Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2075/2021 13.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibiBayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı cavabdeh Yusifov Yusif Sadıx oğluna qarşı evə köçmə tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin İnzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı Hümbətzadə Zülfünaz Elzamin qızı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iki uşağı ilə birlikdə cavabdeh Yusifov Yusif Sadıx oğlunun yaşadığı Bərdə rayonu, Mollagüllər kəndində yerləşən evinə köçürülməyinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Hümbətova Zülfünaz Elzamin qızı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh ilə 07 dekabr 2015-ci ildə rəsmi qeydiyyatdan keçməklə ailə qurmuşdur, ailə münasibətləri pozulduğundan Bərdə Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli 2(021)-2860/2020 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, 21 noyabr 2015-ci ildə anadan olmuş Yusifli Cahid Yusif oğlu və 14 iyuı 2017-ci ildə anadan olmuş Yusifli Cavid Yusif oğlu onun himayəsinddə qalmış və 2 uşağın saxlanaılması üçün hər ay hər uşağa görə cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment kəsilmişdir. Hazırda o iki uşağı ilə birlikdə valdeynlərinin himayəsində qalmış və 2 uşağın saxlanılması üçün hər ay hər uşağa cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment kəsilmişdir. Hazırda o, iki uşağı ilə birlikdə valdeynləri himayəsində yaşayır. Cavabdeh yaşadığı evdə onun yaşamağına imkan vermir. Ona görə də məcbur olub iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı Hümbətzadə Zülfünaz Elzamin qızı məhkəməyə ərizə verərək, işə iştirakı olmadan baxılmaqla, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Yusifov Yusif Sadıx oğlu məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdeh Yusifov Yusif Sadıx oğlunun məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Seriya AA ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Hümbətzadə Zülfünaz Elzamin qızı 22 sentyabr 1993-cü il tarixdə anadan olmuşdur. Belə ki, iş materiallarında olan Seriya AZE 1******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh oğlu xx xxxx 1987-ci ildə doğulmuşdur, Bərdə rayonu, Mollagüllər kəndində yaşayır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə rayonu, Çələbilər kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 26 nömrəli, 22 yanvar 2021-ci il tarixli arayışdan görünür ki, Hümbətzadə Zülfünaz Elzamin qızı Bərdə rayonu Çələbilər kəndində yaşayır. İş materiallarında olan AZ-İİİ 615339 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Yusifli Cahid Yusif oğlu 21 noyabr 2015-ci ildə doğulmuşdur, atası Yusifov Yusif Sadıx oğlu, anası İddiaçı Elzamin qızıdır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-2860/2020 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, Hümbətzadə Zülfünaz Elzamin qızının Cavabdeh qarşı nikahın pozulmuş, uşaqların himayədə saxlanılması və aliment tələbinə dair ilk iddiası təmin edilmiş, İddiaçı ilə cavabdeh Yusifov Yusif Sadıx oğlu arasında Bərdə Regional “Asan-Xidmət” Mərkəzi Qeydiyyat Şöbəsində 07 dekabr 2015-ci ildə bağlanmış və 529 nömrə ilə qeyd edilmiş nikahın pozulmuş, tərəflərin birgə nikahından 21 noyabr 2015-ci ildı anadan olmuş Yusifli Cahid Yusif oğlu və 14 iyul 2017-ci ildə anadan olmuş X7 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzfrə cavabdeh Hümbətzadə Zülfünaz Elzamin qızının himayəsində qalmış, 21 noyabr 2015-ci ildı anadan olmuş Yusifli Cahid Yusif oğlunun və 14 iyul 2017-ci ildə anadan olmuş X9 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh oğlunun aylıq və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment 16 sentyabr 2020-ci ildən başlyaraq tutulub Hümbətzadə Zülfünaz Elzamin qızına verilmiş, Yusifov Yusif Sadıx oğlundan 30 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilmiş, Cavabdeh Hümbətzadə Zülfünaz Elzamin qızına qarşı uşaq tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməmiş, qətnamənin aliment tələbinə dair hissəsinin dərhal icra edilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı İddiaçı Elzamin qızı ilə cavabdeh Yusifov Yusif Sadıx oğlu 07 dekabr 2017-ci il tarixdı faktiki nikaha daxil olub, rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Tərəflər bilrikdə Bərdə rayonu, Mollagüllər kəndində yaşamışlar. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Qanunvericiliyin yuxarıda qeyd edilmiş normalarından da müəyyən edildiyi kimi, yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Eyni zamanda, yaşayış binasından istifadə hüququnun əmələ gəlməsi və ya xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti kimi vəzifələri, eyni zamanda onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması hüququ vardır. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanunvericiliyin anologiya üzrə tətbiqi adlanan 11-ci maddəsinə istinad etməklə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin mənzil sahəsi üzərində istifadə hüququnun həyata keçirilməsi barədə müvafiq maddələrinin tətbiq edilməsi məqsədəuyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qaununvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Göründüyü kimi iddiaçı mübahisəli evə köçürülən zaman heç bir qeyd-şərt müəyyən edilməmiş və bu barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Eyni zamanda iddiaçının köçmək istədiyi fərdi yaşayış evi heç kimin adına qeydiyyatda deyil. Yəni iddiaçı və cavabdeh arasında iddianın predmetini təşkil edən münasibətlər yarandığı vaxt ev heç kimin adına qeydiyyatda olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Azərbaycan Respublikasının Konstitusiyanın 43-cü maddəsinin İ bəndinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, mübahisə predmeti olan fərdi yaşayış evi hazırda heç kimin adına qeydiyyatda deyil və həmin ev üzərində İddiaçı yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə yaşamaq hüququ var. Odur ki, iddia tələbi təmin edilməli, İddiaçı yetkinlik yaşına çatmaya övladları ilə birlikdə Cavabdeh məxsus Bərdə rayonu, Mollagüllər kəndində yerləşən evinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmaya övladları ilə birlikdə Bərdə rayon Zümürxan kəndində Cavabdeh məxsus evə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2075/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2075/2021
13.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver