Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2047/2025 15.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X3 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbasova Afət Ağarza qızının katibliyi ilə, İddiaçı cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı "Vərəsəlik hüququnun tanınması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun mərhum anası X1 vərəsəsi olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək işə mahiyyəti üzrə baxılmasını istəmədiyindən ərizəsinin baxılmamış saxlanılmaqla sənədlərinin özünə qaytarılmasını xahiş etdi. Cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzi Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə olan sənədləri araşdırıb, iddiaçının ərizəsinə qiymət verib belə hesab edir ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin: 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan qanunvericiliyin tələbinə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı "Vərəsəlik hüququnun tanınması" tələbinə dair ərizəsi baxılmamış saxlanılmalı və sənədlər İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263- 264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı "Vərəsəlik hüququnun tanınması" tələbinə dair ərizəsi baxılmamış saxlanılsın və sənədlər İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Məhkəmənin hakimi: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-2047/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2047/2025
15.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver