Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1987/2022 06.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı1 vəkili və İddiaçı3 nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 Cavabdeh qarşı torpaqdan çıxarılma tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 məhkəmədə iddia qaldıraraq Cavabdeh 3.03 ha torpaqdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 iddia tələbini onunla əsaslandırmışdır ki, onların xüsusi mülkiyyətində Bərdə rayonu Qayalı kəndində yerləşən3.03 ha torpaq sahəsi var. İslahat gedən zaman həmin torpaq sahələri adambaşına hesablanmaqla ona və ailə üzvülərinə verilmişdir. Qeyd etdiyi torpaq sahəsinə torpağa mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. Lakin dövlət aktıəsasında onlara verilmiş olan 3.03 ha torpaq sahəsini hazırkı iş üzrə Cavabdeh qanunsuz yolla zəbt edtmişdir və onların istifadə edib, əkin əkib becərməyinə maneçilik törədir. Onların mülkiyyətində olan 3.03 ha torpaq sahəsini 15 il bundan qabaq, yəni 2007-ci ildən hazırkı iş üzrə Cavabdeh sənədsiz qeyri-rəsmiolaraq icarəyə vermişdir. İcarə müddəti bitdikdən sonra Cavabdeh 3.03 ha torpaq sahəssini onlara verəcəkdir. Torpaq sahəsinin icarə müddəti bitdikdən sonra Cavabdeh onlara məxsus olan torpaq sahəsindən çıxmasını bildirdikdə isə 3.03 ha torpaq sahəsini onlara verməkdən imtina etmişdir. Hal-hazırda cavabdeh həmin torpaq sahəsinddə əkin işləri apararaq oradan gəlir əldə edir. İndi isə onlar cavabdehdən onlara məxsus olan 3.03 ha torpaq sahəsini tələb etdikdə isə verməkdən imtina edir və onlara bildrir ki, “həmin torpaq sahəsi ona məxsusdur”, halbu ki, onlara məxsus olan 2.03 ha hissəsini onlar heç bir şəxsin istifadəsinə verməmişlər. Hal-hazırda Cavabdeh onlara məxsus olan 3.03 ha torpaq sahəsindən çıxarılmasını istəyirlər, çünki hal-hazırda həmin torpaq sahəsindən istifadə edə bilmədiklərindən gəlir əldə edilə bilmirlər. Bunun üçün də onlar məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Dövlət aktını Daşınmaz Əmlakdan tələb etsələr də verməkdən imtina edərək, onlara arayış verilməmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6 iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 vəkili, İddiaçı3 qızının nümayəndəsi X5 iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 05 may 2022-ci il tarixli, 2951 nömrəli məktubdan müəyyən olunur ki, İddiaçı1 adına ünvan 1i ünvanında 7 nəfər ailə üzvü ilə birlikdə 3.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Daşınmaz Əmlakın dövlət kadastrı və reyestrində aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş 18 mart 2022-ci il tarixli, xx/xx-1676/14 nömrəli məktubdan müəyyən olunur ki, İddiaçı1 ilə Cavabdeh arasında ünvan 1ində yerləşən torpaq sahəsinə dair 2007-ci ildə rəsmiləşdirilmiş notariat hərəkətləri müəyyən edilməmişdir. İş materiallarında olan Bərdə Rayon Polis Şöbəsi tərəfindən verilmiş 12 avqust 2022-ci il tarixli, 15597 nömrəli məktubdan müəyyən olunur ki, Cavabdeh ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olduğu məlum olmuşdur. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı6 xx xxxx 1987-ci ildə Bərdə rayonu Qayalı kəndində doğulmuşdur, ünvan 1ində qeydiyyatdadır. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin suurətindən müəyyən olunur ki, İddiaçı5 xx xxx 1985-ci ildə Bərdə rayonu Qayalı kəndində doğulmuşdur, ünvan 1ində qeydiyyatdadır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı4 xx xxxx 1983-cü ildə Bərdə rayonu Qayalı kəndində doğulmuşdur, ünvan 1ində qeydiyyatdadır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı3 xx xxxxxx 1981-ci ildə Bərdə rayonu Qayalı kəndində doğulmuşdur, ünvan 1ində qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı2 xx xxxx 1992-ci ildı doğulmuşdur. İş materiallarında olan Bərdə rayonu, mehdixanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 271 nömrəli, 10 may 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı1 ünvan 1ində yaşayır. İş materiallarında olan MA ******* nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh mülkiyyətinə ünvan 1ində 3.031295 ha torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan 13 noyabr 2007-ci il tarixli, AN-İ ******* nömrəli Alqı-Satqı Müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı6, X1 rayonu, Qayalı kəndində yerləşən 3.03 ha pay torpaq sahəsini 2.0 ha hissəsi alıcı Cavabdeh mülkiyyətinə verilir, 1.03 ha hissəsi isə alıcıda qalır. İş materiallarında olan 20 fevral 2009-cu il tarixli, AN-İ ******* nömrəli Alqı-Satqı Müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı6, X1 rayonu, Qayalı kəndində yerləşən 1.031295 ha torpaq sahəsi alıcı Cavabdeh mülkiyyətinə verilir. İş materiallarında olan RX ******* nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh mülkiyyətinə ünvan 1ində 6.6191 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 pay torpaq sahəsini zəbt etməsi sübuta yetirilmişdir. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3n, İddiaçı4, İddiaçı5, İddiaçı6 mülkiyyətində olan ünvan 1ində yerləşən 3.03 ha torpaq sahəsini Cavabdeh satmışdır və bu işdə olan alqı-satqı müqavilələri ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki huquq munasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yonəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə muəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 34-cü fəslində əqdin etibarsızlığına səbəb olan halların təsnifatını vermiş və həmin hallardan birinin mövcudluğu əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Göründüyü kimi mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarına əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213- 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 Cavabdeh qarşı torpaqdan çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1987/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1987/2022
06.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver