Məhkəmə qərarları › İş №2(021)-2064/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2064/2021

29.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2064/2021 29.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X4 katibliyi İddiaçı İddiaçı Cavabdehlər Cavabdeh1 Cavabdeh2 Üçüncü şəxs X5 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, övladları 01 sentyabr 2013-cü il təvəllüdlü X13, 12 sentyabr 2011-ci il təvəllüdlü X9 vı 12 avqust 2009-cu il təvəllüdlü X10 ilə birlikdə Cavabdeh1 və Cavabdeh2 yaşadığı Bərdə rayonu Mustafaağalı kəndində yerləşən, birgə nikah dövründə gəlin köçdüyü fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 2008-ci il tarixdə el adəti ilə ailə qurmuşlar. Nikahlarını 27.02.2009-cu il tarixdə rəsmişləşdirmişlər. Birgə nikahlarından 01 sentybar 2013-cü il təvəllüdlü X13, 12 sentybar 2011-ci il təvəllüdlü X9, 12 avqust 2009-cu il təvəllüdlü X10 adlı uşaqları doğulmuşdur. Cavabdeh1 ilə xasiyyətləri uyğun gəlmədiyindən 2018-cu ilin noyabr ayından cavabdehlərin yaşadığı evi tərk etmişdir. Bərdə Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli 2(021)-808 saylı qətnaməsi ilə Cavabdeh1 ilə aralarında olan 27 fevral 2009-cu il tarixli 02 nömrəli qeydlə aktlaşdırlmış nikah pozulmuşdur. Məhkəmə qətnaməsinə əsasən 12.08.2009-cu il təvəllüdlü X11, 12.09.2011-ci il təvəllüdlü X12 və 01.09.2013-cü il təvəllüdlü X14 onun himayəsində saxlanılmışdır. Hal-hazırda yuxarıda göstərdiyi ünvanda yaşayır. Onun daimi özünə məxsus yaşayış yeri yoxdur. 2008-ci il də cavabdeh Saravan Həsənovla ailə qurarkən onunla birgə Bərdə rayonu Mustafaağalı kəndində yerləşən, bu iş üzrə digər cavabdeh olan Cavabdeh2 Həsən oğlunun evinə gəlin köçüb yaşamışdır. Onun daimi evlə təmin olunmağı üçün özünün imkanı yoxdur. Cavadehlər də təkcə onu deyil heç övladlarını da fikirləşərək onları evlə təmin etmək istəmirlər. Övladları ilə qalacaq davamlı və daimi yaşayış yerləri yoxdur. Hazırda məcburən ata evində yaşamağa məcbur qalmışdır. Mübahisəli evin sənədlərinin olub olmamasına dair əlində heç bir sənədlər yoxdur. Həmin sənədləri də əldə etməyə imkanı yoxdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, həmçinin göstərmişdir ki, 2018-ci ildən mübahisəli evdən çıxmış, əmlakını da evdən çıxarmışdır. Cavabdehlərə məxsus evdə yaşamaq istəməsə də uşaqlarına görə sonunculardan ev tələb edir. İddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, 2009-cu ildə İddiaçı Əlişir qızı ilə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Birgə nikahdan 12 avqust 2009-cu ildə X11, 12 sentyabr 2011-ci ildə X12 və 01 sentyabr 2013-cü ildə X14 adlı 3 uşaqları olmuşdur. Cavabdehlə aralarında yaranan narazılıqlara görə onlar məhkəmə qaydasında boşanmışlar. Nikahlarının ləğvindən sonra 12 avqust 2009-cu ildə anadan olmuş X11 onun yanında, himayəsində qalmışdır. İddiaçının köçüb onun yaşadığı evdə qalmasına razı deyildir. Belə ki, onun özünə məxsus yaşayış evi yoxdur. Hazırda yaşadığı ev valideyinlərinin evidir. İddiaçı 2018-ci ilin noyabr ayında evdən könüllü çıxıb getmişdir. Bütün əmlaklarını özü ilə aparmışdır. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 Cavabdeh1 göstərdiklərini bir daha təsdiq edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X7 iddianı qəbul etməyərək göstərmişdir ki, oğlu Cavabdeh1 2009-cu ildə İddiaçı ilə rəsmi nikah qeydiyyatından keçməklə evlənmiş, birgə nikahdan 12 avqust 2009-cu ildə X11, 12 sentyabr 2011-ci ildə X12 və 01 sentyabr 2013cü ildə X14 adlı 3 uşaqları olmuşdur. Aralarında yaranan narazılıqlara görə ayrılmışlar. Nikahları pozulduqdan sonra 12 avqust 2009-cu ildə anadan olmuş X11 onların yanında, himayəsində qalmışdır. İddiaçı 2018-ci ilin noyabr ayında evdən könüllü çıxıb getmişdir. Bütün əmlaklarını özü ilə aparmışdır. İddiaçının köçərək onlara məxsus evdə yaşamasına razı deyildir. İddiaçı elə bir səhv addım atmışdır ki, həmin hərəkətdən sonra iddiaçının köçüb onlara məxsus evdə yaşaması qeyri-mümkündür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, üçüncü şəxsi dindirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bərdə rayonu Mustafaağalı kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş11 may 2010-cu il tarixli AZ-İİ 409469 saylı, 11 noyabr 2011-ci il tarixli AZ-İİ 785728 saylı və 17 oktyabr 2013-cü il tarixli AZ-İİİ 196643 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, Cavabdeh1 ilə İddiaçı birgə rəsmi nikahlarından 12 avqust 2009-cu ildə Aysel, 12 sentyabr 2011-ci ildə Aytac və 01 sentyabr 2013-cü ildə Baba adlı uşaqları anadan olmuşdur. 12 avqust 2009-cu il təvəllüdlü X2, 12 sentyabr 2011-ci il təvəllüdlü X3 və 01 sentyabr 2013-cü il təvəllüdlü X6 atası Cavabdeh1dur. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-808/2019 saylı 25 aprel 2019-cu il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında Bərdə rayon Mustafaağalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 27 fevral 2009-cu ildə bağlanmış və 02 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 12 avqust 2009-cu ildə anadan olmuş X11, 12 sentyabr 2011-ci ildə anadan olmuş X12 və 01 sentyabr 2013-cü ildə anadan olmuş X6 cavabdeh İddiaçı himayəsində qalması, 12 avqust 2009-cu ildə anadan olmuş X2, 12 sentyabr 2011-ci ildə anadan olmuş X3 və 01 sentyabr 2013-cü ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh1 10 dekabr 2018-ci ildən başlayaraq ayda hər uşağa 80 (səksən) manat, cəmi 240(iki yüz qırx) manat miqdarında aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 iyun 2019-cu il tarixli AZ-İ 325665 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 və İddiaçı arasında olan nikah ləğv edilmişdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mustafaağalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 240 saylı 29 iyul 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh2 mərhumə anası X1 adına olan 0,30 ha həyətyanı torpaq sahəsində birgə nikah dövründə, 1998-ci ildə, ümumi sahəsi 126 kv.m, 3 otaqdan ibarət fərdi yaşayış evi inşa etmişdir. Həmin fərdi yaşayış evində aşağıda adları qeyd olunan: arvadı-X7, oğlu-Cavabdeh1, nəvəsi-X8 qeydiyyatda olmaqla orada yaşayırlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş **********66 saylı 24 iyun 2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 adlarına daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi qeydiyyata alınmamışdır. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, İddiaçı 2008-ci ildə Cavabdeh1 ilə evlənmiş, nikahlarını 27 fevral 2009-cu ildə rəsmiləşdirmişlər. İddiaçı cavabdehlə ailə evləndikdən sonra cavabdehlərin Bərdə rayonu Mustafaağalı kəndində yerləşən evinə gəlin köçmüş, 2018-ci ilin noyabr ayında iddiaçı könüllü olaraq yaşadığı mübahisəli mənzili tərk edərək əmlaklarını götürüb daimi yaşamaq üçün valideyinlərinin evinə getmişdir. Bundan başqa iddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehlərə məxsus evdə yaşamasının qeyri mümkün olduğunu, uşaqlarına görə cavabdehlərdən ev tələb etdiyini, özünün isə həmin evə köçərək yaşamaq fikrinin olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, mübahisəli ev Cavabdeh2 və İİİ şəxs Cəmilə Həsənovanın ümumi vəsaiti ilə tikildiyindən, iddiaçının həmin evdən 2018-ci ilin noyabr ayından könüllü köçərək, əmlaklarını aparmaqla, valideyinlərinə məxsus qeydiyyata olduğu Bərdə rayonu Hacılar kəndinə köçərək orada yaşadığından və mübahisəli evlə heç bir bağlılığı olmadığından iddia tələbi təmin oluna bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar