Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-207/2021 26.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı qızının, Cavabdeh oğlunun nümayəndəsi X5 iştirakları ilə, İddiaçı qızının cavabdeh Cavabdeh oğluna qarşı “ JN-324 KOD-61018018 saylı Dövlət Aktı ilə onlara məxsus olan torpaq sahəsindən çıxarılması,11.11.2006-cı il tarixdə AN-İ № ******* saylı və 30.07.2020-ci il tarixdə AN-İ № ******* saylı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və alqı-satqı müqavilələrindən doğan hüquqi sənədlərin, yəni 23.07.2020-ci və 01.09.2020-ci il il tarixli çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh oğluna qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin JN-324 KOD-61018018 saylı Dövlət Aktı ilə onlara məxsus olan torpaq sahəsindən çıxarılması, övladları ilə bağladığı AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab olunması , torpağın alınaraq onlara verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı qızı iddia tələbini onunla əsaslandırmışdır ki, X23 Komissiyasınnı 15.12.1998-ci il tarixlli 15 saylı qərarı ilə onların ailəı üzvlərinə 2.36 ha pay torpaq sahəsi verilmişdir ( JN-324 KOD- 61018018 saylı Dövlət Aktı) . Hər il cavabdeh icarə haqqını verməklə 2.36 ha pay torpaqlarından istifadə etmişdir. X19 Rəfail oğlu və X11 onların xəbəri olmadan cavabdehə etibarnamə vermişdir. Cavabdeh də onların razılığı olmadan sözügedən 2.36 ha torpağı rəsmiləşdirən şəxs kimi adına Çıxarış almışdır. Belə bir çıxarışın alınmasından xəbərləri olmamışdır. Həmin çıxarışın saxta olmasını hesab edirlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı qızı iddia həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdehin JN- 324 KOD-61018018 saylı Dövlət Aktı ilə onlara məxsus olan torpaq sahəsindən çıxarılması,11.11.2006-cı il tarixdə AN-İ № ******* saylı və 30.07.2020-ci il tarixdə AN-İ № ******* saylı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və alqı-satqı müqavilələrindən doğan hüquqi sənədlərin, yəni 23.07.2020-ci və 01.09.2020-ci il il tarixli çıxarışların etibarsız hesab olunması”barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qızı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək, iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh oğlunun nümayəndəsi X14 iddia tələbinin qəbul etməyərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin qismən olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə rayon Otuzikilər kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-324 KOD-61018018 saylı Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 15.12.1998-ci il tarixli, 15 nömrəli qərarı ilə 2.36 ha torpaq sahəsi X3, İddiaçı, X6, Quliyev Tural Rəfail oğlunun, Quliyev Toğrul Rəfail oğlunun mülkiyyətinə verilmişdir. Mülki işə əlavə edilmiş AN-İ № ******* saylı 11.11.2006-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, Quliyev Tural Rəfail oğlu Bərdə rayon Otuzikilər kəndində yerləşən ümumi sahəsi 2.36 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus olan 0.47 ha hissəsini Cavabdeh oğluna satmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya Çıxarışın surətindən müəyyən edilir ki, Bərdə rayon Otuzikilər kəndində yerləşən kənd təsərrüfat təyionatlı 2.36 ha torpaq sahəsi X3 (1\5 hissə), İddiaçı (1\5 hissə), X6 (1\5 hissə), Quliyev Toğrul Rəfail oğlunun (1\5 hissə) və Cavabdeh oğlunun (1\5 hissə) ( 23.07.2020-ci il , **********) paylı mülkiyyətindədir. Mülki işə əlavə edilmiş AN-İ № ******* saylı 30.07.2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, Quliyev Toğrul Rəfail oğluBərdə rayon Otuzikilər kəndində yerləşən ümimi sahəsi 2.36 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus olan 1\5 hissəsini Cavabdeh oğluna satmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya Çıxarışın surətindən müəyyən edilir ki, Bərdə rayon Otuzikilər kəndində yerləşən kənd təsərrüfat təyionatlı 2.36 ha torpaq sahəsi X3 (1\5 hissə), İddiaçı (1\5 hissə), X6 (1\5 hissə) və Cavabdeh oğlunun (2\5 hissə) ( 01.09.2020-ci il , **********) paylı mülkiyyətindədir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin AA № 523461 saylı Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bərdə rayon Otuzikilər kəndində yerləşən ümumi sahəsi 2.36 ha olan torpaq sahəsinin hüquq sahibi X10, İddiaçı, X12, və Cavabdeh oğludur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin AA № 524856 saylı Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bərdə rayon Otuzikilər kəndində yerləşən ümumi sahəsi 2.36 ha olan torpaq sahəsinin hüquq sahibi X10, X9, İddiaçı, X12 və Cavabdeh oğludur. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 15.12.1998-ci il tarixli, 15 nömrəli qərarı ilə 2.36 ha torpaq sahəsi X3, İddiaçı, X6, Quliyev Tural Rəfail oğlunun, Quliyev Toğrul Rəfail oğlunun mülkiyyətinə verilmişdir. Bərdə rayon Otuzikilər kəndində yerləşən paylı mülkiyyətdə ümumi sahəsi 2.36 ha olan torpaq sahəsinin 11.11.2006-ci il tarixdə mülkiyyətçilərdə Quliyev Tural Rəfail oğlu ona məxsus olan 0.47 ha hissəsini , Quliyev Toğrul Rəfail oğlu 30.07.2020-ci il tarixdə ona məxsus 1\5 hissəsini Cavabdeh oğluna satmışdırlar. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edtmyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu qəbul etdiyi bir çox qərarlarında qeyd etmişdir ki, beynəlxalq hüquqda (İnsan hüquqları haqqında ümumi Bəyannamənin 8-ci maddəsi, Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir (MPM-in 9.1, 9.3 və 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi 3 hissədən; JN-324 KOD-61018018 saylı Dövlət Aktı ilə onlara məxsus olan torpaq sahəsindən çıxarılması, 11.11.2006-cı il tarixdə AN-İ № ******* saylı və 30.07.2020-ci il tarixdə AN-İ № ******* saylı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və alqı-satqı müqavilələrindən doğan hüquqi sənədlərin, yəni 23.07.2020-ci və 01.09.2020-ci il il tarixli çıxarışların etibarsız hesab edilməsi ibarətdir. Tələblər bir biri ilə qarşılıqlı surətdə əlaqəli tələb olduğundan qarşılıqlı surətdə hər birinə qiymət verilməklə nəticəyə gəlmək olar. Məhkəmə ilk olaraq iddia tələbinin 11.11.2006-cı il tarixdə AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin və onun nəticəsi olaraq 23.07.2020-ci il tarixli çıxarışın etibarsızlığına qiymət verməyi zəruri bilir. İşdən göründüyü kimi, AN-İ № ******* saylı 11.11.2006-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən Quliyev Tural Rəfail oğlu Bərdə rayon Otuzikilər kəndində yerləşən ümumi sahəsi 2.36 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus olan 0.47 ha hissəsini Cavabdeh oğluna satmışdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər huquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında muqavilələr notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət huququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə kecir. Mülki Məcəllənin 389.1-ci maddəsində müqavilənin anlayışı verilmişdir. Həmin anlayışa görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki huquq munasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yonəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 337.1-ci maddəsinin tələbinə görə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 34-cü fəslində əqdin etibarsızlığına səbəb olan halların təsnifatını vermiş və həmin hallardan birinin mövcudluğu əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (Mülki Məcəllənin 390.1. və 405.1. maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi tərəflər öz iradə ifadələrini realizə edərək mövcud alqı-satqı müqavilələrini bağlamışlar. Məhkəmənin fikrincə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Məhkəməhəmçinin qeyd edir ki, əqdin etibarsızlığına dair müddət 1 il müəyyən olunmuşdur. Belə ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.http://www.e-qanun.az/alpidata/code/data/0/c_c_8.htm Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Sadalanan qanunverivi normalarını nəzərə alan məhkəmə hesab edir ki, AN-İ № ******* saylı 11.11.2006-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi və onun hüquqi nəticəsi olan 23.07.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı etibarsız hesab oluna bilməz. Məhkəmə iddia tələbinin AN-İ № ******* saylı 30.07.2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı- Satqı Müqaviləsi və onun hüquqi nəticəsi olaraq verilmiş 01.09.2020-ci il tarixli çıxarışın etibarsız hesab olunması ilə bağlı aşağıdakıları qeyd edir. İşdən görünür ki, Quliyev Toğrul Rəfail oğluBərdə rayon Otuzikilər kəndində yerləşən ümimi sahəsi 2.36 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus olan 1\5 hissəsini Cavabdeh oğluna satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Həmin Məcəllənin 218.2-ci maddəsinə əsasən, payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Həmin Məcəllənin 218.4-ci maddəsinə əsasən, payı satın almaqda üstünlük hüququnun güzəşt edilməsinə yol verilmir. Məhkəmə hazırkı iddiaya münasibətdə qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh X.Pənahovda həmin torpaq sahəsinə münasibətdə 1/5 hissədə pay hüquq var. Lakin qanunverici payı digər payçılara yox 3-cü şəxsə satılmasına münasibətdə qeyd etsə də, hazırkı halda cavabdeh X.Pənahov da digər payçılara münasibətdə 3-cü şəxs statusu əldə etmiş olur. Həmçinin işdən görünmür ki, X13 digər payçılara münasibətdə MM-nin 218.2-ci maddələrinin tələblərinə uyğun, yəni satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş vermişdir.(yəni belə bildiriş göndərilməmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 4 aprel 2014-ci il tarixli qərarına əsasən ümumi mülkiyyətin növləri birgə mülkiyyət və paylı mülkiyyətdən ibarətdir. Ümumi əmlak üzərində sərəncam verilməsi birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Göründüyü kimi alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə iddia tələbinin torpaq sahəsindən çıxarılma hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə də tələb qismən təmin olunmalıdır. Belə ki, X8 məxsus olan torpaq sahəsinə aid hissədən Cavabdeh çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı qızının cavabdeh Cavabdeh oğluna qarşı “JN-324 KOD-61018018 saylı Dövlət Aktı ilə onlara məxsus olan torpaq sahəsindən çıxarılması,11.11.2006-cı il tarixdə AN-İ № ******* saylı və 30.07.2020-ci il tarixdə AN-İ № ******* saylı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və alqı-satqı müqavilələrindən doğan hüquqi sənədlərin, yəni 23.07.2020-ci və 01.09.2020-ci il il tarixli çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iddiası qismən təmin olunsun. Cavabdeh oğlu ilə Quliyev Toğrul Rəfail oğlu arasında bağlanan 30.07.2020-ci il tarixdə AN-İ № ******* saylı alqı-satqı müqaviləsi tam və həmin alqı-satqı müqaviləsinin nəticəsi olan 01.09.2020-ci il tarixli, **********47 reystr nömrəli çıxarış qismən- Quliyev Toğrul Rəfail oğlunun Bərəd rayonu, Otuzikilər kəndi ərazisində yerləşən torpaq sahəsinin 1/5 hissəsinə münasibətdə etibarsız hesab olunsun. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-207/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-207/2021
26.01.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver