Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1985/2025 08.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh cehiz əşyalarının ona məxsus olan Bərdə rayonu, Cumalar kəndində yerləşən evindən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh keçmiş gəlinidir. İddiaçının Bərdə rayon Cumalar kəndində yerləşən evində hal-hazırda cehiz əşyaları mövcuddur. Ancaq dəfələrlə cavabdehdən onun evində olan əşyalarını çıxarmasını xahiş və tələb etsə də onun haqlı tələbini yerinə yetirmir. Qeyd olunanlara əsasən iddiasının təmin olunmasını məhkəmdən xahiş etmişdir. Onun evində Cavabdeh məxsus aşağıdakı əşyaları vardır: divan kreslo, duxovka, tozsoran, televizor altı, ütü, yorğan döşək, yan döşəyi, mütəkkə yastıq, stolüstü döşəkçə, gəbə, sandıq. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 bildirdi ki, cavabdehlə 1998-ci ildə ailə həyatı qurmuş və onlar həmin vaxtdan etibarən anasının mülkiyyətində olan evdə yaşamışlar. Hazırda cavabdehlə ayrmışlar, Cavabdeh başqa yerdə yaşayir. Onların birgə nikahlarında 5 övladları vardır. Onlardan üçü ailə qurub, ikisi isə onunla yaşayırlar. Cavabdeh bildirdi ki, iddia ərizəsinə etirazı yoxdur və həmin əşyaları qızı götürəcək. O , 1998-ci ildə qaynanası İddiaçı mülkiyyətində olan evə gəlin köçmüşdür. İddiaçının oğlu Arif Hacıyev ilə birgə nikahlarından 5 övladı dünyaya gəlmişdir.Onlardan dördü ailəlidir və başqa ünvanda yaşayırlar.Oğlu isə atası ilə birlikdə İddiaçı mülkiyyətində olan evdə yaşayırlar. Boşandıqdan sonra o 5 ay müddətində atası evində qalmış, 2024-cü ilin iyun ayında Xankəndinə gəlmiş və daimi olaraq orada yaşamağa başlamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Seriya AZE №0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1935-ci il tarixdə Bərdə rayonu,Cumalar kəndində anadan olmuşdur. Bərdə rayon Cumalar kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mirzəxan- Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 687 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Cumalar kəndində yaşayır. İş materiallarında olan Seriya AA2994925 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-154A KOD- 61015038 saylı Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə 0,19 ha torpaq sahəsi Bərdə rayon Cumalar kənd sakini İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)954\2024 saylı qətnaməsindən görünür ki, X5 ilə X2 arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq saziş təsdiq edilərək, X5 ilə X2 arasında Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixdə 14 nömrə ilə qeydə alınmış rəsmi nikahın pozulması, və tərəflərin birgə nikahlarından doğulan xx.xx.2007 – ci il təvəllüdlü X3 atası X1 himayəsində saxlanması qət olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh İddiaçı oğlu ilə 1998-ci ildə qeyri-rəsmi ailə qurub həmin mübahisəli evdə yaşamışlar. Hazırda onlar ayrılmışlar, cavabdeh həmin evdə yaşamır, lakin özünə məxsus cehiz əşyalarını iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarmamışdır. İddiaçının iddia etdiyi ev özbaşına tikilidir. Həmin özbaşına tikili Bərdə rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə Hacıyeva Səfur mülkiyyətinə verilmiş 0,19 ha torpaq sahəsində tikilmişdir Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı olan mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinə uyğun, bu tarixə qədər yaranmış hüquq münasibətləri ilə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Tərəflər arasında hüquq münasibətlərinin 2000-ci il sentyabrın 1-dən əvvəl, yəni 1998-cü ildə yarandığından həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd - şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Mülki Məcəllənin göstərilən maddələri yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsini vacib saydığı halda, bu qayda Mənzil Məcəlləsinin 123-cü maddəsində nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, hazırki tələb üzrə iddiaçı ilə cavabdeh arasında yaranan hüquq münasibətləri ilə 2000-ci il sentyabrın 1-dən əvvəl, yəni 1998-ci ildə yarandığından həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına əsasən cavabdehin mübahisəli mənzildə istifadə hüququ mövcud olsa da, artıq başqa yaşayış sahəsi əldə etdiyindən, mübahisəli mənzildən istifadəyə ehtiyacı aradan qalxmışdır və iddia tələbinin təmin olunmaması iddiaçının mülkiyyət hüquqlarının pozulması və onun mülkiyyətindən sərbəst istifadəsinə maneçilik yaratmış olardı. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, fərdi yaşayış evi öz başına tikili olsa da, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi İddiaçı mülkiyyətinddir və Cavabdeh hazırda daimi yaşayış yeri olmasına baxmayaraq həmin evi zəbt edərək iddiaçının mənzil üzərindəki hüquqlarını pozur. Bunlarla yanaşı cavabdehin və iddia tələbini qəbul etməsi də nəzərə alınmaqla iddia tələbi təmin olunmalı, iddiaçının pozulmuş hüquqları bərpa edilməli, Cavabdeh özünə məxsus əmlakları- divan kreslo , duxoka, tozsoran, televizor altı, ütü, yorğan döşək, yan döşəyi , mütəkkə yastıq, stolüstü döşəkçə, gəbə və sandığı iddiaçının mülkiyyətində olan yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində rüsum cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair iddiası təmin olunsun. İddiaçı məxsus Bərdə rayonu Cumalar kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh tərəfindən özünə məxsus olan cehiz əşyaları- divan kreslo, duxovka, tozsoran, televizor altı, ütü, yorğan döşək, yan döşəyi, mütəkkə yastıq, stolüstü döşəkçə, gəbə və sandıq çıxarılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-1985/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1985/2025
08.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver