Məhkəmə qərarları › İş №2(021)-204/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-204/2023

26.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-204/2023 26.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Ərizəçi Zülfüqar oğlunun iştirakları ilə, Ərizəçi Zülfüqar oğlunun maraqlı şəxs X15 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ”barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: Ərizəçi Zülfüqar oğlu maraqlı şəxs X15 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı ərizə ilə müraciət edərək, mərhum bibisi X5 Bərdə rayon Qaradəmirçi kənd ərazisində ümumi paylı mülkiyyətdə 31 ha pay torpağın ona məxsus olan pay hissəsinin qaunui varisi olmağının tanınması və miras əmlaka mülkiyyət hüquqlarının qeydə alınması barədə tanınması tələbinə dair qətnamə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi Zülfüqar oğlu ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.198*-ci ildə anadan olmuşam. Mərhum bibisi X6 onu övladlığa götürmüşdür. Mərhum bibisi vəfat edənə qədər onun himayəsində qalmışdır. Uşaqlıqdan bibisinin yanında qalmışdır. Onun heçkəsi olmadığından onu 1996-cı ildə rəsmi olaraq övladlığa götürmüşdür. Mərhum bibisiin sağlığında onun qayğısını çəkmişdir. Mərhum bibisinin sağlığında ona dövlət tərəfindən pay torpağı verilmişdir. Həmin torpaq 31 ha təşkil edir. İndi isə hal-hazırda miras qalmış torpaq sahəsini rəsmi olaraq adına sənədləşdirmək istəyir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra Ərizəçi Zülfüqar oğlu həcminin artırılmasına dair ərizə verərək, iddia tələbinin mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsinə və mirasın onun tərəfindən qəbul edilməsi faktı kimi qeyd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi Zülfüqar oğlu ərizəsini müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf X15 Xidmət Mərkəzi Notariat məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, X15 Xidmət Mərkəzi Notariat Ofisinin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Zülfüqar oğlu xx.xx.198*-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş XX-ЖГ № *90050 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi Zülfüqar oğlu xx.xx.198*-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı X7, ana adı X1 qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Övladlığa götürmə haqqında akt qeydindən görünür ki, Ərizəçi Zülfüqar oğlu xx.xx.198*-ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur. X3, anası X8, övladlığa götürən X7 və X1 qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş İ-ЖГ № *77*64 saylı Övladlığa götürmə haqqında şəhadətnamədən görünür ki, Ərizəçi Zülfüqar oğlu, X7 və X6 tərəfindən xx.xx.1996-cı il tarixdə övladlığa götürülmüşdür. İş materiallarına əlavə olunmuş Ölüm haqqında akt qeydindən görünür ki, X7 *5.10.*0*1-ci l tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *5.01.*0*3-cü il tarixli AZ-İ 490346 nömrəli Çıxarışdan görünür ki, X9 və X6 *9.07.198*-cı il tarixdə nikah bağlamışdırlar. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *8.06.*0**-cü il tarixli AZ-İ 387893 nömrəli Arayışdan görünür ki, X6 01.07.*010-cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-0019 KOD- 61009018 saylı Dövlət Aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 18.11.*000-ci il tarixli, 11 nömrəli qərarı ilə 0.31 ha torpaq sahəsi Bərdə rayon Qaradəmirçi kənd sakini X4 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş *9.06.*0**-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə mürciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.*-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mərhum X* miras qalmış Bərdə rayon Qaradəmirçi kəndində yerləşən 0.31 ha torpaq sahəsinin ərizəçi tərəfindən faktiki idarə edilməklə qəbul edilməsi faktı mübahisəsizdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.*.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının *9-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Mülki Prosessual Məcəllənin 307.*.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının məhkəmə müəyyən edir. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1*43.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1*43.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1*48.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi Zülfüqar oğlunun mərhum X* miras qalmış Bərdə rayon Qaradəmirçi kəndində yerləşən 0.31 ha torpaq sahəsini miras əmlak kimi qəbul etməsi faktı müəyyən olunmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.*, 88, *17.1, *18.1, *18.3 və **0.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin *17.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumunu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *16-**0, **7, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi Zülfüqar oğlunun mərhum X* miras qalmış Bərdə rayon Qaradəmirçi kəndində yerləşən 0.31 ha torpaq sahəsinə mirasın qəbulu müddəti itirilməmiş hesab edilsin və Bərdə rayon Qaradəmirçi kəndində yerləşən 0.31 ha torpaq sahəsinin miras əmlak kimi qəbul etməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar