Məhkəmə qərarları › İş №2(021)-2070/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2070/2021

24.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2070/2021 24.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X12 katibliyi Ərizəçi Ərizəçi nümayəndəsi X9 Ərizəçinin vəkili X10 iştirakı ilə Ərizəçi qohumluq faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhumə bacısı X4 onun bacısı olması faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 kənd ünvanında yaşayır. X3 , anası isə X5r. Birgə nikah dövründən o və 01 iyun 1949-cu il təvəllüdlü bacısı X13 anadan olmuşdur. Bacısı 28 dekabr 2006-cı il tarixdə vəfat etmişdir. Mərhumə bacısı vəfat etməmişdən qabaq onun bütün qayğıları ilə o maraqlanmış, onunla birlikdə ünvan 1 kəndində yaşamışdır. Vəfat etdiyi zaman isə bütün yas mərasimlərini o təşkil etmişdir. Bacısının ondan başqa yaxın qohumu qalmamışdır. X24 vəfat etdikdən sonra onun bütün təsərrüfatları ilə o məşğul olmuşdur. İndi isə bacından ona qalmış torpaq sahəsini öz adına sənədləşdirmək istəyir. Çünki bacının yeganə varisi olaraq o qalmışdır. Bununla bağlı Asan xidmət mərkəzin notariat kontoruna müraciət etdikdə isə ondan mərhumə bacısı X4 onunla qohum olmasına görə hər hansı bir sənədi tələb edirlər. Bunun üçündə mərhumə bacısından qalmış torpaq sahəsini onun adına sənədləşdirməkdən imtina edirlər. Bunun üçündə məcbur qalıb X4 onun bacısı olmasını təstiq etmək üçün məhkəməyə müraciət edir. X4 onun bacısı olması yəni qohumluq faktı məhkəmə qətnaməsi ilə təsdiq edilməlidir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X16 ərizəni müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzi notariat ofisinib xüsusi notariusu Mərdan Həsənzadə məhkəməyə məktub göndərərək məhkəmə iclasında iştirak etməməsini üzürlü hesab edib qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdəki sübutları araşdırıb, şahidləri dindirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X17, X6 və X11 izahat verərək göstərmişlər ki, Ərizəçi ilə X13 bacı qardaşdırlar. X13 28 dekabr 2006-cı ildə vəfat etmişdir. Sonuncu ölən vaxtadək qardaşı Ərizəçi yanında yaşamışdır. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 may 2018-ci il tarixli arayışdan müəyyən olunur ki, X18 28 dekabr 2006-cı ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Yenidaşkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 280 saylı 25 may 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, mərhumə X13 vəfat edənə kimi ünvan 1 kəndində yaşamış və vəfat etdikdən sonra ailə üzvü-qardaşı Ərizəçi qalmışdır. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-541 KOD 61000038 saylı dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat komissiyasının 20 noyabr 1997-ci il tarixli 18 nömrəli qərarına əsasən ünvan 1 kənd sakini X7 0,24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin “notariat hərəkətlərinin aparılmasından imtina edilməsi” barədə 31 may 2021-ci il tarixli qərarından müəyyən olunur ki, miras qoyan X8 əmlakına dair Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üzrə notariat hərəkətlərinin aparılmasından imtina edilmiş, ərizəçiyə izah edilmişdir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin tələblərinə görə notarial hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə notariusun yerləşdiyi yerin məhkəməsinə-Bərdə Rayon Məhkəməsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.8-ci maddəsinə əsasən şikayət verə bilər. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 284-05/09 saylı 30 aprel 2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi bacısına doğum haqqında şəhadətnamə almaq üçün Bərdə rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, Bərdə rayon Qeydiyyat şöbəsi bacısının doğum haqqında akt qeydini bərpa etməkdən imtina etmiş və məhkəməyə müraciət etməsini məsləhət görmüşdür. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 nömrəli Qərarında qeyd olunur ki, qohumluq münasibəti faktlarının müəyyən edilməsinə yalnız bu münasibətlər hüquqi nəticə verdikdə yol verilir (vərəsəlik əmlakı almaq, təqaüd almaq hüququnu rəsmiləşdirmək və s.). Məhkəmələrə izah olunmuşdur ki, vərəsəlik məsələlərini həll etmək məqsədilə miras qoyanla qohumluq münasibəti faktı o vaxt müəyyən oluna bilər ki, ərizəçi qanun üzrə vərəsəliyə çağırılmış şəxslərin dairəsinə daxil olsun. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri, toplanmış və tədqiq olunmuş sübutların məcmusu ilə təsdiq olundu ki, mərhumə X2 Novruz Səyyad oğlu ilə bacı-qardaş olduğundan, onların qohumluq münasibətində olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X1 Ərizəçi bacısı olması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar