Məhkəmə qərarları › İş №2(021)-207/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-207/2023

14.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-207/2023 14.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı Həsənzadə Fərı̇ d Sübhan oğlunun, iddiaçının vəkili- nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Həsənzadə Fərı̇ d Sübhan oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxs Bərdə Regional ASAN Xidmət mərkəzində Notariat ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və özbaşına tikilmiş fərdi yaşayış evinin cavabdehlər tərəfindən sökülməsi , cavabdehin həmin torpaq sahəsindən çıxarılması , torpaq sahəsinin əməli istifadəyə verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Həsənzadə Fərı̇ d Sübhan oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxs Bərdə Regional ASAN Xidmət mərkəzində Notariat ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və özbaşına tikilmiş fərdi yaşayış evinin cavabdehlər tərəfindən sökülməsi , cavabdehin həmin torpaq sahəsindən çıxarılması , torpaq sahəsinin əməli istifadəyə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Həsənzadə Fərı̇ d Sübhan oğlu məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək, işin baxılmamış saxlanılmasını xahiş etdi. İddiaçının vəkili-nümayəndəsi X2 məhkəmə hazırlıq iclasında işin baxılmamış saxlanılmasını xahiş etdi. Cavabdehlərə, üçüncü şəxsə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə hesab edir ki, ərizə və ərizəyə əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılmalıdır. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 saylı 24 dekabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında qeyd olunur ki: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.”; MPM-nin 170.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud Ərizəçi nın vəsatəti ilə ərizə qaytarıla bilər. MPM-in 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Ərizəni nəzərə alan məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, iddiaçı Həsənzadə Fərı̇ d Sübhan oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxs Bərdə Regional ASAN Xidmət mərkəzində Notariat ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və özbaşına tikilmiş fərdi yaşayış evinin cavabdehlər tərəfindən sökülməsi, cavabdehin həmin torpaq sahəsindən çıxarılması , torpaq sahəsinin əməli istifadəyə verilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı Həsənzadə Fərı̇ d Sübhan oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxs Bərdə Regional ASAN Xidmət mərkəzində Notariat ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və özbaşına tikilmiş fərdi yaşayış evinin cavabdehlər tərəfindən sökülməsi , cavabdehin həmin torpaq sahəsindən çıxarılması , torpaq sahəsinin əməli istifadəyə verilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı Həsənzadə Fərı̇ d Sübhan oğlu tərəfindən dövlət rüsumu kimi ödənilmiş 60 (altmış) manat geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar