Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1972/2021 25.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X5 iclas kаtibliyi ilə, İddiaçılar X3, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Xammal və X12 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi və Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmlakın yenidən qiymətləndirilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar X3, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Xammal və X12 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə və Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh3 QSC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 tərəfindən X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin yenidən qiymətləndirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdam Rayon Məhkəməsinin 20 avqust 2019cu il tarixli, 2(013)1485/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)4043/2019 saylı 18 dekabr 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmişdir. Qətnaməyə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehlərdən müştərək qayadada 25R000000832 saylı kredit razılaşması üzrə 7011.23 ABŞ dolları məbləğində cərimənin qətnamə icra olunarkən dolların manata olan məzənnəsi ilə tutulması hissəsində dəyişdirilməsi cavabdehlərdən müştərək qaydada 25R000000832 saylı kredit razılaşması üzrə 10752.71 ABŞ dolları əsas,1836.37 ABŞ dolları faiz borcu, 700 ABŞ dolları cərimə borcu olmaqla cəmi 13289.48 ABŞ dolları borcun qətnamə icra olunarkən dolların manata olan məzənnəsi ilə tutularaq Cavabdeh3 QSC-nə ödənilməsi qətnamənin qalan hissədə dəyişdirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 avqust 2020ci il tarixli,2(104)-4643/2019 saylı,2(104)3777/20 saylı qərarı ilə kasassiya şikayətinin təmin edilməməsi Gəncə Apelyasiya Məhkəməsinin bu iş üzrə 2(104)4043/2019 saylı 18 dekabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. Bundan sonra icra sənədi Cavabdeh1nə göndərilmişdir.Cavabdeh1 sifariş məktubu əsasında iddiaçılardan İddiaçı4 həyat yoldaşı X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi Azərbaycan Respublikası Xammal və X12 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən 27 aprel 2021-ci il tarixdə 18.825.60 manat məbləğində qiymətləndirilmişdir.Halbu ki, fərdi yaşayış evinin dəyəri hazırki qiymətdən qat-qat yuxarıdır. ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin mülkiyyətçisi X9 04.02.2021-ci ildə vəfat etmişdir,Hesab edirlər ki, X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin 18.825.60 manat dəyərində qiymətləndirilməsi qanunsuz olduğundan etibarsız hesab edilməlidir.Məhkəmədən ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin yenidən qiymətləndirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçılara məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı 09533004 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 oğlu 03.05.1975-ci ildə Ağcəbədi rayonu Şahmallar kəndində oğulmuş, Bərdə şəhəri M.Cəfərov küçsi ev 17-də qeydiyyatdadır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1964-cü ildə Ağdam rayonu Kəngərli kəndində doğulmuş, həmin ünvanda qeydiyyatdadır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyi tərəfindən verilmiş 17.05.2021-ci il tarixli, 30 nömrəli arayışdan görünür ki, İddiaçı4 Bərdə şəhəri M.Cəfərov küçəsi ev 17-də yaşayır. Azərbaycan Respublikası Qaçqınların və X8 Üzrə Dövlət Komitəsi Bərdə rayon Mənzil- Kommunal İstismar Sahəsi 17.05.2021-ci il tarixli,2153 nömrəli arayışdan görünür ki, İddiaçı1 Ağdam rayonu ünvan 4 ünvanında olmaqla müvəqqəti yaşayır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12 fevral 2021-ci il tarixli,AZ-İİ152292 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 04.02.2021-ci ildə ölmüşdür.Bu barədə ölüm haqqında akt qeydləri kitabında 09.02.2021-ci il tarixdə 192 nömrə ilə qeyd edilmişdir. Gəncə Apelyaslya Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(104)4643/2019 nömrəli qətnaməsinin surətindən görünür ki,Ağdam Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(015)1485/2019 saylı qətnaməsi ilə (hakim E.Bayramov)iddianın qismən təmin edilməsi, cavabdehlər İddiaçı1,İddiaçı2,İddiaçı3,X2və İddiaçı4 müştərək qaydada 25R000000832 saylı kredit razılaşması üzrə 10752.71 ABŞ dolları əsas, 1836.37 ABŞ dolları faiz borcu,7011.23 ABŞ dolları cərimə borcu olmaqla cəmi 19600.31 ABŞ dolları borcun qətnamə icra olunarkən dolların manata olan nisbəti ilə həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun,xidmət haqqı üçün ödənilmiş 20 manat rüsumunun tutularaq Cavabdeh3 QSC-nə ödənilməsi, tələbin Cavabdeh1 tərəfindən X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi,həmin fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin cavabdehlər İddiaçı1,İddiaçı2, İddiaçı3,X2 və İddiaçı4 müştərək qaydadatutulması, ipoteka predmetinin olan fərdi yaşayış evinin 18825.60 manat dəyərində qiymətləndirilməsi, X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə tutuma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin evdə qeydiyyatda olan X9 və İddiaçı4ı istifadə hüququnun itirilməsi və həmin evin boşaldılması,100 manat ekspertiza xərcinin İddiaçı1,İddiaçı2,İddiaçı3,X2və İddiaçı4 müştərək qaydada tutulması qət edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)4043/2019 saylı 18 dekabr 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmişdir. Qətnaməyə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehlərdən müştərək qayadada 25R000000832 saylı kredit razılaşması üzrə 7011.23 ABŞ dolları məbləğində cərimənin qətnamə icra olunarkən dolların manata olan məzənnəsi ilə tutulması hissəsində dəyişdirilməsi cavabdehlərdən müştərək qaydada 25R000000832 saylı kredit razılaşması üzrə 10752.71 ABŞ dolları əsas,1836.37 ABŞ dolları faiz borcu, 700 ABŞ dolları cərimə borcu olmaqla cəmi 13289.48 ABŞ dolları borcun qətnamə icra olunarkən dolların manata olan məzənnəsi ilə tutularaq Cavabdeh3 QSC-nə ödənilməsi qətnamənin qalan hissədə dəyişdirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 avqust 2020-ci il tarixli,2(104)- 4643/2019 saylı,2(104)3777/20 saylı qərarının surətindən görünür ki, kasassiya şikayətinin təmin edilməməsi Gəncə Apelyasiya Məhkəməsinin bu iş üzrə 2(104)4043/2019 saylı 18 dekabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. Azərbaycan Respublikası Xammal və X12 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən İddiaçı1, X1, İddiaçı3,X6 və İddiaçı4 və Cavabdeh1nə ünvanlanmış 27 aprel 2021-ci il tarixli, 01/1353 nömrəli bildirişdən görünür ki, Ağdam rayon Məhkəməsinin 2(013)1485/2019 saylı,20.08.2019-cu il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi hərraca çıxarılmış hərracın keçirilməsi 20.05.2021-ci il tarixı saat 11:00-a təyin edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ağdam Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(015)1485/2019 saylı qətnaməsi ilə (hakim E.Bayramov)iddianın qismən təmin edilməsi, cavabdehlər İddiaçı1,İddiaçı2,İddiaçı3,X2və İddiaçı4 müştərək qaydada 25R000000832 saylı kredit razılaşması üzrə 10752.71 ABŞ dolları əsas, 1836.37 ABŞ dolları faiz borcu,7011.23 ABŞ dolları cərimə borcu olmaqla cəmi 19600.31 ABŞ dolları borcun qətnamə icra olunarkən dolların manata olan nisbəti ilə həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun,xidmət haqqı üçün ödənilmiş 20 manat rüsumunun tutularaq Cavabdeh3 QSC-nə ödənilməsi, tələbin Cavabdeh1 tərəfindən X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi,həmin fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin cavabdehlər İddiaçı1,İddiaçı2,İddiaçı3,X2 və İddiaçı4 müştərək qaydada tutulması, ipoteka predmetinin olan fərdi yaşayış evinin 18825.60 manat dəyərində qiymətləndirilməsi, X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə tutuma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin evdə qeydiyyatda olan X9 və İddiaçı4ı istifadə hüququnun itirilməsi və həmin evin boşaldılması,100 manat ekspertiza xərcinin İddiaçı1, İddiaçı2, İddiaçı3,X2və İddiaçı4 müştərək qaydada tutulması qət edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)4043/2019 saylı 18 dekabr 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmişdir. Qətnaməyə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehlərdən müştərək qayadada 25R000000832 saylı kredit razılaşması üzrə 7011.23 ABŞ dolları məbləğində cərimənin qətnamə icra olunarkən dolların manata olan məzənnəsi ilə tutulması hissəsində dəyişdirilməsi cavabdehlərdən müştərək qaydada 25R000000832 saylı kredit razılaşması üzrə 10752.71 ABŞ dolları əsas,1836.37 ABŞ dolları faiz borcu, 700 ABŞ dolları cərimə borcu olmaqla cəmi 13289.48 ABŞ dolları borcun qətnamə icra olunarkən dolların manata olan məzənnəsi ilə tutularaq Cavabdeh3 QSC-nə ödənilməsi qətnamənin qalan hissədə dəyişdirilməsi qət edilmişdir. Bundan sonra icra sənədi Cavabdeh1nə göndərilmişdir.Cavabdeh1 məktubu əsasında X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi Azərbaycan Respublikası Xammal və X12 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən hərraca çıxarılmışdır. İddiaçılar hesab edir ki, onlara məxsus olan həyətyani torpaq sahəsi və fərdi yaşayış evi dəyərindən çox aşağı qiymətə qiymətləndirilmişdir. Ona görə də həmin fərdi yaşayış evi və həyətyani torpaq sahəsi yenidən qiymətləndirilməlidir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcələsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcələsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni zamanda “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 16.1-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiallıq xüsusiyyətləri əmələ gəlir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Bundan başqa, məhkəmə hesab edir ki, artıq qanuni qüvvəyə minmiş məhkəmə aktından sonra yeni iddia ilə məhkəməyə müraciət edilməsi hüquqi müəyyənlik prinsipinə zidd ola olar. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin və hüquqi müəyyənlik prinsipinin təmin olunmasına yönəlmişdir. Bu mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Brumaresku Rumıniyaya qarşı iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi həmçinin tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Avropa Məhkəməsinin digər qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik prinsipi “res judicata” prinsipinə (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) hörməti nəzərdə tutur. Bu prinsip onu əks etdirir ki, tərəflər yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməzlər. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. (C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixliqərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 6 iyun 2014-cü tarixli Qərarı). Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçılar X3, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Xammal və X12 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi və Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmlakın yenidən qiymətləndirilməsi” tələbinə iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Sədrlik edən: imza var Əsli ilə düzdür. Hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №2(021)-1972/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1972/2021
25.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver