Məhkəmə qərarları › İş №2(021)-1944/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1944/2021

22.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1944/2021 22.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X2 iclas kаtibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin, çıxarışın etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin, çıxarışın etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dаir iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh1 Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat ofisində 20.04.2014-cü il tarixdə 2V-262 reyestr nömrə ilə qeyd edilmiş Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsi dalan 3 ev 12-də 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 75.5 kv. metr,yaşayış sahəsi 25.8kv.metr,yardımçı sahəsi 49.7 kv. metr olan yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin, DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən 12.07.2014-cü il tarixdə verilmiş ********** nömrəli Çıxarışın etibarsız hesab edilməsi və onun atası X5 və anası X3 miras qalan həmin əmlaklara vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X16 ilə mərhum anası X13 15 dekabr 1969-cu ildə rəsmi ailə qurmuşlar. Onların rəsmi nikahından 07 avqust 1969-cu ildə o,16 noyabr 1970-ci ildə isə bacısı Cavabdeh1 doğulmuşdur.Valideyinlərinin başqa övladı olmamışdır.Evlənə kimi mərhum atası X16 ,mərhum anası X13, bacısı Cavabdeh1 ilə birlikdə ünvan 1 ünvanında yaşamış valideyinləri daim ona diqqər və qayğı göstərmişlər. O da həmçinin hər zaman valideyinlərinə hörmət etmiş onlara qulkuq etmiş bacı kimi cavabdehlə həmişə mehriban olub bir yerdə böyümüşlər. 1986-cı ildə X1 ilə 05.09.1986-cı ildə evlənəndən Bərdə rayonu Şirvanlı kəndində gəlin köçmüşdürbuna baxmayaraq mütamadi valideyinlərinin yanına gəlib getmiş,atası ömrünün son aylarında xəstə olmuş atasına o və anası Zeynəb baxıb qulluq etmişdir. Atası 11.10.2013-cü ildə vəfat etmişdir. Atasının yas mərasimi Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsi dalan 3 ev 12də keçirilmiş atasının dəfn mərasimində iştirak etmiş və 40 mərasiminə qədər yas mərasiminlərində iştirak etmişdir.Sonradan anası Zeynəb uzun sürən xəstəlikdən əziyyət çəkmiş, anasına daim baxıb qulluq etmişdir. Anası 30.01.2018-ci ildə vəfat etmişdir.Anasının dəfnində iştirak etmiş, 40 mərasiminə qədər həmin evdə qalmış, yas mərasimini təşkil etmişdir. Atası və anası sağlığında özlərinə məxsus əmlakı o və Cavabdeh1 arasında böləcəklərini bildirmişdir. Valideyinləri vəfat edən zaman validyinlərinin mirasından onunda payının ayrılıb verilməsini xahiş etmiş, Cavabdeh1 ona valideyinlərinin ölümündənb bir müddət keçdikdən sonra miras qalmış əmlakın bölünəcəyini,ona da mütləq pay veriləcəyini bildirmişdir. Cavabdehə inandığından heç bir yerə müraciət etməmişdir.Ancaq yaxın vaxtlarda cavabdehin həmin evi satacağını öyrənədə qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün notariat konturuna şifahi müraciət etmiş ona zəruri sənədlər lazım olduğu bildirilmişdir. Həmin sənədləri toplayan zaman məlum olmuşdur ki, Cavabdeh1 və anası Zeynəb Əliyeva ölümndən əvvəl atası Osman Əliyevin mirası üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Lakin cavabdeh qəsdən onun qanun üzrə vərəsəliyini gizlədərək Bərdə Regional “ASAN-Xidmət”mərkəzində notariat konturunda 20 iyun 2014-cü il tarixdə 2V-262 reyestr nömrə ilə qeyd edilmiş X12 məxsus ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsində yerləşən 1 otaqlı, ümumi sahəsi 75.5 kv. metr yaşayış sahəsi 25.8 kv. metr yardımçı sahəsi 49.7 kv. metr olan yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən 12.07.2014-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən həmin evə görə Cavabdeh1 tək mülkiyyət hüququ verilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən aldatması və müvafiq sənədlərin olmaması onları əldə edə bilmədiyindən üzürlü səbəblərdən qanunvericiliklə tələb edilən müddəti ötürmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, anası ölənə qədər və ondan sonra da mübahisəli evdə o yaşamışlar. İddiaçı 30 ildən artıq müddətdir ki həmin evdə yaşamır. Sadəcə valideynlərinin yas mərasimlərində iştirak etmişdir. O, valideyinlərindən miras qalmış evi qanun üzrə vərəsəlik qaydasında qəbul etmişdir. İddiaçı mirası nə faktiki nədə ki notaril olaraq qəbul etməmişdir. Mirasın qəbulu zamanı heç bir qanun pozuntusuna yol verməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Cavabdehlər Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 07.06.1969-cu ildə doğulmuşdur. Bərdə rayon İcra Hakimiyyəti başçısının Şirvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13.04.2021-ci il tarixli, 481 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Şirvanlı kəndində yaşayır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 29.04.2021-ci il tarixli arayışdan görünür ki, X4 (atası X16,anası X14 olmaqla) 07.08 1969-cu il tarixdə doğulmuş, bu barədə doğumun qeydə alınması haqqında akt qeydləri kitabında 10.12.1969-cu il tarixdə 549 nömrə ilə qeyd edilmişdir Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14 oktyabr 2013-cü il tarixli, AZ-İ 624899 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 11.10.2013cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 14.10.2013-cü il tarixdə 267 nömrə ilə qeyd edilmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən 12.02.2018-ci il tarixdə verilmiş AZ-İ 917259 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 30.01.2018-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 12.02.2018-ci il tarixdə 28 nömrə ilə qeyd edilmişdir. Bərdə regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 29 mart 2021-ci il tarixli,485 nömrəli məktubdan görünür ki, avtomatlaşdırılmış “Elektron notariat” informasiya sisteminin məlumat bazasında X6 barəsində vərəsəlik işinin açılması və ya onun əmlakının Cavabdeh1 bağışlanması barədə 15 mart 2008-ci il tarixdən 29 mart 2021-ci il tarixədək olan dövrlərdə heç bir məlumat aşkar olunmamışdır. Cavabdeh1 tərəfindən Bərdə rayonun xüsusi notariusuna ünvanlanmış 20 iyun 2014-cü il tarixli ərizədən görünür ki, Cavabdeh1atası X8 vəfat etdiyini atasından miras qalmış Bərdə şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 3/17-də yerləşən yaşayış evindən ibarət olan əmlaka onun və anası X6 vərəsə olduğunu göstərərək ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 1 otaqlı, 25.8 kv. metr yaşayış,49.7 kv. metr köməkçi sahə olmaqla ümumi sahəsi 75.5 kv.metr olan ev bütünlüklə X12 məxsusdur. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 11.10.2013-cü ildə vəfat etmiş X8 vərəsələri X13 və Cavabdeh1dır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 29.03.2021-ci il tarixli, **********08 nömrəli məktubdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi 12.07.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış,X16 və X6 adına daşınmaz əmlakın dövlət reyestrində əmlak qeydiyyata alınmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 25.8 kv. metr yaşayış,49.7 kv. metr köməkçi sahədən ibarət olan ev 0.04 ha torpaq sahəsi ilə birlikdə X8 mülkiyyətində olmuşdur. 20.04.2014-cü il tarixdə Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontoruna qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciət etmiş, elə həmin tarixdə ona və anası X9 qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmiş, şəhadətnamədə göstərilmişdir ki, Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontorunun notariusu tərəfindən təsdiq edilmişdir ki, 11.10.2013-cü il tarixdə ölmüş X10 vərəsələri X13 və Cavabdeh1dır. X17 30.01.2018-ci ildə vəfat etmişdir.Cavabdeh1 həmin əmlakı öz adına rəsmiləşdirmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 25.8 kv. metr yaşayış,49.7 kv. metr köməkçi sahədən ibarət olan ev 0.04 ha torpaq sahəsi ilə birlikdə Cavabdeh1 xüsusi mülkiyyəti kimi 12.07.2014-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Daha sonra, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin, çıxarışın etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dаir iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh1 Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat ofisində 20.04.2014-cü il tarixdə 2V-262 reyestr nömrə ilə qeyd edilmiş Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsi dalan 3 ev 12-də 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 75.5 kv.metr, yaşayış sahəsi 25.8kv.metr, yardımçı sahəsi 49.7 kv. metr olan yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin, DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən 12.07.2014-cü il tarixdə verilmiş ********** nömrəli Çıxarışın etibarsız hesab edilməsi və onun atası X5 və anası X3 miras qalan həmin əmlaklara vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, M.Ə.Rəsulzadə küçəsi dalan 3 ev 12-də 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 75.5 kv. metr,yaşayış sahəsi 25.8kv.metr,yardımçı sahəsi 49.7 kv. metr olan yaşayış evi 0,04 ha torpaq sahəsi ilə birlikdə X21 oğluna məxsus olmuş fərdi yaşayış evinə mütamadi gedib gəlmiş, valideyinlərinə qulluq etmiş, daim onlara diqqət vəqayğı göstərmiş,onlara xəstə olduqları dövrdə baxmış, yas mərasimləri dövründə həmin evdə qalmış cavabdeh ilə birlikdə miras əmlakı faktiki qəbul etmişlər. Yəni, Cavabdeh1 mərhum X8 yeganə vərəsəsi olmamışdır. Lakin Cavabdeh1 qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən bütün bunlar nəzərə alınmamış və Cavabdeh1 mərhum atasından qalmış mülkün yeganə varisi və daha sonra mülkiyyətçisi kimi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmiş, Cavabdeh1 iddianı qəbul etməyərək rədd edilməsini xahiş etmiş,digər cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi deyilir”. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bundаn bаşqа, mirаs qаnunun tələbinə əsаsən qəbul оlunmuşsа, lаkin vərəsəlik şəhаdətnаməsi vаxtındа rəsmiləşdirilməmişsə, bu mirаsа qаrşı hüququn itirilməsi üçün əsаs hesаb edilə bilməz. Vərəsə mirаsа sаhiblik, оndаn istifаdə və оnа sərəncаm verməsi sаhəsində müvаfiq işlər görmüşsə-binаnın təmiri, həyətyаnı tоrpаq sаhəsini becərmək, məhsulu yığmаq və s. yаxud sığоrtа tədiyəsini və ev üçün vergini ödəmişsə, kirаyənişinlərdən mənzil pulunu yığmışsа və b. hаllаr vərəsənin mirаsı fаktiki surətdə idаrə etməyə bаşlаmаsını və mirаsа yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. İşin faktiki hallarından müəyyən olunur ki: X16 öldükdən sonra ona məxsus olan ünvan 5 ünvanında yerləşən yaşayış evini, həyətyanı sahəsini və əmlakını Cavabdeh1 və X13 vərəsəlik hüququ üzrə şəhadətnamə əsasında qəbul etmişlər. X13 30.01.2018-ci ildə vəfat etmişdir. Bundan sonra həmin əmlakı bütünlüklə Cavabdeh1 qəbul etmişdir. Lakin İddiaçı mirası əmlakı vərəsəlik qaydasında qəbul etməmişdir. X8 və X6 ölümündən sonra onun birinci növbə vərəsəsi olan övladı Cavabdeh1 valideiynlərindən miras qalmış əmlaka sahiblik etməyə, onu idarə etməyə faktik başlamış, bununla da ondan miras qalmış əmlakı qəbul etdiklərini şəksiz nümayiş etdirmişdir. Eyni zamanda, İddiaçı mirası əmlakı faktiki olaraq da qəbul etməmişdir. Belə ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Həmçinin işdən müəyyən edilir ki, iddiaçı 30 ildən artıq müddətdə mübahisəli evdə yaşamamış, ailə həyatı quraraq həmin evdən ayrılmış və başqa təsərrüfat aparmışdır. qda davam edir. Məhkəmə xüsusilə vurğulayır ki, iddiaçının ata evinə qonaq kimi, həmçinin yas və valideynlərinin xəstəlik zamanları gəlib getməsi mirası faktiki qəbul etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, mirasın faktiki qəbulu o zaman baş verir ki vərəsə miras əmlakın hamısını və ya bir hissəsini faktiki idarə edir və ondan öz əmlakı kimi istifadə edir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin, çıxarışın etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dаir iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Sədrlik edən: imza var Əsli ilə düzdür. Hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar