Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2028/2021 24.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 15 fevral 2015-ci il tarixdə Bərdə rayonunda anadan olmuş X4 doğum faktının, o cümələdən atası X9, anası isə Ərizəçi olması faktının müəyyən dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X12 ilə 01 iyul 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Maddi imkanları olmadığından 15 fevral 2015-ci il tarixdə anadan olmuş X10 adlı uşaqlarına doğum haqqında şəhadətnamə ala bilməmişlər. Hal-hazırda uşaqlarına doğum haqqında şəhadətnamə almaq üçün Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, orada isə bildiriblər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 noyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı “ qaydasının 2.5.3-cü bəndinə əsasən doğum qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tib müəssisəsinin müvafiq sənədi olmalıdır. Bu qaydanını 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında ərizəçi Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X12 bildirmişdir ki, Ərizəçi onun arvadıdır, onlar rəsmi olaraq ailə quruiblar, lakin birgə nikahklarından doğulmuş qızlarına maddi imkanları olmaması səbəbindən doğum haqqında şəhadəgtnamə ala bilməmişdir, qızları X10 15 fevral 2015-ci il tarixdə doğulmuşdur, hazırda uşaqlarının doğum faktının müəyyən edilməsi ona doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Məhkəmə iclasında şahid X18 qızı, X7 şahid X5 izahatına uyğun izahat verdilər. Məhkəmə ərizəçinin ifadələrini dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarınada olan AZE ******** nömrəli şəxsiyət vəsiqsəinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx 1991-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu Mehdili kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısnını Mehtili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 194 nömrəli, 20 may 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X2 rayonu, Mehdili kəndində yaşayır. İş materiallarında olan AZ-İ 868679 nöəmrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 ilə Ərizəçi arasında nikah 01 iyul 2013-cü ildə 23 saylı akt qeydi ilə bağlanmışdır. İş materiallarında olan Bərdə rayon X6 Hüquqi şəxsi tərəfindən verilmiş 316 nömrəli, 02 may 2021-ci il tarixli arayışınından müəyyən olunur ki, X1 deməsinə görə X12 və Ərizəçi QAənzəfər qızının birgə nikahdan dünyaya gəlmiş 15 fevral 2015-ci il təvəllüdlü Qayıbvoa----- Elşən qızı Bərdə RMX-da İSX-nin Ailə Sağlamlıq Mərkəzində Həkim Pediatr tərəfindən qeydiyyata götürülümüş, həkim pediatr tərəfindən müayinə olunmuş, praktik sağlam olması təsdiq olunmuşdur. İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 324-05/15 nömrəşli, 20 may 2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi ərizəsinin təmin edilməsi qeyidyyat şöbəsində mümkün olmamışdır, aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X3 doğum aktı qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamələrin alınması üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. Ərizəçi qızının 15 fevral 2021-ci il tarixdə Bərdə rayonunda bir qız övladının doğulması, atası Qayıbov Elşən Cəlal oğlu, anası Ərizəçi olması faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2028/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2028/2021
24.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver