışa əsasən təsbit edilmişdir. Cavabdehlərə onun qonşuluq münasibəti vardır. Qonşuluq sərhədlərinin müəyyən dilməməsi səbəbəindən aralarında tez-tez narazılıq yaranmışdır. Dəfələrlə məhkəmədə mübahisələndirmişlər, hər bir mübahisəyə dair məhkəmə aktları qəbul olunsa da, onların qonşu sərhədləri dəqiqləşdirilməmişdir. Buna görə də tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin əsasının dəyişdirilməsi barədə ərizə verərək, xüsusi mülkiyyətində olan Bərdə rayon Qaradırnaq kəndində yerləşən 0.33 ha torpaq sahəsindən istifadəsinə dair cavabdehlər tərəfindən məhdudiyyətlərə son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, bildirdi ki, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X10 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının iddia tələbi iə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri vardır. İcraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X19 oğlu iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının iddia tələbi iə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri vardır. İcraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, iddiaçı X1 hazırkı iddiası üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 25 iyun 2013cü il tarixli 2(021)-893/2013 saylı qətnaməsindən görünür ki, Cavabdeh Elya oğlunun, X6, X5 və X3 mülkiyyətlərində olan Bərdə rayonu Qaradırnaq kəndində yerləşən həyətyanı torpaq sahələrinin suvarılması üçün nəzərdə tutulmuş su arxının cavabdehlər X13 və X11 tərəfindən bağlanmasına yönəldilən hərəkətlərə son qoyulması barədə tələblərinin təmin edilməsi, Cavabdeh Elya oğlunun, X6, X5 və X3 mülkiyyətlərində olan Bərdə rayonu Qaradırnaq kəndində yerləşən həyətyanı torpaq sahələrinin suvarılması üçün nəzərdə tutulmuş su arxından istifadə etmələrinə cavabdehlər X13 və X11 tərəfindən törədilən maneçilik həmin su arxını əhatə edən cavabdehlər tərəfindən çəkilmiş çəpər cavabdehlərin hesabına sökülməsi yolu ilə aradan qaldırılması qət olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respblkası Ali Məhkəməsinin 2(102)688\2014 saylı 07.03.2014-cü il tarixli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)1323\2013 saylı 01.10.2013-cü il tarixli qətnaməsi ilə Bərdə Rayon Məhkəməsinin 25 iyun 2013-cü il tarixli 2(021)-893/2013 saylı qətnaməsindən cavabdeh X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)1323\2013 saylı 01.10.2013-cü il tarixli qətnaməsindən cavabdeh X13 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamışdır. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli 2(021)-112/2018 saylı qətnaməsindən görünür ki, cavabdehlər Abdullayev Ərşad Haxverdi oğlu, Cavabdeh Elya oğlu və X12 tərəfindən İddiaçı mülkiyyətində olan Bərdə rayon Qaradırnaq kəndində yerləşən 0.33 ha torpaq sahəsinin ətrafında çəkdikləri setkanın və torpaq sahəsində quraşdırdıqları iki ədəd ayaq körpüsünün sökülərək götürülməsi və həmin torpaq sahəsindən istifadə edillən işlək yolunun bağlanması qət olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)3731\2018 saylı 16.11.2018-ci il tarixli qətnaməsindən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)112/2018 saylı 22.06.2018-ci il tarixli qətnaməsindən cavabdehlər Abdullayev Ərşad Haxverdi oğlu, Cavabdeh Elya oğlu və X12 tərəfindən verilmiş apelllyasiya şikayəti təmin edilmiş, Bərdə rayon Məhkəməsinin 2(021)112/2018 saylı 22.06.2018ci il tarixli qətnaməsi ləğv olunaraq yeni qətnamə qəbul olunmuş, İddiaçı qızının cavabdehlər Abdullayev Ərşad Haxverdi oğlu, Cavabdeh Elya oğlu və X8 qarşı cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması , dəmirdən qoyulmuş ayaq körpülərinin götürülmsi , işlək yolların bağlanması və setkanın sökülməi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respblkası Ali Məhkəməsinin 2(102)2598\2019 saylı 15.04.2019-cu il tarixli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)3731\2018 saylı 16.11.2018-ci il tarixli qətnaməsindən İddiaçı qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edəərk, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, Bərdə rayon Qaradıqrnaq kəndində yerləşən 0.33 ha torpaq sahəsində dəmirdən qoyulmuş iki ədəd ayaq körpüsünün götürülməsinə, işlək yolların bağlanmasına və cavabdehlər tərəfindən qanunsuz olaraq torpaq sahəsinin ətrafında çəkilmiş setkanın sökülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmiş, Bərdə Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli 2(021)-112/2018 saylı qətnaməsi ilə cavabdehlər Abdullayev Ərşad Haxverdi oğlu, Cavabdeh Elya oğlu və X12 tərəfindən İddiaçı mülkiyyətində olan Bərdə rayon Qaradırnaq kəndində yerləşən 0.33 ha torpaq sahəsinin ətrafında çəkdikləri setkanın və torpaq sahəsində quraşdırdıqları iki ədəd ayaq körpüsünün sökülərək götürülməsi və həmin torpaq sahəsindən istifadə edillən işlək yolunun bağlanması qət olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)3731\2018 saylı 16.11.2018-ci il tarixli qətnaməsi ilə Bərdə rayon Məhkəməsinin 2(021)112/2018 saylı 22.06.2018-ci il tarixli qətnaməsindən cavabdehlər Abdullayev Ərşad Haxverdi oğlu, Cavabdeh Elya oğlu və X12 tərəfindən verilmiş apelllyasiya şikayəti təmin edilmiş, Bərdə rayon Məhkəməsinin 2(021)112/2018 saylı 22.06.2018-ci il tarixli qətnaməsi ləğv olunaraq yeni qətnamə qəbul olunmuş, İddiaçı qızının cavabdehlər Abdullayev Ərşad Haxverdi oğlu, Cavabdeh Elya oğlu və X8 qarşı cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması , dəmirdən qoyulmuş ayaq körpülərinin götürülməsi, işlək yolların bağlanması və setknın sökülməi tələbinə dair iddiası təmin edilməmiş, Azərbaycan Respblkası Ali Məhkəməsinin 2(102)2598\2019 saylı 15.04.2019-cu il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)3731\2018 saylı 16.11.2018-ci il tarixli qətnaməsindən İddiaçı qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamışdır. İddiçı hazırkı iddia tələbində xüsusi mülkiyyətində olan Bərdə rayon Qaradırnaq kəndində yerləşən 0.33 ha torpaq sahəsinə münasibətdə cavabdehlərin qanunsuz hərəktlərinə son qoyulmasını xahiş etmişdir. Beləliklə müəyyən olunur ki, iddiaçı qeyd olunan eyni iddia predmeti, eyni tərəf və əsaslar üzrə əvvəllər məhkəməyə müraciət etmiş və iddia tələbinin təmin olunmamasına dair qanuni qüvvəyə minmiş məhkəmə aktı vardır. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh və X19 oğluna qarşı “cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara a l d ı: İddiaçı cavabdehlər Cavabdeh və X19 oğluna qarşı “cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması” dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-194/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-194/2021
05.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver