Məhkəmə qərarları › İş №2(021)-200/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-200/2022

21.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-200/2022 21.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması, atası X1 miras qalmış Bərdə rayonu Qarağacı kəndindəki 0,25 hektar torpaq sahəsində yerləşən evinin cavabdehlə hər birinə 1\2 hissə, valideynləri Mikayıl Məmmədov və Şölə Məmmədovadan miras qalmış Bərdə rayonu Qarağacı kəndindki evinin 0,25 hektar həyətyanı torpaq sahəsindəki atalarının və analarının hər birinin 1\4 hissədə payının hər birinə 1/4 hissə payin naturada bölünməsi, evin və həyətyanı sahəsinin ayrı-ayrı giriş-çıxış yolunun müəyyən edilməsi, cavabdehin miras torpaq sahəsindən və özünün xüsusi mülkiyyətim olan həyətyanı torpaq sahələrindən çıxarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh qanunsuz hərəkətlərinin qarşısının alınması, atası X1 miras qalmış Bərdə rayonu Qarağacı kəndindəki 0,25 hektar torpaq sahəsində yerləşən evinin cavabdehlə hər birlərinə 1\2 hissə, valideynləri Mikayıl Məmmədov və Şölə Məmmədovadan miras qalmış Bərdə rayonu Qarağacı kəndindki evinin 0,25 hektar həyətyanı torpaq sahəsindəki atalarının və analarının hər birinin 1\4 hissədə payının hər birinə 1/4 hissə payin naturada bölünməsi, evin və həyətyanı sahəinin ayrı-ayrı giriş-çıxış yolunun müəyyən edilməsi, cavabdehin miras torpaq sahəsindən və özünün xüsusi mülkiyyəti olan həyətyanı torpaq sahələrindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun qardaşıdır. xx.xx.2012-ci il tarixdə anaları X12 və ataları xx.xx.2014-cü ildə X7 vəfat etmişlər. X13 ölümündən cəmi 4 ay sonra valideynlərindən qalan miras əmlakdan pay almaq məqsədi ilə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat kontoruna müraciət etmiş, atası və anasının miras əmlaklarının 1/2 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında səhadətnamə almışdır. Vərəsəlik şəhadətnamələri əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətində miras əmlakları çıxarışlarla qeydiyyata aldırmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 28 fevral 2019-cu il tarixli 2(104)-900\2019 saylı qətnaməsinə əsasən atası X1 miras qalmış Bərdə rayonu Qarağacı kəndindəki 0,25 ha torpaq sahəsində yerləşən evinin 1/2 hissəsinə Cavabdeh və 1\2 hissəsinə onun, valideynləri X7 və X6 miras qalmış Bərdə rayonu Qarağacı kəndindəki evin 0,25 ha həyətyanı torpaq sahəsindəki hər birinin 1\4 hissədə payının 1\4 hissəsinə Cavabdeh, 1\4 hissəsinə onun, həmçinin onların hər birinin Bərdə rayonun Qarağacı kəndində yerləşən 1,46 hektar kənd təsərrüfatı təyinatlı torpaqdakı 1/3 hissədə payının 1/3 hissəsinə Cavabdeh və 1/3 hissəsinə isə onun mülkiyyət hüquqları tanınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 sentyabr 2019- cu il tarixli 2(102)-5616\2019 nömrəli qərarı ilə Elxan Mikayılovun kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 28 fevral 2019-cu il tarixli, 2 (104)- 900\2019 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hazırda paylı mülkiyyətləri olan evdə, həyətyanı sahədə, həmçinin xüsusi mülkiyyəti olan həyətyanı sahədə cavabdeh yaşayır, onu evə, həyətyanı sahəyə buraxmır. Buna görə də cavabdehlə birgə yaşamaqları mümkün olmadığından paylı mülkiyyətlərində payların naturada bölünməsi, cavabdehin miras torpaq sahəsindən və özünun xüsusi mülkiyyəti olan torpaq sahəsindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Evin bir giriş qapısı və bir mətbəxi vardır. Həmçinin həyətyanı sahəyə bir giriş darvazası vardır. Belə olan təqdirdə aralarında tez-tez münaqişələrin baş verməsi halları qaçılmazdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № 02927851 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Bərdə rayon Mircəfərli kəndində anadan olmuşdur. Bərdə şəhəri Sabir küçəsi ev 9-da qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri Sabir küçəsi ev 9-da yaşayır. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, 17 noyabr 2012-ci ildə vəfat etmiş X9 vərəsəsi İddiaçıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, 28 may 2014-cü ildə vəfat etmiş X2 vərəsəsi İddiaçıdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti tərəfindən verilmiş **********31-10301 reyestr nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayon Qarağacı kəndində 0.25 ha torpaq sahəsində yerləşən 67 kv.m ümumi sahədən ibarət yaşayış fərdi yaşayış evi İddiaçı (fərdi yaşayış evinə ½ hissə, torpaq sahəsinə 2/4 hissə payı olmaqla), Cavabdeh (fərdi yaşayış evinə ½ hissə, torpaq sahəsinə 1/4 hissə payı olmaqla), X4 ( torpaq sahəsinə 1/4 hissə payı olmaqla) paylı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 45 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti tərəfindən verilmiş **********31-10301 reyestr nömrəli Seriya RX № ******* nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayon Qarağacı kəndində 0.25 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 33.3 kv.m yaşayış, 33.7 kv.m köməkçi , 67 kv.m ümumi sahədən ibarət yaşayış fərdi yaşayış evi İddiaçı (fərdi yaşayış evinə ½ hissə, torpaq sahəsinə 2/4 hissə payı olmaqla), X4 ( torpaq sahəsinə 1/4 hissə payı olmaqla) paylı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 45 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş inventar nömrəsi 16294 olan Daşınmaz Əmlakın Texniki Pasportunun surətindən görünür ki, Bərdə rayon Qarağacı kəndində 0.25 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 33.3 kv.m yaşayış, 33.7 kv.m köməkçi , 67 kv.m ümumi sahədən ibarət yaşayış fərdi yaşayış evinin huquq subyekti İddiaçı (fərdi yaşayış evinə ½ hissə, torpaq sahəsinə 2/4 hissə payı olmaqla), Cavabdeh (fərdi yaşayış evinə ½ hissə, torpaq sahəsinə 1/4 hissə payı olmaqla), X10 ( torpaq sahəsinə 1/4 hissə payı olmaqla) qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 28 fevral 2019-cu il tarixli 2(104)-900\2019 saylı qətnaməsindən görnür ki, Bərdə Rayon Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli, 2(021)-428/2017 saylı qətnaməsi qismən ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, qətnamə qismən- iddiaçı Cavabdehnın X1 miras qalmış Bərdə rayonun Qarağacı kəndindəki evinin üzərində tam, həmin evin Mikayıl Məmmədov və Şölə Məmmədovadan miras qalan həyətyanı torpağındakı hər birinin 1/3 hissədə payının 3/4 hissəsinə Cavabdeh, 1/4 hissəsinə isə İddiaçı mülkiyyət hüququnun tanınması hissəsində dəyişdirilərək iddiaçının atası X1 miras qalmış Bərdə rayonun Qarağacı kəndindəki 0,25 ha torpaq sahəsində yerləşən evinin hissəsinə Cavabdeh və 1/2 hissəsinə İddiaçı, iddiaçının valideynləri X7 və X18 qizindan miras qalmış Bərdə rayonun Qarağacı kəndindəki evinin 0,25 ha həyətyanı torpaq sahəsindəki hər birinin 1/4 hissədə payının 1\4 hissəsinə Cavabdeh, 1/4 hissəsinə isə İddiaçı, həmçinin onların hər birinin Bərdə rayonun Qarağacı kəndində yerləşən 1,46 hektar kənd təsərrüfatı təyinatlı torpaqdakı 1/3 hissədə payının 3/1 hissəsinə Cavabdeh və 1/3 hissəsinə isə İddiaçı mülkiyyət hüquqları tanınmışdır. Qətnamə cavabdeh İddiaçı adına verilmiş 13 mart 2015-ci il tarixli reyestr nömrələri 2V -88, 2V-89, 2V-90 və 2V-91 olan vərəsəlik hüququ haqqında şəhadətnamələrinin ləğv edilməsi və həmin vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında İddiaçı adına verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən” RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı və RX seriyalı 06551915 saylı çıxarışların etibarsız hesab edilməsi hissəsində və cavabdeh X3 ləyaqətsiz vərəsə hesab edilməsinin rədd edilməsi hisssində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 sentyabr 2019- cu il tarixli 2(102)-5616\2019 nömrəli qərarı ilə Elxan Mikayılovun kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 28 fevral 2019-cu il tarixli, 2 (104)-900\2019 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Mülki işə əlavə edilmiş “X8” MMC tərəfindən təqdim edilmiş Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə 70 saylı 15 iyul 2022-ci il tarixli rəyindən görünür ki, “Məhkəmə Tikinti-X5 Metodları”-na görə, mənzillərin (evlərin, tikililərin və s.) tərəflər (mülkiyyətçilər) arasında bölgüsü yalnız təcrid mənzillər şəklində aparılmalıdır, yəni bölgü zamanı, tərəflərin hər birinin sərəncamında yaşayış (yataq) və yardımçı (mətbəx, dəhliz, ayaqyolu, hamam ve s.) otaqlar və bu otaqlara ayrı ayrılıqda giriş-çıxış yolu olmalıdır. Qeyd olunanları, eləcə də yaşayış sahəsinin və köməkçi sahələrin bir ailənin yaşaması üçün nəzərdə tutulduğuna görə, Bərdə rayonu, Qarağacı kəndi ərazisində yerləşən 0.25 ha torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evinin «İnşaat Norma və Qaydaları»nın 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə əsasən paylara uyğun qaydada bölünməsi texniki cəhətdən mümkün deyildir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/2060 saylı Ekspert Rəyindən görünür ki, Fərdi yaşayış evinin faktiki vəziyyətini, planlı yerləşməsini, torpaq sahəsinin üç tərəfdən qonşularla əhatə olunduğunu və yaılnız bir tərəfdən yola giriş-çıxış ın olduğunu, torpaq sahəsinin düzbucaqlı formasında olduğunu, yəni yola baxan hissəsinin (eninin ) az ölçüdə, uzunluğunun çox ölçüdə olduğunu, fərdi yaşayış evinin yoldan torpaq sahəsinə giriş hissəyə yaxın və ortada yerləşməsini, payçıların paylarına uyğun hissalərə bölünməli payların çıxarışda qeyd olunan təyinatı üzrə istifadə olunaraq hər payda ayrı-ayrılıqda vasavis evinin tikilməsinin “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi"nin 69-cu maddəsinə zidd olduğunu nəzərə aldıqda, fərdi yaşayıs evinin torpaq sahəsinin İddiaçı (fərdi yaşayış evinə ½ hissə, torpaq sahəsinə 2/4 hissə payı olmaqla), Cavabdeh (fərdi yaşayış evinə ½ hissə, torpaq sahəsinə 1/4 hissə payı olmaqla), X4 ( torpaq sahəsinə 1/4 hissə payı olmaqla) paylarına düşən hissələrin təcrid mənzillər səklində ayrılmasının İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun bəndlərinin və Məhkə Tikinti-X5 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. İş materiallarına əlavə olunmuş Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə ekspert rəyini əsas götürərək hesab edir ki,iddia təmin oluna bilməz. Belə ki, ekspert rəyində qeyd olunmuşdur ki, Fərdi yaşayış evinin faktiki vəziyyətini, planlı yerləşməsini, torpaq sahəsinin üç tərəfdən qonşularla əhatə olunduğunu və yaılnız bir tərəfdən yola giriş-çıxış ın olduğunu, torpaq sahəsinin düzbucaqlı formasında olduğunu, yəni yola baxan hissəsinin (eninin ) az ölçüdə, uzunluğunun çox ölçüdə olduğunu, fərdi yaşayış evinin yoldan torpaq sahəsinə giriş hissəyə yaxın və ortada yerləşməsini, payçıların paylarına uyğun hissalərə bölünməli payların çıxarışda qeyd olunan təyinatı üzrə istifadə olunaraq hər payda ayrı-ayrılıqda vasavis evinin tikilməsinin “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi"nin 69-cu maddəsinə zidd olduğunu nəzərə aldıqda, fərdi yaşayıs evinin torpaq sahəsinin İddiaçı (fərdi yaşayış evinə ½ hissə, torpaq sahəsinə 2/4 hissə payı olmaqla), Cavabdeh (fərdi yaşayış evinə ½ hissə, torpaq sahəsinə 1/4 hissə payı olmaqla), X4 ( torpaq sahəsinə 1/4 hissə payı olmaqla) paylarına düşən hissələrin təcrid mənzillər səklində ayrılmasının İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun bəndlərinin və Məhkə Tikinti-X5 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-nin 135.6-ci maddəsinə əsasən, əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Mülki Məcəllənin; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.3-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Həmin məbləğdə pul iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı «cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması, atası X1 miras qalmış Bərdə rayonu Qarağacı kəndindəki 0,25 hektar torpaq sahəsində yerləşən evinin cavabdehlə hər birinə 1\2 hissə, valideynləri Mikayıl Məmmədov və Şölə Məmmədovadan miras qalmış Bərdə rayonu Qarağacı kəndindki evinin 0,25 hektar həyətyanı torpaq sahəsindəki atalarının və analarının hər birinin 1\4 hissədə payının hər birinə 1/4 hissə payin naturada bölünməsi, evin və həyətyanı sahəsinin ayrı-ayrı giriş-çıxış yolunun müəyyən edilməsi, cavabdehin miras torpaq sahəsindən və özünün xüsusi mülkiyyətim olan həyətyanı torpaq sahələrindən çıxarılması» tələbinə dair iddiası təmin edilməsin. Ekspert rəyinin dəyəri 100 (bir yüz ) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar