Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2074/2023 29.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətçinin pozulmuş hüquqlarının aradan qaldırılması, torpaqdan sahəsindən çıxarılma tələbinə dair iddia üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inizbati binasında işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Bərdə rayonu, Əliyanlı kəndində yerləşən mülkiyyətlərinə olan ümumi sahəsi 1.1904 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.50 ha olan hissəsindən istifadə hüququnun Cavabdeh tərəfindən pozulması hərəkətlərinə son qoyulması, cavabdehin həmin 0.50 hektar torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon Aqrar istehsalat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli 08 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə Bərdə rayonu, Əliyanlı kəndinin ərazisində 1,1904 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Bununla bağlı onlara 24 fevral 2023-cü il tarixdə qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyatı haqında Daşınmaz əmlakın Dövlət reysterindən çıxarış təqdim edilmişdir və 24 fevral 2023-cü il tarixli qeydiyyat Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bərdə rayonu, Əliyanlı kəndində yerləşən kənd təsərrüfat təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət kimi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. 1998-ci il tarixdən xüsusi mülkiyyəti olan həmin kənd təsərrüfatı təyiatlı torpaq sahəsinin 0,69 hektarın özləri əkib becərmişdir. Lakin 1998-ci il tarixdən bu günə qədər ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsinin 0.50 hekatarını istifadə edə bilmirlər. Çünki həmin 0.50 hektar rotpaq sahəsi onlara tanıdılmamışdır və bu illər ərzində istifadə edə bilməmişdir. Yalnız DƏDRX 7 saylı Bərdə ərazi İdarəsinə torpaq sahəsinin tanıdılması üçün ərizə ilə müraciət edəndən sonra 03 aprel 2023-cü il tarixdə idarənin əməkdaşı tərəfindən mülkiyyətlərində olan ümumi sahəsi 1,1904 hektar torpaq sahəsinin 0,50 hektar olan hissəsi torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən GPS aləti ilə naturada təyin edilərək ona tanıdıldı. Bu barədə 7 saylı Bərdə Ərazi İdarəsinin əməkdaşı tərəfindən akt tərtib edildi. Həmin torpaq ona tanıdıldan sonra məlum oldu ki, 1998-ci il tarixdən bu günə qədər, Bərdə rayonu, Əliyanlı kəndindən yaşayan cavadbeh Cavabdeh onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin 0,50 hektar sahəsində kənd təsərrüdatı təyinatlı bitkilər əkib becərərək mənfəət götürmüş və onlara torpaq sahələrindən istifadə etməyə imkan verməmişdir. Onların isə yeganə dolanışıq mənbəyi torpaq sahəsidir. Çünkü heç biri digər sahədə işləmirlər. Bərdə Rayon Aqrar İstehsalat Komissiyası tərəfindən həmin kənd təsərrüfat təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə veriləndən sonra 0,69 hektar özləri əkib-becərmişdir, dövlət tərəfindən verilən subsidyanı da özləri almışdır, torpaq sahəsinin vergilərini özü ödəmişdir. Həmin akta görə mübahisəli torpaq sahəsi ona və ailə üzvlərinə məxsus torpaq sahəsidir. Dəfələrlə tələb etməsinə baxmayaraq verməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE 175953 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxx 1962-ci ildə Qubadlı rayonunda doğulmuşdur, Bərdə rayonu, Əliyanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 15157627 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X3 05 iyul 1965-ci ildə Qubadlı rayonunda doğulmuşdur, Bərdə rayonu, Əliyanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 16856790 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 04 yanvar 1992-ci ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə rayonu, Əliyanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X13 28 noyabr 1987-ci ildə doğulmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X11 03 noyabr 1989-cu ildə doğulmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X12 31 dekabr 1995-ci ildə doğulmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, Cavabdehu xx xxxxx 1971-ci ildə doğulmuşdur. İş materiallarında olan ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Ryestrindən Çıxarışın suurətindən müəyyən olunur ki, İddiaçı, X1, X6, X4, X5, X2 ümumi birgə mülkiyyətinə Bərdə rayonu, Əliyanlı kəndində 1.1904 ha torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan 03 aprel 2023-cü il tarixli aktdan müəyyən oluunur ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsi naturada özünə tanıdılmışdır. İş materiallarında olan Bərdə Rayon Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 741 nömrəli, 04 aprel 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayonu, Kələntərli kəndində qeydiyyatdadır, hal-hazırda Bakı şəhərində yaşayır. İş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-2074/2023 saylı, 23 iyun 2023-cü il tarixli qərardadı ilə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş rəydə göstərilmişdir ki, İddiaçı mülkiyyətinə iki hissədən ibarət olmaqla birinci hissə 0.50, ikinci hissə 0.69 ha torpaq sahəsi nəzərdə tutulmuşdur.Həmin torpaq sahəsinin İ hissəsi cavabdeh X15 tərəfindən naturada istifadə edilir. İddiaçı mülkiyyətində olan İ hissədə yerləşən 0.50 ha torpaq sahəsi cavabdeh X15 tərəfindən istifadə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və X10 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və X10 haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X10 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mülkiyyətçinin pozulmuş hüquqlarının aradan qaldırılması, torpaqdan sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməlidir. Azərbaycan Rspublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddiaçı Cavabdeh qarşı mülkiyyətçinin pozulmuş hüquqlarının aradan qaldırılması və torpaqdan sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Bərdə rayonu, Əliyanlı kəndində yerləşən 0,50 ha torpaq sahəsindən istifadə hüququnun pozulması hərəkətlərinə son qoyulsun. Cavabdeh Bərdə rayonu, Əliyanlı kəndində, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla İddiaçı, X1, X6, X4, X5 və X2 ümumi birgə mülkiyyətində olan 0.50 torpaq sahəsindən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-2074/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2074/2023
29.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver