Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1971/2021 23.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1, Cavabdeh2, Qasımova Lalə Sahib qızının nümayəndəsi Zeynalov Seymur Bunyət oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı evə köçmə tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin İnzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Sahib qızına qarşı 2 azyaşlı uşağı ilə birilikdə Bərdə rayonu, Qarabağ qəsəbəsində yerləşən cavabdeh Cavabdeh1 ilə birgə nikah dövründə tikdirdikləri yaşayış evinə köçürlüməyinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh1 ilə ailə qurmuş, 15 iyun 2013cü ildə nikahlarını rəsmi qeydiyyata aldırmışlar. Birgə yaşayış dövründə 02 dekabr 2015-ci il təvəllüdlü Kərimli Mirvari Ələddin qızı və 25 yanvar 2017-ci il təvəllüdlü X3 adlı iki uşaqları doğulmuşdur. Həyat yoldaşı Cavabdeh1 ilə əvvəllər mehriban yaşasalar da, sonralar ailə münasibətləri pozulmuş, xeyli vaxtdır ki, ayrı yaşayırlar. O, ailə qurarkən cavabdehə məxsus Bərdə rayonu, Şirvanlı kəndində yerləşən evlərinə gəlin köçmüş, sonradan həmin evi satmışlar. Bərdə rayonu, Qaradağlı kəndində 0.4 ha torpaq sahəsi almışlar, həmin torpaq sahəsində 4 otaq, bir mətbəx və hamamdan ibarət ev tikmişlər, ancaq həmin torpaq sahəsi baldızı Cavabdeh3 adına sənədləşdirilmişdir. Hazırda ailə münasibətləri pozulmuşdur, iki uşaqla valdeynlərinin himayəsinə sığınmaq məcburiyyətində qalmışdır. Həmin evin tikilməsində o, da əziyyət çəkmişdir. Bu günə kimi, ailəlikcə həmin evdə yaşamışlar. Evi birgə nikah dövründə tikmişlər, hazırda onun yaşamağa başqa yeri yoxdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabehlər Cavabdeh1, Cavabdeh2 izahatında iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi X4 iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Seriya AA******* saylı Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 12 iyun 1996-cı ildə doğulmuşdur. İş materiallarında olan Bərdə rayon Soğnaverdilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayonu Soğnaverdilər kəndində qeydiyyatda olmamağına baxmayaraq hal-hazırda Soğanverdilər kəndində atası X2 evində yaşayır. İş materillarına əlavə olunmuş AZ-İ 853265 nömrəli çıxarışdan müəyyən olunur ki, Cavabdeh1 ilə Rüstəmli Nübar Mahir qızı arasıda olan nikah 15 iyul 2013-cü ildə 31 nömrəli akt qeydi ilə bağlanmışdır. Nikahdan sonra arvada Kərimova soyadı verilmişdir. İş materillarında olan AZ-İİİ 686194 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 ilə İddiaçı Mahir qızının birgə nikahlarından 02 dekabr 2015-c i il təvəllüdlü X1 doğulmuşdur. İş materiallarında olan AZ-İİİ 919909 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 ilə İddiaçı birgə nikahlarından 25 yanvar 2017-ci il təvəllüdlü X3 doğulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəllənini 1.2-ci maddəsinə əsasən mülki qanunvericiliyin vəzifələrindən bir də mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləməkdən ibarətdir. Həmin Məcəllənin 6.1.7-ci maddəsinə əsasən mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin prinsiplərindən biridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələblərinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında isə göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, iddiaçı, eləcə də övladları mübahisəli evdə yaşayaraq onda cavabdehlərlə birgə istifadə edirlər. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbləri rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Hazırkı işdə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbini sübuta yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Mənzilə köçürülmə tələbinə dair məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə iclas zalında çıxışda bildirdi ki, həmin mübahisəli evdə yaşayırlar. Həmin iddia ərizəsi gələcəkdə özünü sığortalamaq məqsədilə verilmişdir. Yəni, bu günki gün iddiaçı mübahisəli evdə yaşayaraq ondan istifadə edir. Faktiki olaraq iddiaçının hal-hazırda heç bir hüququ pozulmadığından faktiki vəziyyətdə hər hansısa bir mülki mübahisə predmeti də mövcud deyildir. Belə olduğu təqdirdə işin faktiki halları, eləcə də yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının birgə vəhdətinin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə hesab edir ki, hazırki iddia ərizəsində qeyd edilən faktiki hallar əsassızdır, iddiaçının mənzillə bağlı hər hansısa bir hüququ pozulmadığından verilmiş iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü madəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı evə köçmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1971/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1971/2021
23.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver