Məhkəmə qərarları › İş №2(021)-2072/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2072/2024

27.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2072/2024 27.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X7 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 (bundan sonra ərizəçi və ya Ərizəçi1), Ərizəçi2 (bundan sonra ərizəçi və ya Ərizəçi2), Ərizəçi3 (bundan sonra ərizəçi və ya Ərizəçi3) və Ərizəçi4 (bundan sonra ərizəçi və ya Ərizəçi4) maraqlı şəxs Azərbaycan Respublikası Milli Arxiv İdarəsi olmaqla, “”İskra” kooperativinin yaradılması faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək 15 noyabr 1988-ci ildə Ağdərə rayonu ərazisində təsis edilmiş, nizamnamə əsasında fəaliyyət göstərən “İskra” kooperativinin yaradılması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizələrini onunla əsaslandırmışlar ki, “İskra” Kooperativi tərəflərindən 15 noyabr 1988-ci ildə Ağdərə rayonu ərazisində yaradılmışdır. Həmin kooperativ nizamnamə əsasında fəaliyyət göstərir. Ağdərə rayonu təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra, Ağdam Rayon İcra Hakimiyyəti Başçısının 22 aprel 1998-ciil tarixli, 49 saylı qərarı ilə qoyunçuluğun inkişafı ilə əlaqədar 16 h saylı dövlət qış otlaq fondundan, 21 h saylı dövlət qış otlaq fondundan, 22 h saylı dövlət qış otlaq fondundan və 23 h dövlət qış otlaq fondundan torpaq sahəsi ayrılaraq həmin kooperativin istifadəsinə verilmişdir. Torpaqdan müvəqqəti istifadə hüququna dair JN 0391, KOD -90700001 saylı şəhadətnamə verilmişdir. “İskra" Kooperativinin rəhbərliyi İmişli Rayon İcra Hakimiyyətinə müraciət edərək, Kooperativə Ağdam Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 49 saylı sərəncamı ilə İmişli rayonu ərazisində yerləşən və əvvəllər Ağdam rayonuna təhkim edilmiş, 16 h, 21 h, 22 h və 23 h saylı dövlət qış otlaq fondundan verilmiş torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 60 saylı qərarına əsasən İmişli Rayon İcra Hakimiyyətinin sərəncamına qaytarıldığı üçün həmin qış otlaq sahəsinin yenidən Kooperativin adına sənədləşdirilməsıni xahiş etmişdir. İmişli Rayon İcra Hakimiyyəti Başçısının 05 sentyabr 2014-cü il tarixli, 180 nömrəli sərəncamına əsasən 16 h saylı dövlət qış otlaq fondundan, 21 h saylı dövlət qış otlaq fondundan, 22 h saylı dövlət qış otlaq fondundan və 23 h dövlət qış otlaq fondundan torpaq sahəsi müvəqqəti istifadə hüququ ilə yenidən kooperativin icarəsinə verilmişdir. Hazırda icarə müqaviləsi qüvvədədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən “İskra” koopertivinin sədri Ərizəçi1 ünvanlanmış 06 avqust 1996-cı il tarixli məktubda qeyd edilmişdir ki, hüquqi şəxslərin qeydiyyatı haqqında “Azərbaycan Respublikasının 6 fevral 1996-cı il qanununun 2-ci maddəsinə əsasən bu qanun qəbul edilənədək bu orqanlarda dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədlərinin müvafiq ədliyyə orqanlarına təhvil verilməsi və onların bu orqanlarda uçota alınması müəyyən edilmişdir. Buna əsasən “İskra” kooperativi 5 dekabr 1988-ci il tarixli, 4-286 saylı qərarla Ağdərə (keçmiş Mardakert) rayonu icra hakimiyyətində qanunvericiliklə müəyyən olunmuş qaydada rəsmi dövlət qeydiyyatına alındığı üçün statusunu itirmir və onun yenidən Ədliyyə Nazirliyində qeydə alınması tələb olunmur. Əlavə olaraq qeyd edirik ki, hazırda kooperativə məxsus torpaq sahəsini dövlət reystrində qeydiyyata aldırmaqla çıxarış əldə etmək istəyirlər. Lakin sənədlərdə ziddiyyət olduğundan koopertavə məxsus torpaq sahəsini dövlət qeydiyyatına aldıra bilmirlər. Belə ki, “İskra” kooperativinin mövcud olub-olmaması ilə bağlı arxiv sənədləri tələb olunur, lakın koopertavə dair sənədlər Ağdərə rayon arxiv idarəsində qaldığından və erməni qəsbkarları tərəfindən məhv edildiyindən həmin arxiv sənədlərinin əldə olunması mümkün deyildir. “İskra” kooperativinə məxsus arxiv sənədlərinin əldə olunması ilə əlaqədar Azərbaycan Respublikasının Milli Arxiv idarəsinə müracit etmişlər, müraciətə cavab olaraq bildirilmişdir ki, Qarabağ və ətraf rayonların, o, cümlədən, Ağdərə rayonunun təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edilməsi və uzun müddət işğal altında saxlanılması səbəbindən sözügedən inzibati ərazi vahidləri çərçivisində dövlət mühafiziəsində olan arxiv sənədləri işğal zonasında qalmış və hazırda həmin sənədlər haqqında hər hansı məlumat mövcud deyildir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məhkəməyə ərizələrinin dəqiqləşdirilməsinə dair ərizə verərək ərizələrinin nəticə hissəsində “15 noyabr 1988-ci il tarixdə Mardakert (hazırkı adı Ağdərə) rayonu ərazisində tərəflərindən qəbul edilmiş nizamnamə əsasında fəaliyyət göstərən “İskra” Kooperativinin 5 dekabr 1988-ci il tarixli, 4- 286 nömrəli qərarla dövlət qeydiyyatına alınması faktının müəyyən edilməsi”nə dair qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizəni müdafiə edib ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi məhkəməyə 31 may 2024-cü il tarixli, 3-48-4/2-910/2024 nömrəli məktub göndərərək məhkəmə icraatına Milli Arxiv İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişlər. Qeyd olunan məktubda göstərilmişdir ki, Qarabağ və ətraf rayonların, o cümlədən Ağdərə rayonunun təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən vaxtilə işğal edilməsi və uzun müddət işğal altında saxlanılması səbəbindən sözügedən inzibati ərazi vahidləri çərçivəsində dövlət mühafizəsində olan arxiv sənədləri işğal zonasında qalmış və hazırda həmin sənədlər haqqında hər hansı məlumat mövcud deyildir. Respublikanın inzibati ərazi vahidlikləri çərçivəsində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların arxiv sənədləri qəbul mənbəyi siyahıları əsasında həmin inzibati vahidlik ərazisində fəaliyyət göstərən dövlət arxivlərinə təhvil verilmir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx xxx 1968-ci ildə Ağdərə rayonu Sırxavənd kəndində anadan olmuşdur və Ağdam rayonu Sırxavənd kəndində qeydiyyatdadır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxx 1967-ci ildə Ağdam rayonu Sırxavənd kəndində anadan olmuşdur və Ağdam rayonu Sırxavənd kəndində qeydiyyatdadır. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx xxxxxx 1956-cı ildə Ağdərə rayonu Sırxavənd kəndində anadan olmuşdur və Ağdam rayonu Sırxavənd kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 XX.XX.1932-ci ildə Ağdərə rayonu Sırxavənd kəndində anadan olmuşdur və Ağdam rayonu Sırxavənd kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 may 2024-cü il tarixli 618 nömrəli arayışdan görünür ki, Ağdam rayonundan məcburi köçkün Ərizəçi4 Bərdə rayonu Güloğlular kənd İƏD üzrə nümayəndəliyinin Şorəlli kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 may 2024-cü il tarixli, 617 nömrəli arayışdan görünür ki, Ağdam rayonundan məcburi köçkün Ərizəçi2 Bərdə rayonu Güloğlular kənd İƏD üzrə nümayəndəliyinin Şorəlli kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 may 2024-cü il tarixli, 616 nömrəli arayışdan görünür ki, Ağdam rayonundan məcburi köçkün Ərizəçi3 Bərdə rayonu Güloğlular kənd İƏD üzrə nümayəndəliyinin Şorəlli kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 may 2024-cü il tarixli, 615 nömrəli arayışdan görünür ki, Ağdam rayonundan məcburi köçkün Ərizəçi1 Bərdə rayonu Güloğlular kənd İƏD üzrə nümayəndəliyinin Divanlı kəndində yaşayır. “Kooperativ yaratmaq barədə” təsis qrupunun yığıncağının 15 noyabr 1988-ci il tarixli 1 nömrəli protokolundan görünür ki, Ərizəçi1 “İskra” Kooperativinə sədr vəzifəsinə təyin edilməsi, “İskra” kooperativinin nizamnaməsinin qeydiyyatdan keçirilməsinin Mardakert rayon xalq deputatları sovetindən xahiş edilməsi, “İskra” Kooperativinə torpaq sahəsinin ayrılmasının Mardakert rayon xalq deputatları sovetindən xahiş edilməsi qərara alınmışdır. İmişli Rayon İcra Hakimiyyəti Başçısının 05 sentyabr 2014-cü il tarixli, 180 nömrəli Sərəncamından görünür ki, “İskra” Kooperativi rəhbərliyinin müraciətinin nəzərə alınması və Kooperativə qoyunçuluğun inkişafı üçün 16 h saylı dövlət qış otlaq fondundan 236,0 ha, 21 h saylı dövlət qış otlaq fondundan 32,0 ha , 22 h saylı dövlət qış otlaq fondundan 134,0 ha və 23 h saylı dövlət qış otlaq fondundan 140,0 ha olmaqla, cəmi 542,0 ha torpaq sahəsinin müvəqqəti istifadə hüququ ilə yenidən icarəyə verilməsi; -“İskra” Kooperativinin rəhbərliyinə icarəsində olan qış otlaq sahəsindən torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq təyinatı üzrə istifadə olunmasını təmin etməsinin tapşırılması; -“İskra" Kooperativinə qoyunçuluğun inkişaf etdirilməsi üçün İmişli rayonu ərazisində yerləşən 16h, 21h, 22h və 23h saylı dövlət qış otlaq fondundan torpaq sahəsinin verilməsi barədə Ağdam rayonu icra hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 49 saylı Sərəncamının hüquqi qüvvəsini itirmiş hesab edilməsi; - Sərəncamın icrasına nəzarətin İmişli rayonu icra hakimiyyəti başçısının müavini- Aqrar məsələlər şöbəsinin müdirinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi İmişli rayon şöbəsinin müdrinə tapşırılması; -Sərəncamın surətinin icra və məlumat üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinə, 8 saylı ərazi vergilər idarəsinə və rayon statistika idarəsinə göndərilməsi qərara alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi İmişli rayon Şöbəsinin müdiri Vüqar Məmmədovun, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi İmişli rayon Şöbəsinin baş məsləhətçisi Tofiq Həsənovun, “İskra” Kooperativinin sədri X2 iştirakı ilə tərtib edilmiş 04 sentyabr 2014-cü il tarixli aktdan görünür ki, “İskra” Kooperativi rəhbərliyinin İmişli Rayon İcra Hakimiyyətinə daxil olmuş məktubuna əsasən Kooperativə Ağdam Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 49 saylı sərəncamı ilə əvvəllər Ağdam rayonuna təhkim edilmiş İmişli rayonu ərazisində yerləşən 16h saylı dövlət qış otlaq fondundan 236.0 ha, 21h saylı dövlət qış otlaq fondundan 32.0 ha, 22h saylı dövlət qış otlaq fondundan 134 ha və 23h saylı dövlət qış otlaq fondundan 178,0 ha olmaqla, cəmi 580.0 ha torpaq sahəsi verilmişdir. “İskra" Kooperativi rəhbərliyinin müraciətinə əsasən həmin əraziyə naturada baxılaraq göstərilən dövlət qış otlaq fondundan cəmi 542.0 ha torpaq sahəsinin 1626 baş qoyunlarını saxlamaq məqsədi ilə yenidən Kooperativin adına sənədləşdirilməsi üçün cizgi-xəritəsi tərtib edildi. Qış otlaq sahəsinin bitki örtüyü əsasən quşotundan ibarətdir. Həmin qış otlaq sahəsinin qoyunçuluğun inkişafı üçün “İskra” Kooperativinin müvəqqəti istifadəsinə verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam filialının 05 dekabr 2023-cü il tarixli, 115 nömrəli məktubundan görünür ki, Ağdərə ( keçmiş Mardakert) rayon icra hakimiyyətinin 05 dekabr 1988-ci il tarixli, 4-286 saylı qərarı filiala təhvil verilmədiyi üçün filialda mühafizə olunmur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 06 avqust 1996-cı il tarixli məktubundan görünür ki, “Hüquqi şəxslərin qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 06 fevral 1996-cı il tarixli Qanununun 22-ci maddəsinə əsasən bu Qanun qəbul edilənədək bu orqanlarda dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədlərinin müvafiq ədliyyə orqanlarına təhvil verilməsi və onların bu orqanlarda uçota alınması müəyyən edilmişdir. Buna əsasən “İskra” Kooperativi 05 dekabr 1988-ci il tarixli, 4-286 saylı qərarla Ağdərə (keçmiş Mardakert) rayon icra hakimiyyətində qanunvericiliklə müəyyən olunmuş qaydada rəsmi dövlət qeydiyyatına alındığı üçün öz statusunu itirmir və onun yenidən Ədliyyə Nazirliyində qeydə alınması tələb olunmur. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 05 sentyabr 2014-cü il tarixli, 59 nömrəli müqavilədən görünür ki, İmişli Rayon İcra Hakimiyyəti Başçısı 542 (beş yüz qırx iki) hektar torpaq sahəsini “İskra” Kooperativinin sədri X3 15 il müddətinə ili 1084 (bir min səksən dörd) manata icarəyə vermişdir. Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə görə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2-ci maddəsinə görə, məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İstinad olunan qanunvericilik normalarının tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, 15 noyabr 1988-ci il tarixdə Ağdərə (keçmiş Mardakert) rayonu ərazisində nizamnamə əsasında fəaliyyət göstərən “İskra” Kooperativinin 5 dekabr 1988-ci il tarixli, 4-286 nömrəli qərarla dövlət qeydiyyatına alınması faktı ərizəçilərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, 15 noyabr 1988-ci il tarixdə Ağdərə (keçmiş Mardakert) rayonu ərazisində nizamnamə əsasında fəaliyyət göstərən “İskra” Kooperativinin 5 dekabr 1988-ci il tarixli, 4-286 nömrəli qərarla dövlət qeydiyyatına alınması faktı müəyyən olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçilər həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişlər. Göstərilən faktın müəyyən olunması isə ərizəçilərə Kooperativin yenidən bərpa olunması ilə əlaqədar olaraq lazımdır. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçilərin tələbi qanuni və əsaslı olduğuna görə təmin edilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, ərizəçilər öz tələblərini mötəbər sübutlarla sübut edə bilmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4, maraqlı şəxs Azərbaycan Respublikası Milli Arxiv İdarəsi olmaqla, “”İskra” kooperativinin yaradılması faktının müəyyən edilməsi” tələbinə dair ərizələri təmin edilisin. 15 noyabr 1988-ci il tarixdə Ağdərə (keçmiş Mardakert) rayonu ərazisində nizamnamə əsasında fəaliyyət göstərən “İskra” Kooperativinin 5 dekabr 1988-ci il tarixli 4- 286 nömrəli qərarla dövlət qeydiyyatına alınması faktı müəyyən edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar