Məhkəmə qərarları › İş №2(021)-203/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-203/2023

24.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-203/2023 24.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X3 iclas kаtibliyi, İddiaçı və onun vəkili X8, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətçinin pozulmuş hüquqlarının aradan qaldırılması, torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bərdə rayonu, Mollalı kəndində yerləşən 2,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə hüququnun Cavabdeh tərəfindən pozulması hərəkətlərinə son qoyulması, cavabdehin həmin torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 08 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə Bərdə rayonu Mollalı kəndinin ərazisində 2,9096 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Bununla bağlı onlara xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış təqdim edilmişdir və xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bərdə rayonu Mollalı kəndində yerləşən 2,90 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət kimi onun və ailə üzvlərinin mülkiyyətlərinə verilmişdir. 2019-cu ilə qədər xüsusi mülkiyyətləri olan həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özləri əkib becərmişlər. Lakin 2019-cu ildən Bərdə rayonu Mollalı kəndində yaşayan Cavabdeh onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş kənd təsərrüfat təyinatlı torpaq sahəsini zəbt edib torpaq sahəsində kənd təsərrüfatı təyinatlı bitkilər əkib becǝrǝrǝk mənfəət götürmüş və onlara torpaq sahələrindən istifadə etməyə imkan verməmişdir. Onların isə yeganə dolanışıq mənbəyi həmin torpaq sahəsidir. Çünki heç biri digər sahədə işləmir. Qeyd etdiyi kimi Bərdə rayon Aqrar İslahat Komissiyası tərəfindən həmin kənd təsərrüfat təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə veriləndən sonra 2019-cu ilə qədər özləri əkibbecərmişlər, dövlət tərəfindən verilən subsidiyanı da özləri almışlar, torpaq sahəsinin vergilərini özü ödəmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********03 nömrəli məktubuna əsasən, Bərdə rayon, Mollalı kəndi ərazisində xx.xx.2013-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən 2.90 ha torpaq sahəsinin naturada tanıdılması barədə məktuba «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsində baxılmışdır. Bildirilir ki, idarənin mütəxəssisi tərəfindən xx.xx.2013cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarışa əsasən onlara verilmiş 2.90 ha torpaq sahəsinin (TEKUİS) koordinatları naturada tanıdılmış və müvafiq akt tərtib edilmişdir. Həmin akta görə mübahisəli torpaq sahəsi ona və ailə üzvlərinə məxsus torpaq sahəsidir. Qeyd edir ki, cavabdehin özünün kənd təsərrüfat təyinatlı torpaq sahəsi vardır. Dəfələrlə ona və ailə üzvlərinə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxmasını cavabdehin özündən şifahi xahiş etmişdir. Ancaq Cavabdeh torpaq sahəsindən çıxmamışdır. Bununla da Cavabdeh onun hüquqlarımı pozmuşdur. Məhkəmə iclasında İddiaçı və onun vəkili X8 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarına əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, 03827490 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1937-ci ildə Bərdə rayonu, Mollalı kəndində anadan olmuşdur. Bərdə rayonu, Mollalı kəndində yaşayır. AZE seriyalı, 14280421 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1979-cu ildə Laçın rayonu, Şamkənd kəndində anadan olmuşdur. Bərdə rayonu, Mollalı kəndində yaşayır. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci ildə Kəlbəcər rayonu, Ağcakənd kəndində anadan olmuşdur. Bərdə rayonu, Mollalı kəndində yaşayır. AZE seriyalı, 09314099 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1959-cu ildə Bərdə rayonu, Mollalı kəndində anadan olmuşdur. Bərdə rayonu, Mollalı kəndində yaşayır. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1959-cu ildə Bərdə rayonu, Nazırlı kəndində anadan olmuşdur. Bərdə rayonu, Mollalı kəndində yaşayır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mollalı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 244 nömrəli arayışdan görünür ki, Cavabdeh hal-hazırda Bərdə rayonu, Mollalı kəndində yaşayır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********03 nömrəli sorğuya cavabdan görünür ki, idarənin mütəxəssisi tərəfindən xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı verilmiş 2,90 ha torpaq sahəsinin (TEKUİS)-ə əsasən koordinatları naturada tanıdılmış və müvafiq akt tərtib edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışdan görünür ki, Bərdə rayonu, Mollalı kəndində yerləşən 2.9096 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışdan görünür ki, Bərdə rayonu, Mollalı kəndində yerləşən 3,10 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mollalı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 24 nömrəli arayışdan görünür ki, İddiaçı hal-hazırda ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Mollalı kəndində yaşayır. Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-157/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X11, İddiaçı, X9, X5, X2 Cavabdeh qarşı “torpaqdan çıxarılma” tələbinə dair iddiası təmin edilməmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2665/2022 nömrəli qərardadının surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarılma” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Bərdə rayonu, Mollalı kənd sakini İddiaçı xx.xx.2022-ci il tarixdə ********** nömrəli ərizəsinə əsasən ******* nömrəli çıxarış olan 2,90 ha torpaq sahəsinin döngə nöqtələri və koordinatları “TEKSUİS” proqramına əsasən GPS alıəti vasitəsi ilə ölçülüb özünə tanıdıldı. 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssisi İlham Bəhrəmiyyə və Veys Məmmədov, ərizəçi İddiaçı, Bərdə rayon Mollalı mkənd Bələdiyyə sədri İlqar Çıraxlı, Bərdə rayon Mollalı kənd sakini qonşu İddiaçıqulu da aktı təsdiq etmişlər. Gəncə apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)- 2685/2022 nömrəli qərardadından görünür ki, şikayət təmin edilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli, 2(021)-2665/2022 nömrəli qərardadları ləğv edilmişdir. Mülki iş materialları Bərdə rayon Məhkəməsinə qaytarılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən Bərdə rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3- 46/2-1467/2023 nömrəli sorğuya cavabdan görünür ki, müraciətdə göstərilən tədqiqat obyektinə baxış keçirilmiş və müvafiq mütəxəssis rəyinin hazırlanması təmin edilmişdir. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-203/2023 saylı mülki işi üzrə İddiaçı Cavabdeh qarşı "mülkiyyətçinin pozulmuş hüquqlarının aradan qaldırılması, torpaq sahəsindən çıxarılması” tələbinə dair iş üzrə Bərdə rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(021)-203/2023 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasinin keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmışdır. Məlumat üçün bildirilir ki, "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılmışdır. Vətəndaşların mülkiyyətində olan torpaq sahələri torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən DWG fayllarında olan uyğunsuzluqlar aradan qaldırılaraq faktiki istifadə vəziyyətinə uyğun olaraq torpaqların elektron kadastrı uçotu məlumat bazasına yerləşdirilmişdir. Qeyd edilənləri nəzərə alaraq Bərdə rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(021)-203/2023 nömrəli qərardadı ilə mübahisəli torpaq sahələrinə dair rǝy elektron kadastr məlumat bazasında mövcud olan Kompleks yer quruluşu layihəsinə və Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən hazırlanmışdır. İddiaçı və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinin koordinatları naturada təyin edilərək elektron məlumat bazasına əsasən müqayisə edilmişdir.

1. Sual: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmaətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nomrəli Çıxarışa Əsasən İddiaçı, X6, X1, X7 və İddiaçı ümumi paylı mülkiyyətində olan Bərdə rayonu Mollalı kəndində yerləşən 2.90 ha torpaq sahəsi iddiaçı cavabdeh və ya başqa bir şəxs tərəfindən istifadə edilirmi?

2. Sual: Həmin torpaq sahəsi zəbt edilmişdirmi və əgər edilmişsə nə qədər hissəsi zəbt edilmişdir?

3. Sual: İddiaçıların torpaq sahəsi hazırki iş üzrə Cavabdeh tərəfindən zəbt edilmişdirmi və əgər edilmişdirsə nə qədər hissəsi zəbt edilmişdir? Cavab: Məlumat üçün bildiririk ki, iddiaçı hal-hazırda qardaşı İddiaçıqulu Əziz oğlu ilə birlikdə naturada 4.49 ha torpaq sahəsindən istifadə edir. TEKUİS məlumat bazasına əsasən isə onlara JN-202 saylı Dövlət aktı ilə 2.90 ha və JN-201 saylı Dövlət aktı ilə 2.75 ha, cəmi 5.65 ha pay torpağı nəzərdə tutulmuşdur. Cavabdeh isə TEKUİS məlumat bazasına əsasən JN-203 saylı Dövlət aktı ilə 3.18 ha pay torpaq sahəsi nəzərdə tutulsa da, naturada 3.27 ha torpaq sahəsindən istifadə edir. Odur ki, ilkin torpaq islahatı zamanı Mollalı təsərrüfatı ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsində iddiaçı və cavabdehin pay torpaqları yerləşdiyi 87 saylı konturda pay torpaqlarına ayrılmış torpaq sahəsi ümumilikdə 22.20 ha nəzərdə tutulsa da, TEKUİS məlumat bazasında və naturada həmin konturda yerləşən pay torpaqları ümumilikdə 21.05 ha təşkil edir. Yəni hal-hazırda ümumi konturda 1.15 ha pay torpaq sahəsi çatışmamazlığı vardır. İddiaçı və cavabdehin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə faktiki istifadə etdikləri torpaq sahələrinin koordinatları arasında uyğunsuzluq olduğundan TEKUİS məlumat bazasına əsasən İddiaçı ümumi paylı mülkiyyətində olan 2.90 ha pay torpaq sahəsinin 1.17 ha hissəsi Cavabdeh tərəfindən, qalan 1.73 ha hissəsi isə hal-hazırda İddiaçı və qardaşı İddiaçıqulu Əziz oğlu tərəfindən istifadə edilir. Hal-hazırda cavabdeh, sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsindən naturada cəmi 0.09 ha artıq istifadə edir. İş materiallarında olan ********* nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumunu və 0,40 manat xidmət haqqını ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bərdə rayonu, Mollalı kəndində yerləşən 2,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə hüququnun Cavabdeh tərəfindən pozulması hərəkətlərinə son qoyulması, cavabdehin həmin torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” işdə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İş materiallarından və tərəflərin izahatlarından məhkəməyə məlum olur ki, İddiaçı xüsusi mülkiyyətində Bərdə rayonu, Mollalı kəndində yerləşən 2,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsi isə Cavabdeh tərəfindən istifadə edilir. Lakin, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan mütəxəssis rəyinə əsasən iddiaçıya və ailə üzvlərinə məxsus 2,90 ha torpaq sahəsi bütövlükdə deyil, yalnız sahənin 1.17 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Qalan hissə isə iddiaçı və qardaşı tərəfindən istifadə edilir. Bu fakt rəyə əlavə edilmiş torpaq sahəsinin naturada faktiki yerləşmə sxemi və döngə nöqtələrinin koordinatlarında da öz əksini tapmışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh iddiaçıya ümumi paylı mülkiyyət hüququ əsasında məxsus olan 2.90 ha torpaq sahəsinin 1.17 ha hissəsindən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya paylı mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsini tərk etməməsi və hüquqi əsaslar olmadan həmin torpaqdan istifadə etməsi iddiaçı və digər mülkiyyətçilərin sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Cavabdehin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Bu kontekstdə məhkəmə hesab edir ki, iddianın təmin olunması qanuni və ədalətli olmaqla, həm də ədalət mühakiməsinin məqsədlərinə uyğundur. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, geri qalan 50 manat hissə isə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh Bərdə rayonu, Mollalı kəndində yerləşən iddiaçıya ümumi paylı mülkiyyət hüququ əsasında məxsus olan 2,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,17 ha hissəsindən çıxarılsın və iddiaçının torpaqdan istifadə hüququnun Cavabdeh tərəfindən pozulması hərəkətlərinə son qoyulsun. Ödənilmiş dövlət rüsumunun 50 manatı Cavabdeh iddiaçının xeyrinə tutulsun, geri qalan 50 manat hissə isə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1(bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir.

Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar