Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2025/2023 14.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum haqqında akt qeydinin bərpası ” barədə ərizəsinə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum haqqında akt qeydinin bərpası ” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx *939-cu il tarixdə Ukrayna Respublikası , Sumski vilayəti Romnı şəhərində anadan olmuş, Qorodniça (Rəhimova) Qalina Fyodorovnanın doğum akt qeydinin bərpası, atasının X*, anasının Aqripina Fyodorovna olması barədə məhkəmə aktı qəbul olunmasını xahiş etmişdir. Belə ki, məhkəmə qeyd edir ki, hazırkı ərizəyə bu məhkəmədə baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina olunmaldır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *5*.*-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin *53.2.*-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin **4.*.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum haqqında akt qeydinin bərpası ” barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli,ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in *53-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum haqqında akt qeydinin bərpası ” barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən ödənilmiş *00 (bir yüz) manat dövlət rüsumu geri qayatrılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim : Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-2025/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2025/2023
14.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver