Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1942/2021 16.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçili qızı və vəkili X18 iştirakları ilə, Ərizəçi Məhəmmədəli qızının doğum faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamə verilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçili qızı ərizə ilə məhkəməyə müraciət edərək xx xxx 1960-cı il tarixdə Bərdə rayonu, Dəymədağlı kəndində anadan olması, atası X2, anası isə X6 olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Məhəmmədəli qızı ərizəsini onunla əsaslandırmışdır ki, xx xxx 1960-cı il tarixdə Bərdə rayonu, Dəymədağıldı kəndində anadan olmuşdur, atası X2, anası isə Qafarova Bəsdi Məhəmməd qızı olmuşdur. Onun doğum haqqında şəhadətnaməsi olmuşdur, lakin doğum haqqında şəhadətnaməsi naməlum şəaritdə itmişdir. Hal-hazırda ona şəxsiyyət vəsiqəsi almaq üçün doğum haqqında şəhadətnamə lazımdır. Bu barədə Maraqlı şəxsnə müraciət etmişdir, lakin oradan məhkəməyə mürciət etməyi məsləhət görmüşlər, doğum haqqında şəhadətnamənin olmaması ona bir sıra çətinliklər yaradır, hazırda ona doğum haqqında şəhadətnamə lazım olduğu üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Daha sonra Ərizəçi Məhəmmədəli qızı məhkəmə iclasında ərizəyə dəqiqləşmə verərək xx xxx 1960-cı il tarixdə Bərdə rayonu, Dəymədağlı kəndində anadan olması, atası X4, anası isə X14 olmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçi Ərizəçi Məhəmmədəli qızı və vəkili X26 ərizəni müdafiə edərək ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X25 bildirmişdir ki, Ərizəçi Məmmədəli qızı onun əmisi qızıdır. Əmisi qızı Ərizəçi 19 may 1958-ci ildə doğulmudur, atası X4, anası X8r. Doğum haqqında şşəhadətnaməsi itmişdir, indi isə doğum haqqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etmişlər. Orada isə məhkəməyə müraciət etmələri bildirirlmişdir. Məhkəmə iclasında şahid X21 şahid Məmmədova Əminə Əhəd qızının izahatına uyğun izahat verdilər. Məhkəmə ərizəçinin ifadələrini dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarınada olan Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1040 nömrəli, 05 noyabr 2020-ci il tarixli arayışından müəyyən olunur ki, Şirvanlı kənd İ.Ə.D üzrə Dəymədağıldı kəndinə aid olan 2011-2015-ci illər üçün 12 saylı təsərrüfatbaşına kitabın 135 saylı vərəqində qeydiyyatda olan xx xxx 1960-cı il təvəllüdlü Ərizəçili qızı hal-hazırda Dəymədağıldı kəndində yaşayır. İş materiallarınada olan Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 152 nömrəli, 22 yanvar 2020-ci il tarixli arayışından müəyyən olunur ki, Qafarova X3 kənd İ.Ə.D üzrə Dəymədağıldı kəndinə qeydiyyatdadır. İş materiallarında olan AZ-İ 286215 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Əliyeva Sürəyya Məhəmmədəli qızı 21 yanvar 2008-ci ildə ölmüşdür. İş materiallarında olan 11 mart 2021-ci il tarixli, 52 nömrəli arxiv arayışından müəyyən olunur ki, rayon Dövlət Arxivində 80 saylı fondda mühafizə olunan Bərdə rayonu Şirvanlı kənd Sovetliyinin Dəymədağıldı kəndi üzrə 1963-1965-ci illər ürə 7 saylı Təsərrüfatbaşına kitabın 362 saylı şəxsi hesabına əsasən Qafarov Məmmədəli Ələsgər oğlu ata, Qafarova Bəsdi Məhəmməd qızı ana, X7 qızı, Mamedova Samaya Məmmədəli qızı qızı, Qafarova Səmayə Məmmədəli qızı qızı olduğu qeyd olunub. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçili qızına ünvanlanmış 10 noyabr 2020-ci il trixli, 618-05/15 nömrəli məktubundan müəyyən olunur ki, hüquqi əhəmiyyətli faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X13 doğum aktı qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamələrin bərpası üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. Ərizəçi Məmmədəli qızının xx xxx 1960-cı ildə Bərdə Rayonu Dəymədağıldı kəndində doğluması, atası X4, anası Qafarova Bəsdi Məhəmməd qızı olması faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1942/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1942/2021
16.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver