Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-198/2023 21.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı4 və İddiaçı2 Zülfiqar oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaqdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı4 və İddiaçı2 Zülfiqar oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərin mülkiyyətlərində olan Bərdə rayon Bəcirəvan kənmdində yerləşən 0.66 ha torpaq sahəsindən çıxarılmalarına və torpaq üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərinin qanunsuz hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 01 avqust 1997-ci il tarixli 09 saylı qərarı ilə onlara Bərdə rayon Bǝcirəvan kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə ümumilikdə 2.57 ha torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsinə dair JN 0055, KOD: 61000028 saylı torpağa mülkiyyət hüququna dair "Dövlət Akt"ıda verilmişdir. Həmin torpaq sahəsinin 0.66 ha hissəsi bir konturda, 1.9 ha hissəsi isə diger kontorda yerləşir. X9 08 avqust 2000-ci il tarixdə vəfat etmişdir. Uzun illər mülkiyyətlərində olan torpaq sahəsindən maneəsiz istifadə etmişlər. X10 2 il əvvəl - X3 və X12 qarşı "torpaqdan çıxarılma və maddi ziyan" tələbinə dair Bərdə Rayon Məhkəməsində iddia qaldırmışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(021)-186/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər X3 və X12 məxsus olan Bərdə rayon Mollagüllər kəndində yerləşən 3.15 ha torpaq sahəsinin 1.38 ha hissəsindən çıxarılmaları qət edilmişdir. Sözügedən qətnamə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və icra proseduru həyata keçirilərək yekunlamışdır.. Həmin işə məhkəmədə baxılarkən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi idarəsinin mütəxəssisləri, o, cümlədən Bərdə rayon Bǝcirəvan kənd sakinlərinin iştirakı və imzası ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli "AKT"a Əsasən JN 0055, KOD: 61000028 saylı torpağa mülkiyyət hüququna dair "Dövlət Akt"ına əsasən bizə verilmiş 0.66 ha torpaq sahəsi TEKUİS proqramına əsasən GPS cihazı vasitəsi ilə döngə nöqtələrinin koordinatları onlara tanıdılımışdır. Sonradan məlum olmuşdur ki, həmin zonada olan torpaq sahələrinin sürüşdürülməsi nəticəsində İddiaçı3 - Rövşən Salahovun 0,66 ha torpağından istifadə edirmiş və onlara məxsus 0,66 ha torpaq sahəsini isə hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə edir. Torpaqların sürüşdürülməsi nəticəsində 3 ildir ki, payçılar arasında mübahisələr gedir. Dəfələrlə hazırki iş üzrə cavabdehlərə qanunsuz olaraq zəbt etdikləri 0.66 ha torpaq sahəsindən çıxmalarını tələb etsələr də, onlar bununla razılaşmayaraq tələblərin məhəl qoymurlar. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı3 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş üzrə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE №0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1958-ci il tarixdə Bərdə rayon Qaravəlli kəndində anadan olmuşdur. Bərdə rayon Bəcirəvan kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AZE №0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 xx.xx.1988-ci il tarixdə Bərdə rayon Bəcirəvan kəndində anadan olmuşdur. Bərdə rayon Bəcirəvan kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 Zülfiqar oğlu xx.xx.1978-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1982-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş AZ №074129 nömrəli Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2000ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş JN-0055 KOD 61000028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünr ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 09 saylı qərarına əsasən Bərdə rayon Bəcirəvan kənd sakinləri X5, X6, İddiaçı2 Zülfiqar oğlunun, X1, İddiaçı4 mülkiyətinə 2.57 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)186\2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X7 cavabdehlər X4 və X12 qarşı “torpaqdan çıxarılma və maddi ziyan” tələbinə dair iddia tələbi qismən təmin edilmiş, cavabdeh X2 iddiaçı X8 məxsus olan 3.15 ha torpaq sahəsinin 1.38 ha hissəsindən çıxarılması qət olunmuşdur. İş materiallarına əlavə olunmuş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dölət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki: iddiaçı və cavabdehin iştirakı ilə cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək TEKUİS məlumat bazasına və Nəsimi təsərrüfatının Bǝcirəvan kəndi ərazisində aparılmış torpaq islahatı ilə əlaqədar kompleks yerquruluşu layihəsi ilə müqaisələndirildi. Naturada istifadəçilik vəziyyəti ilə TEKUİS məlumat bazası arasında kəskin fərq olduğundan, ilkin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə uyğun mütəxəssis rəyi yazılmışdır. Bərdə rayon Aqrar İslahat komissiyasının xx.xx.1997-ci il tarixli 09 saylı qərarı ilə verilmiş JN-0055 KOD 61000028 torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən X11 və ailə üzvlərinin adına qeydiyyata alınmış Bərdə rayonu Bǝcirəvan kəndində yerləşən ümumilikdə 2.57 ha torpaq sahəsinin mübahisələndirilən 0.67 hektarından 0.31 hektarı Cavabdeh1 tərəfindən, qalan 0.36 hektarı isə digər şəxslər tərəfindən istifadə edilir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki: Bərdə rayon Aqrar İslahat komissiyasının xx.xx.1997-ci il tarixli 09 saylı qərarı ilə verilmiş JN-0055 KOD 61000028 torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən X11 və ailə üzvlərinin adına qeydiyyata alınmış Bərdə rayonu Bǝcirəvan kəndində yerləşən ümumilikdə 2.57 ha torpaq sahəsinin mübahisələndirilən 0.67 hektarından 0.31 hektarı Cavabdeh1 tərəfindən, qalan 0.36 hektarı isə iddiaçının bildirdiyinə görə X16 tərəfindən istifadə edilir. Məhkəmə iş üzrə mütəxəssis rəyini əsas götürərək hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə qismən təmin olunmalı, Cavabdeh2 münasibətdə isə rədd olunmalıdır. Belə ki, mütəxəssis rəyində qeyd olunmuşdur ki, Bərdə rayon Aqrar İslahat komissiyasının xx.xx.1997-ci il tarixli 09 saylı qərarı ilə verilmiş JN-0055 KOD 61000028 torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən X11 və ailə üzvlərinin adına qeydiyyata alınmış Bərdə rayonu Bǝcirəvan kəndində yerləşən ümumilikdə 2.57 ha torpaq sahəsinin mübahisələndirilən 0.67 hektarından 0.31 hektarı Cavabdeh1 tərəfindən, qalan 0.36 hektarı isə X16 tərəfindən istifadə edilir. Lakin iddiaçılar X13 qarşı iddia ərizəsi ilə müraciət etməmişlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı4 və İddiaçı2 Zülfiqar oğlunun ümumi birgə mülkiyyətində olan Bərdə rayonu Bəcirəvan kəndində yerləşən 2.57 ha torpaq sahəsinin 0.31 ha hissəsindən Cavabdeh1 çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119.1-cİ maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdeh alınaraq iddiaçılara ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə mütəxəssis rəyi 95 manat Cavabdeh1 alınaraq iddiaçılar İddiaçı3, İddiaçı1 , İddiaçı4 və İddiaçı2 Zülfiqar oğluna ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı4 və İddiaçı2 Zülfiqar oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaqdan çıxarılma və torpaq üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərinin qanunsuz hesab edilməsi ” tələbinə dair iddia tələbi qismən təmin edilsin. İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı4 və İddiaçı2 Zülfiqar oğlunun ümumi birgə mülkiyyətində olan Bərdə rayonu Bəcirəvan kəndində yerləşən 2.57 ha torpaq sahəsinin 0.31 ha hissəsindən Cavabdeh1 çıxarılsın və Cavabdeh1 torpaq üzərində mülkiyyət hüquqlarını pozan hərəkətləri qanunsuz hesab olunsun. İdida tələbi qalan hissədə rədd olunsun. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçılar İddiaçı3, İddiaçı1 , İddiaçı4 və İddiaçı2 Zülfiqar oğluna ödənilsin. İş üzrə mütəxəssis rəyi 95 manat Cavabdeh1 alınaraq iddiaçılar İddiaçı3, İddiaçı1 , İddiaçı4 və İddiaçı2 Zülfiqar oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-198/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-198/2023
21.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver