Məhkəmə qərarları › İş №2(021)-195/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-195/2021

01.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-195/2021 01.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X7 katibliyi İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X15 nümayəndəsi, həmçinin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Güləsər Dünyamalı qızı Əzizovanın_____________________ İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı_____________________________ Cavabdeh iştirakı ilə İddiaçı, X2 və X14 Cavabdeh qarşı torpaqdan çıxarılma ilkin iddia tələbinə və Cavabdeh İddiaçı, X1 və X12 ziyan qarşılıqlı iddia tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı, X9 və X20 məhkəmədə iddia qaldıraraq, Cavabdeh Bərdə rayonu Darğalar kəndində yerləşən onlara məxsus 0.85 ha torpaq sahəsindən çıxarılmasına və dövlət rüsumu hesabına ödənilmiş 10 manat pulun alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı, X9 və X20 iddia tələbini onunla əsaslandırmışlar ki, onlara- İddiaçı, X5, X16 və X21 Bərdə rayon Aqrar İslahat Komissiyasının 22.06.1998-ci il tarixli 09 saylı qərarına əsasən Bərdə rayonu Darğalar kəndində 0.85 ha pay torpaq sahəsi verilmiş, həmin torpağa mülkiyyət hüququna dair JN-0002, Kod-610080258 olan dövlət aktı da almışlar. Sonradan həmin torpaq sahəsində Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 7 saylı Bərdə ərazi idarəsi tərəfindən verilmiş ******* saylı çıxarış alınmışlar. Yuxarıda qeyd edilən pay torpaq sahələrini 2008-ci ildə 1000 manat müqavilində 10 illiyə Cavabdeh icarəyə vermişlər. Həmin vaxtdan 12 il keşməsinə baxmayaraq Orduxan sahələrindən çıxmır. Onun bu hərəkətinə dəfələrlə irad tutsalar da bir nəticəsi olmamışdır. Onlar mülkiyyətçi olaraq 0.85 ha pay torpaqlarından məhrum olmuş, bu isə ailələrinin maddi durumuna öz təsirini göstərmişdir. Odur ki, Cavabdeh Bərdə rayonu Darğalar kəndində yerləşən, onlara məxsus 0.85 ha torpqaq sahələrindən çıxarılmasına və dövlər rüsumu hesabına ödənilmiş 10 manat pulun alınaraq onlara verilməsinə dair məhkəmə qətnaməsinə ehtiyacları vardır. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək cavabdehlər İddiaçı, X9 və X12 ona vurmuş olduqları 2500 manat alqı-satqıya, melorasiya və əkin işlərinə xərclədiyi 5000 manat, əldən çıxmış fayda şəklində 3500 manat maddi zərərin, 10000 manat isə mənəvi zərərin əvəzinin, 30 manat dövlət rüsumunun, 150 manat hüquqi yardıma görə xidmət haqqının, cəmi 21180 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı idia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər İddiaçı, X9, X8 Rayon Məhkəməsində ona qarşı iddia qaldıraraq, Cavabdeh onlara məxsus olan Bərdə rayonu Darğalar kəndi ərazisində yerləşən 0,85 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İlk iddia ərizəsi üzrə iddiaçıların ərizələrində göstərdikləri həqiqətə uyğun olmayan halları aşkar edən faktları və sübutları məhkəməyə təqdim edərək cavabdehlər tərəfindən ona vurulan zərərin qarşısını almaq üçün prosesual qanunvericiliyin imkan verdiyi qədər müdafiə olunmalıdır. Cavabdehlərin ərizəsində göstərilir ki, guya mübahisəli torpaq sahəsini 2008-ci il tarixdən ona 10 il müddətinə icarəyə vermişlər. 10 illik icarə müddəti başa çatmış, ona görə də onun torpaq sahəsindən çıxmasını tələb edirlər. Lakin bu tələb çox ədalətsiz, haqsız bir tələbdir. Çünki cavabdeh 13 il bundan əvvəl ondan 2500 manat pul alaraq mübahisəli torpaq sahəsini birdəfəlik olaraq ona satmışdır. İddia ərizəsində torpağın 10 illik müddətinə icarəyə verilməsinə dair qeyd olunanlar tam yalandır. Əslində isə 2008-ci il tarixdə cavabdehlərin hər birinin razılığı əsasında mübahisəli torpaq sahəsi 2500 manat pula ona satılmışdır. Cavabdehlərlə yaxın qohum olduğundan onlara pul ödəyib alqı-satqı müqaviləsini sənədləşdirməyi tələb etməmiş, lakin bu gün cavabdehlərin onu aldatdıqlarını, etibarından sui-istiadə edərək, ona ziyan vurduqlarını, eyni zamanda məhkəməyə yalan və uydurma ərizə verdiklərini, hüquqlarından ona ziyan vurmaq üçün istifadə etdiklərini bilmiş, ancaq, aralarında alqı-satqı barədə razılaşma olduğunu bütün kənd camaatı və eləcə də yerli icra hakimiyyəti və özünüidarə orqanı olan bələdiyyə də təsdiq edə bilər. Bundan başqa cavabdehlərlə aralarında çoxlu telefon danışıqlarının səs yazması saxlanmışdır. Cavabdehlər torpaq sahəsi satmaq adı ilə onu aldadıb 13 il bundan əvvəl 0,85 ha pay torpağının pulunu ondan almış, torpağı ona təhvil vermişdir. Həmin torpaq sahəsinin yaxşılaşdırılması üçün 3000 manatdan çox dəyəri olan melorasiya işləri həyata keçirmiş, orada mal-qara üçün yem tədarük etmək məqsədi ilə 2000 manata qədər vəsait sərf etmiş, alqı-satqı barədə aralarında razılaşma olduğundan mübahisəli torpaq sahəsinə xeyli miqdarda vəsait sərf edib oradan gəlir fayda götürmək üçün ailəlikcə çalışmış, ona əldən çıxmış fayda şəklində 3500 manat zərər dəymişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını, ona qarşı verilmiş qarşılıqlı iddianı qəbul etməyərək rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X14 nümayəndəsi, həmçinin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X9 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını, ona qarşı verilmiş qarşılıqlı iddianı qəbul etməyərək rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və qarşılıqlı iddia tələbinin təmin olunmasını, ona qarşı verilmiş iddianı qəbul etməyərək rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, ilk iddia tələbi qismən təmin, qarşılıqlı iddia tələbi isə rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İş materiallarında olan, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu Darğalar kəndində yerləşən 0,85 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında 2/10 hissədə İddiaçı, 3/10 hissədə X2 və 5/10 hissədə X14 adına qeydə alınmışdır. Bərdə Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qərardadına əsasən iş üzrə torpaqşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin rəyindən müəyyən olunur ki, Seriya RX ******* saylı çıxarışa əsasən İddiaçı, X3 və X14 mülkiyyətində olan torpaq sahəsi sənəd üzrə olduğu ilə faktiki vəziyyət arasında uyğunsuzluq vardır. Belə ki, aqrar islahat zamanı bölünmüş pay torpaq sahələri sonradan suvarma məqsədi üçün naturada konfiqurasiya və ölçüləri dəyişdirilərək sənəd üzrə olduğundan fərqli istifadə olunur. Bu səbəbdən İddiaçı, X6 və X16 məxsus 0.85 ha torpaq sahəsinin sənəd üzrə olan hissəsindən digər bir neçə mülkiyyətçi tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin rəyində Bərdə Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qərarında qeyd olunmuş suallara uyğun cavab verilmədiyindən Bərdə Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərardadına əsasən iş üzrə təkrar torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin rəyindən müəyyən olunur ki, Seriya RX ******* saylı çıxarışa əsasən İddiaçı, X4 və X14 mülkiyyətində olan torpaq sahəsi sənəd üzrə olduğu ilə faktiki vəziyyət arasında uyğunsuzluq vardır. Belə ki, aqrar islahat zamanı bölünmüş pay torpaq sahələri sonradan suvarma məqsədi üçün naturada konfiqurasiya və ölçüləri dəyişdirilərək sənəd üzrə olduğundan fərqli istifadə olunur. Sənəd üzrə 0.85 ha torpaq sahəsinin Cavabdeh tərəfindən 0.29 ha hissəsi istifadə olunur. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, X5 və X16 məxsus olan Bərdə rayonu Darğalar kəndində yerləşən 0,85 ha pay torpaq sahəsinin 0,29 ha hissəsi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən zəbt edilmişdir. Bu hal Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssis rəyi ilə də öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, X5 və X16 məxsus olan 0,29 ha torpaq sahəsindən çıxarılmalı ilk iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X13 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq hesab edir ki, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, X2 və X14 paylı mülkiyyətində olan torpaq sahəsi üzərindəki pozulmuş hüquqları bərpa edilməli, onların iddia tələbi qismən təmin edilməklə Cavabdeh tərəfindən zəbt edilmiş 0,29 ha torpaq sahəsi mülkiyyətçilərə qaytarılmalıdır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, X9 və X12 ona vurmuş olduqları 2500 manat alqı-satqıya, melorasiya və əkin işlərinə xərclədiyi 5000 manat, əldən çıxmış fayda şəklində 3500 manat maddi zərərin, 10000 manat isə mənəvi zərərin əvəzinin, 30 manat dövlət rüsumunun, 150 manat hüquqi yardıma görə xidmət haqqının, cəmi 21180 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı həmin tələblərlə bağlı məhkəməyə sübut təqdim etmədiyindən iddia həmin hissələrdə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək ücün çəkdiyi və ya cəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən cıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin deyil, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərin təqsirli və hüquqa zidd əməlləri nəticəsində ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya maddi və mənəvi zərərin dəyməsi iş materiallarında sübuta yetirilmir. «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Qanunvericiliyi, «İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya»nın müddəları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər anlayışı» insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi-qeyri əmlak xarakterli hüquq və azadlığının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarının 8-ci bəndinə əsasən izah olunmuşdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barəsində iddia o hallarda təmin oluna bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə hesab edir ki, Cavabdeh ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərə qarşı maddi və mənəvi ziyan tələbi iş materiallarında sübuta yetirilmir, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tələbin təmin olunması üçün məhkəməyə sübut təqdim edə bilməmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, qeyd olunan qarşılıqlı iddia tələbi tam əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, ilk iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı, X2 və X14 xeyrinə ödənilməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 95 manat təşkil edir. Həmin məbləğdə pul Cavabdeh alınaraq ƏMDX-nın yanında DƏDRX-nın 7 saylı Bərdə Ərazi İdarəsi H/H AZ50AİİB ********************, VÖEN **********, X23 filialı m/h AZ37NABZ ********************, VÖEN **********, FAD 200372, S.W.İ.F.T BİK AİİBAZ2X hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı, X2 və X14 Cavabdeh qarşı torpaqdan çıxarılma ilkin iddia tələbi qismən təmin edilsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bərdə rayonu Darğalar kəndində yerləşən ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, X2 və X14 mülkiyyətində olan 0,85 hektar torpağ sahəsinin 0,29 hektar hissəsindən çıxarılsın. Cavabdeh 10(on) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı, X2 və X14 xeyrinə ödənilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı, X5 və X16 qarşı ziyan qarşılıqlı iddia tələbi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 95(doxsan beş) manat Cavabdeh alınaraq ƏMDX-nın yanında DƏDRX-nın 7 saylı Bərdə Ərazi İdarəsi H/H AZ50AİİB ********************, VÖEN **********, X23 filialı m/h AZ37NABZ ********************, VÖEN **********, FAD 200372, S.W.İ.F.T BİK AİİBAZ2X hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar