Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1946/2021 08.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı və onun vəkili X10 qızının, Cavabdeh Abdullayev Eldar Bilal oğlunun iştirakları ilə, İddiaçı Bilal oğlunun Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və sərhədlərin müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh Bərdə rayonu Bala Göyüşlü kəndində yerləşən ona və ailə üzvlərinə məxsus 2 ha torpaq sahəsinin zəbt etdiyi hissəsindən çıxarılması və sərhədlərinin müəyyən edilməsi tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon Aqrar İsahat Komissiyasının qərarı ilə ona və ailə üzvlərinə Bərdə rayonu Bala Göyüşlü kənddə cəmi iki yerdə 2.40 ha torpaq sahəsi verilmişdir, pay torpağının biri 0, 40 ha, biri isə 2.0 hekdardır. 2 ha pay torpaq sahəsi bir tərəfdən kənd bələdiyyəsinin torpaq sahəsi ilə, digər tərəfdən cvabdeh qardaşının torpaq sahəsi ilə həmsərhəddir. Həmin vaxtdan torpaq sahəsi istifadələrinə verilsə də cavabdeh faktiki olaraq 20 ildir ki, torpaq sahəsinə faktiki daxil olmuş və 40-50 sotunu zəbt etmişdir, dəfələrlə torpaq sahələrindən çıxmasını xahiş və tələb etsə də heç bir nəticəsi olmamışdır. Hazırda cavabdehin qanunsuz hərəkəti nəticəsində öz torpaq sahələrindən bütövlükdə istifadə edə bilmir. Cavabdehin qanunsuz hərəkəti nəticəsində özü və ailə üzvüləri narahatçılıq keçirir, torpaq sahəsini ona tanıdılması, sərhədlərinin müəyyən edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh əraziyə gələn nümayəndələrə öz işlərini görməyə imkan verməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı Bilal oğlunun vəkili X10 qızı iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh oğlu izahatında iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı oğlu xx xxxxxx 1961-ci ildə Bərdə rayonu Göyüşlü kəndində doğulmuş, Bərdə rayonu, Bala Göşülü kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AZE № 15160233 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Abdullayeva Sevda Hümbətalı qızı 13 mart 1967-ci ildə Bərdə rayonu Göyüşlü kəndində doğulmuş, Bərdə rayonu Göyüşlü kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AZE № 16906131 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 20 iyun 1992-ci ildə Bərdə rayonu Göyüşlü kəndində doğulmuş, Bərdə rayonu Göyüşlü kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Bilalbəyli Bilal Rəşid oğlu 01 sentyabr 1995-ci ildə doğulmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayonu Göyüşlü kənd inzibati ərazi dairəsi üzər nümayəndəliyi tərəfindən verilmiş 143 nömrəli, 27 aprel 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayonu, Bala Göyüşlü kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Bərdə rayonu Böyük Göyüşlü bələdiyyəsi tərəfindən verilmiş 05 nömrəli, 20 aprel 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayonu Bala Göyüşlü kəndində 2.40 ha pay torpaq sahəsi vardır. İş materiallarında olan RX ******* nömrəli resyterdən çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu Bala Göyüşlü kəndində İddiaçı Bilal oğlunun mülkiyyətinə 2 ha torpaq sahəsi qeydə alınmışdır. İş materiallarında olan RX ******* nömrəli resyterdən çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu Bala Göyüşlü kəndində İddiaçı Bilal oğlunun mülkiyyətinə 0, 399 ha torpaq sahəsi qeydə alınmışdır. İş materiallarında olan Bərdə rayonu, Böyük Göyüşlü kənd bələdiyyəsi tərəfindən verilmiş 06 nömrəli, 05 iyul 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bilal oğlunun 2.00 ha pay torpaq sahəsinin 0.50 ha hissəsi qonşu torpaq payçıları tərəfindən zəbt edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyster Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 07 may 2021-ci il tarixli **********99 nömrəli məktubdan müəyyən olunur ki, İddiaçı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi barədə ərizə ilə müraciət etmişdir, lakin torpağın sərhədlərinin naturada müəyyən olunması qohşu mülkiyyətçilər tərəfindən sərhədlərin təyin olunmasına imkan verilmədiyindən mümkün olmamışdır. Bərdə Rayon Məhkəməsinin 2(021) 1946/2021 nömrəli, 16 iyun 2021-ci il tarixli qərardadına əsasən mülki iş üzrə torpaqşünaslıq ekspertizası təyin edilmiş, mülki iş materialları rəy verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə 7 saylı ərazi idarəsinə göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə 7 saylı ərazi idarəsi tərəfindən verilmiş rəy 05 noyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə 7 saylı ərazi idarəsi tərəfindən verilmiş rəydən müəyyən olunur ki, mübahisənin predmeti olan 2.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinin eni şərqdən 3.0 metr, qərbdən 11.0 metr olmaqla, uzunluğu şimaldan 821.0 metr olmaqla 0,5259 ha torpaq sahəsi caavabdeh Cavabdeh Bilal oğlu tərəfindən zəbt edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, cavabdeh Cavabdeh Bilal oğlunun iddiaçının pay torpaq sahəsini zəbt etməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, iddiaçı Abdullayev Rəşid Bilal oğlunun mülkiyyətlərində olan Bərdə rayonu Bala Göyüşlü kəndində 0.5259 ha torpaq sahəsi cavabdeh Abdullayev Eldar Bilal oğlu tərəfindən zəbt edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli və iddiaçının mülkiyyətləində olan Bərdə rayonu Bala Göyüşlü kəndində 0.5259 ha torpaq sahəsini qanunsuz zəbt etmiş cavabeh Cavabdeh həmin torpaq sahəsindən çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Bilal oğlunun Cavabdeh Bilal oğluna qarşı torpaq sahəsindən çıxarılma və sərhədlərin müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Bilal oğlu İddiaçı mülkiyyətində olan Bərdə rayonu Bala Göyüşlü kəndində yerləşən 0.5259 ha torpaq sahəsindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1946/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1946/2021
08.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver