Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2065/2021 03.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X5 iclas kаtibliyi ilə, İddiaçı, vəkili X20, Cavabdeh və onun vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarılma” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “müqavilənin bağlanmış hesab edilməsinə” dair qarşı qarşılıqlı iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onların mülkiyyətində olan zəbt etmiş olduğu Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən 0,45 ha və 0,28 ha olmaqla cəmi 0,73 ha torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilk iddiа üzrə cаvаbdeh Cavabdeh `İddiaçı qarşı qаrşılıqlı iddiа ərizəsi ilə məhkəməyə müraciət edərək alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ailə üzvüləri ilə birlikdə onlara yaşadıqları Bərdə rayonu Yenidaşkənd kəndində 0,45 ha və 0,28 ha torpaq sahəsi onun və övladının 0,28 ha torpaq sahəsi isə həyat yoldaşı X7 adınadır.Həyat yoldaşı 04 sentyabr 2010-cu il tarixdə vəfat edibdir.Həyat yoldaşı vəfat etdikdən sonra 0,28 ha torpaq sahəsindən o istifadə etmişdir.Onların mülkiyyətində olan 0,45 ha və 0,28 ha torpaq sahəsini cavabdeh X8 qeyri-rəsmi icarəyə vermişlər.İcarə müddəti bitsə də cavabdeh onlara məxsus olan torpaq sahələrindən çıxmamışdır.Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh torpaq sahələrini qaytarmamışdır.Məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, ilk iddianın təmin qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 04 avqust 2004-cü il tarixdə cavabdeh İddiaçı və mərhum həyat yoldaşı X13 arasında Yenidaşkənd icra nümayəndəsinin müavini Təyyar Kərimovun iştirakı ilə tərtib olunmuş və 7 nəfərin imzası ilə təsdiq edilmiş akt əsasında 2004-cü ilin manata olan məzənnəsi ilə ******* manata almışdır. Torpaq sahəsi aldıqdan sonra həmin torpaq sahəsində artezian vurdurmuş,bundan başqa cavabdeh torpaq sahəsinin sənədlərini də ona vermişdir. Uzun illər ərzində torpaq sahəsini adına rəsmiləşdirə bilməmişdir. Cavabdeh keçən müddət ərzində torpaq sahəsini tələb etməmişdir.Bu səbəbdən də hesab hesab edir ki, cavabdehlə alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Cavabdeh alqı-satqı müaviləsi bağlamaqdan boyun qaçırır və onun işlərini çətinləşdirir. Odur ki, ilk iddianın rədd,qarşılıqlı iddianı isə təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı və vəkili X20 ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh və onun vəkili X14 ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş edərək bildirdi ki, hər iki torpaq sahəsi hal-hazırda da onun istifadəsindədir. İddiaçı və əri müqavilənin şərtlərindən asılı olmayaraq torpaq sahəsini həqiqətən də satmışdı. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ilk iddia qismən təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarına əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı,******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,İddiaçı oğlu xx.xx.1956-cı ildə Daşkəsən rayonu Daşkəsən qəsəbəsində doğulmuş, Bərdə rayonu Yenidaşkənd kəndində qeydiyyatdadır. Bərdə rayon İcra Hakimiyyəti başçısının Yenidaşkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25.05.2021-ci il tarixli, 282 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Daşkənd kəndində yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 25.05.2021-ci il tarixli ,4493 nömrəli məktubdan görünür ki, İddiaçı 2 nəfər ailə üzvü ilə birlikdə adına Bərdə rayonu Yenidaşkənd kəndində 0.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 17.03.2016-cı il tarixli **********saylı qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.X7 adına Bərdə rayonu Yenidaşkənd kəndində 0,27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 17.03.2016-cı il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 441399 nömrəli arayışdan görünür ki, X15 04.09.2010-cu ildə ölmüşdür.Bu barədə akt qeydləri kitabında 29.10.2010cu il tarixdə 10 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı,0828786 nömrəli çıxarışın surətindən görünür ki, Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən 0,28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bütünlükdə X7 adına Daşınmaz əmlakın dövlət reyestrində 69 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır. “Azərbaycan Respublikası Əmlak Məsələri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı,0828880 nömrəli çıxarışın surətindən görünür ki, Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən 0,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və X4 ümumi birgə mülkiyyətində olmaqla Daşınmaz əmlakın dövlət reyestrində 69 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yenidəşkənd kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən təsdiq edilmiş 04 avqust 2004-cü il tarixli aktdan görünür ki, X13 və həyat yoldaşı İddiaçı ailə üzvülərinin razılığı ilə onlara məxsus olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı JN-0086 olan 0,45 ha və JN-0048 olan 0,28 ha olan cəmi 0.73 ha pay torpağını X10 və X17 ilə öz razılıqları ilə dəyişdirdikləri 0,84 pay torpağını 2500000(iki milyon beş yüz min)manat pula Cavabdeh satmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onların mülkiyyətində olan zəbt etmiş olduğu Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən 0,45 ha və 0,28 ha olmaqla cəmi 0,73 ha torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, daha sonra ilk iddiа üzrə cаvаbdeh Məmmədov X3 Xanım Adil qızına qarşı qаrşılıqlı iddiа ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddia üzrə iddiаçıların iddia tələbinnin rədd edilməsinə və alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Məhkəmə ilkin olaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi tərəflər arasında mübahisəli hüquq münasibəti 2004-cü ildə yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, işə baxılarkən həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Həmçinin, MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı iş üzrə tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni 24 iyun 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən, əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Həmin Məcəllənin 336.2-ci maddəsinə əsasən, əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli Qərarında əqdin notarial formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini bir daha təsdiq etməklə qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı tarixdə qüvvədə olmuş Mülki Məcəllədə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmə tərəfindən əqdin etibarlı sayıla bilməsi nəzərdə tutulmuşdur. Belə ki, hər hansı əqdin məhkəmə tərəfindən etibarlı hesab edilə bilməsi üçün ilk növbədə əqdi bağlamış tərəflərin həmin əqdi bağlamaq hüququ olmalıdır. Yəni hazırkı iş üzrə İddiaçı və onun əri Yamiddinin hər hansı torpaq sahəsini başqa şəxsə sata bilməsi üçün onun həmin torpaq sahəsi üzərində müstəqil sərəncam vermək hüququ olmalıdır. Hazırkı işdən isə görünür ki, iddiaçıların Bərdə rayonu, Yeni Daşkən kəndində yerləşən cəmi 0,73 ha pay torpaq sahələri vardır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yenidəşkənd kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən təsdiq edilmiş 04 avqust 2004-cü il tarixli aktdan görünür ki, X13 və həyat yoldaşı İddiaçı ailə üzvülərinin razılığı ilə onlara məxsus olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı JN-0086 olan 0,45 ha və JN-0048 olan 0,28 ha olan cəmi 0.73 ha pay torpağını X10 və X17 ilə öz razılıqları ilə dəyişdirdikləri 0,84 pay torpağını 2500000(iki milyon beş yüz min)manat pula Cavabdeh satmışdır. Göründüyü ki, İddiaçı və onun əri Yamiddin müqavilədə özlərinə məxsus olan torpaq sahəsini deyil, X11 və X17 ilə qeyri-rəsmi olaraq dəyişdirdikləri, cəmi 0,84 ha torpaq sahəsini satdmışlar. Göründüyü ki, İddiaçı və onun əri X2 və X17 ilə qeyri-rəsmi olaraq dəyişdirdikləri, cəmi 0,84 ha torpaq sahəsini satmaq üçün sərəncam vermək səlahiyyətləri olmasa da həmin torpağı satmışlar. Qanunvericiliklə başqa şəxsin mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsinin yalnız əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur. Yəni, 0.84 ha mübahisəli torpaq sahəsinin Cavabdeh, eləcə də hər hansı başqa şəxsə satıla bilməsi üçün torpağın mülkiyyətçilər, yəni X11 və X17 bu barədə razılıq verməlidir. Lakin hazırkı işdə belə nir razılıq aşkar edilməmişdir. Məhkəmə xüsusi ilə qeyd edir ki, X11 və X17 tərəfindən həmin torpaq sahəsinin satılması səlahiyyəti ilə bağlı İddiaçı və onun əri Yamiddin heç bir etibarnamə verilməmişdir. Bundan başqa, iş materiallarında İddiaçı və onun əri X1 və X17 ilə torpaq sahələrini dəyişdirmə müqaviləsi də aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir edir ki, qarşılıqlı iddia təmin edilməməlidir. Məhkəmə ilk iddiaya münasibət bildirərək qeyd edir ki, ilk iddia qismən təmin edilməlidir. Belə ki, ilk iddia üzrə Cavabdeh məhkəmə iclasında etiraf etdi ki, cavabdehlərə məxsus torpaq sahəsi uzun illərdir onun istifadəsindədir. Azərbaycan Respublikası Əmlak Məsələri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən 0,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və X4 ümumi birgə mülkiyyətində olmaqla Daşınmaz əmlakın dövlət reyestrində 69 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən 0,28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bütünlükdə X7 adına Daşınmaz əmlakın dövlət reyestrində 69 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı və digərlərinin ümumi birgə mülkiyyətində olan 0.45 ha torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış əsasında olan 0.28 ha torpaq sahəsi isə X9 məxsus olmuş və hal-hazırda cavabdehin istifadəsindədir. Yamiddin Məmmədov 04.09.2010-cu il tarixdə vəfat etmişdir. Göründüyü ki, İddiaçı X7 arvadı olsa da, ondan qalmış 0.28 ha torpaq sahəsini nə qanun üzrə, nə vəsiyyət üzrə nədə ki faktiki olaraq qəbul etmişdir. İşdən də müəyyən edilir torpaq sahəsini faktiki olaraq Cavabdeh istifadə edir. Odur ki, ilkin iddia cavabdehin X9 məxsus torpaq sahəsindən çıxarılma hisəsində təmin edilməməlidir. “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” işdə Məhkəmə həmçinin göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçılara mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsini tərk etməməsi və hüquqi əsaslar olmadan həmin torpaqdan istifadə etməsi iddiaçıların sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Cavabdehin qanunsuz müdaxiləsi nəticəsində iddiaçılar mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Bu konteksdə məhkəmə hesab edir ki, iddianın təmin olunması qanuni və ədalətli olmaqla, həm də ədalət mühakiməsinin məqsədlərinə uyğundur. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ilk iddia üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qaeşılıqlı iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İlk iddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı və digərlərinə məxsus Bərdə rayonu, Yeni Daşkənd kəndində yerləşən 0,45 ha torpaq sahəsindən çıxarılsın. İş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İlk iddia qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Sədrlik edən: imza var Əsli ilə düzdür. Hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №2(021)-2065/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2065/2021
03.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver