Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-208/2025 21.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı və vəkili X17, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “miras əmlakın vərəsələr arasında bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı cavabdehlər X11 və X16 qarşı iddia ərizəsi ilə müraciət edərək, Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 may 1999-cu il tarixli 05 saylı qərarı ilə verilən 1.07 ha pay torpaq sahəsi və 0.42 ha həyətyanı torpaq sahəsindən X3 və qardaşı X12 payına düşən torpaq sahələrinin vərəsələr arasında bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, anası Bəşirova ( İsayeva ) Qəndili Qaçay qızı ilə X7 19 sentyabr 1973-cü il tarixdə rəsmi olaraq ailə qurub evlənmişlər. Birgə nikahlarından 4 (dörd) övladları anadan olmuşdur. Hazırki iş üzrə cavabdeh kimi qeyd etdiyi şəxslər onun doğma bacısıdırlar. X3 xx.xx.2005-ci il tarixdə, X7 xx.xx.1999-cu il tarixdə, qardaşı X21 isə xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X30 vəfat etməmişdən öncə onlara ailə üzvləri ilə birlikdə Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 may 1999-cu il tarixli 05 saylı qərarı ilə 1.07 ha pay torpaq sahəsi verilmişdir. Qeyd etdiyi 1.07 ha torpaq sahəsinə JN:150 KOD:61007028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmçinin anası ailə başçısı olmaqla onlara Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 may 1999-cu il tarixli 05 saylı qərarı ilə 0.42 ha həyatyanı sahəsi verilmişdir. Qeyd etdiyi 0.42 ha torpaq sahəsinə JN:064A KOD:61007028 saylı Torpağa mülkiyyət hüququna dair Şəhadətnamə verilmişdir. Onlara torpaq sahəsi verilən zaman o, ailə həyatı qurub başqa təsərrüfat olduğu üçün torpaq sahələrində onun adı qeyd olunmamışdır. Anası vəfat etməmişdən öncə də, vəfat edən gündən sonra da anasına məxsus olan torpaq sahəsini onlar istifadə etmişdirlər. Daha sonra qardaşı vəfat etdikdən sonra da o, anası və qardaşına məxsus olan torpaq sahəsini istifadə etmişdir. Qardaşı heç bir zaman ailə həyatı qurmadığı üçün onun heç bir varisi yoxdur. Hal-hazırda o, anasından və qardaşından miras qalan torpaq sahələrindən öz payına düşən torpaqları rəsmi olaraq öz adına sənədləşdirmək istəyir. Lakin hazırki iş üzrə cavabdeh kimi qeyd etdiyi bacıları X19 və İsayeva (Bəşirova) Maxrux Rəhman qızı onunla razılaşmırlar. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X25 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli qərarına əsasən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, anası vəfat edəndən sonra mübahisəli torpaq sahələrini mərhum qardaşı Şöhrət Bəşirov faktiki olaraq qəbul etmiş və istifadə etmişdir. Qardaşı 2024-cü ilin dekabrında vəfat etdikdən sonra həmin evə o köçmüş və həmin evdə yaşamış, torpaq sahələrindən istifadə etmişdir. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, anası vəfat edəndən sonra mübahisəli torpaq sahələrini mərhum qardaşı Şöhrət Bəşirov faktiki olaraq qəbul etmiş və istifadə etmişdir. Qardaşı 2023-cü ilin dekabrında vəfat etdikdən sonra həmin evə bacısı Reyhan köçmüş və həmin evdə o yaşayır, torpaq sahələrini o istifadə edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, X22 xx.xx.1948-ci il tarixdə anadan olmuşdur. Ata qrafası boş saxlanılmış, ana qrafasında ana adı X5 qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Çıxarışdan görünür ki, X24 ilə X22 xx.xx.1973-cü il tarixdə nikah bağlamışlar. Nikah bağladıqdan sonra arvada Bəşirova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdə anadan olmuşdur. X7, X3dır. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, X19 xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. X7, X3dır. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, X20 xx.xx.1977-ci il tarixdə anadan olmuşdur. X7, X3dır. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, X21 xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. X7, X3dır. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, X24 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, X18 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, X21 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Bərdə rayon İmamqulubəyli kəndində yaşamış X12 aşağıdakı ailə üvləri vardır: İddiaçı, X19 və Bəşirova (Vəliyeva) Maxrux Rəhman qızı. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Bərdə rayon Zümürxan kəndində yaşamış X8 aşağıdakı ailə üvləri vardır: İddiaçı , X19 və Bəşirova (Vəliyeva) Maxrux Rəhman qızı, X21. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-150 KOD- 61007028 saylı Dövlət Aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 05 nömrəli qərarı ilə 1.07 ha torpaq sahəsi Bərdə rayon İmamqulubəyli kənd sakini X8, X9, X10 və X12 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-064A KOD- 61007028 saylı Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 05 nömrəli qərarı ilə 0,42 ha torpaq sahəsi Bərdə rayon İmamqulubəyli kənd sakini X8, X9, X10 və X12 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Bərdə rayon İmamqulubəyli kəndində yaşamış X1nın adına olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə JN-064A KOD-61007028 saylı olan sənəddə 0.42 ha həyətyanı torpaq sahəsində 1980-cı ildə ev tikilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X21 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir, subay olmuşdur, evdə tək yaşamışdır, özündən başqa doğma 1 qardaş və 1 bacısı vardır. X4 vəfat edənə kimi 1,07 ha pay torpaq sahəsini və 0,42 ha həyətyanı torpaq sahəsini istifadə etmişdir və atasından qalmış mülkdə tək yaşamışdır. Onun vəfatından sonra Bərdə rayonnda yaşayan bacısı X2 həmin evdə yaşayır və həmin torpaq sahələrini istifadə edir. İş materiallarına əlavə olunmuş vəkilin vətəndaş Cavabdeh1 və Cavabdeh2 daimi qeydiyyatda olduğu yer barədə xx.xx.2024-cü il tarixdə Bərdə RPŞ-nin X15 daxil olmuş sorğusuna Bərdə Rayon Polis Şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü vət. Cavabdeh1 xx.xx.2013-cü il tarixdə Laçın RPŞ.QvSV qrupu tərəfindən AZE******** nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və o, Laçın şəh.N.Nərimanov küç ev 99,xx.xx.1977-ci il təvəllüdlü vət. Cavabdeh2 xx.xx.2023ci il tarixdə ASAN-Bərdə tərəfindən AA******* nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və o, ünvan 1i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 2 sakinləri X1 və X4nun adına 4 nəfər ailə üzvü ilə birlikdə JN-150 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 1.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (əkin) ve JN-64A torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.42 ha yaşayış məntəqələrinin torpaqları (həyətyanı) daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir. O cümlədən qeyd edilən əmlakların özgəninkiləşdirilməsi barədə məlumat daşınmaz əmlakın dövlət reyestrində aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Dövlət Notariat Arxivi tərəfindən məhkəmənin X8 və X12 ölməsi ilə bağlı vərəsəlik işinin açılıb-açılmaması, açıldığı halda vərəsəlik işinin surətinin istənilmesi barədə sorğusuna verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, «Elektron notariat» İnformasiya sistemində qeyd olunan şəxslərdən yalnız X8 miras əmlakına dair Bərdə regional "ASAN xidmət" mərkəzində notariat ofisində xx.xx.2024-cü il tarixdə 351 nömrəsi ilə vərəsəlik işinin açıldığı, lakin vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmədiyi müəyyən edilmişdir. Açılmış vərəsəlik işləri arxivə təhvil verilmədiyindən həmin sənədərin surətinin verilməsi imkan xaricindədir. İş materiallarına əlavə olunmuş İddiaçı Bərdə regional "ASAN-Xidmət" mərkəzində notariat ofisinə verilmiş xx.xx.2024—cü il tarixli ərizəsindən görünür ki, o, X6 qalmış miras əmlaka dair vərəsəlik işinin açılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Bərdə regional "ASAN-Xidmət" mərkəzində notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı 13 may 2024-cü il tarixdə ərizə ilə Bərdə regional "ASAN-Xidmət" mərkəzində notariat ofisinə müraciət edərək 28 mart 2005-ci ildə vəfat etmiş ünvan 2i ünvanında qeydiyyatda olmuş X3ndan qalmış miras əmlaka dair vərəsəlik işinin açılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən müvafiq məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1275-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər, o cümlədən mirası bölüşdürməyi üçüncü şəxsə etibar edə bilər. Üçüncü şəxsin qərarı aşkar ədalətsizdirsə, vərəsələr üçün məcburi deyildir. Bu halda bölgü məhkəmənin qərarı ilə aparılır. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014cü il 18 iyul tarixli Qərarı). Bundаn bаşqа, mülki qanunvercilik mirаs əmlakın vərəsələr arasında onların hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun olaraq bölüşdürülməsinin mümkünlüyü, paylarla bağlı vərəsələr arasında ixtilaflar və mübahisələr olduqda isə payların məhkəmə qaydasında bölüşdürülməsi və vərəsəlik hüquqlarının məhkəmə qaydasında müdafiə edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Həmçinin vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə, məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə bilərlər. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Lakin, nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olub-olmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 1297-1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar. Vərəsəliklə bağlı sonuncu qərarlardan olan Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli qərarının nəticə hissəsinə əsasən vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il Qərarına qədər qüvvədə olan: -Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. -Həmin məcəllənin 1273-1-cı maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1263-cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il Qərarında göstərilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, ünvan 2 sakinləri X1 və X4nun adına 4 nəfər ailə üzvü ilə birlikdə JN-150 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 1.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (əkin) və JN-64A torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.42 ha yaşayış məntəqələrinin torpaqları (həyətyanı) daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir. X1 2005-ci il tarixdə vəfat etmiş, X4 həmin miras əmlakları faktiki qəbul edərək vəfat edənə kimi 1,07 ha pay torpaq sahəsini və 0,42 ha həyətyanı torpaq sahəsini istifadə etmişdir və həmin mülkdə tək yaşamışdır. Onun vəfatından sonra isə bacısı X2 həmin evdə yaşayır və həmin torpaq sahələrini istifadə edir. İş üzrə tərəflər İddiaçı, Cavabdeh1 və Cavabdeh2 X1nın övladları olmaqla onun qanun üzrə birinci dərəcəli vərəsələridir. Beləlikə, məhkəmə hesab edir ki, hazırki iş üzrə X1na münasibətdə vərəsəlik münasibətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il Qərarından əvvəl, yəni 2005-ci il tarixdən yarandığından hazırki iş üzrə Mülki Məcəllənin həmin Qərarın qəbul olunmasına qədər qüvvədə olan 1246 və 1273-1-ci maddələri tətbiq olunaraq iddia tələbi rədd olunmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “miras əmlakın vərəsələr arasında bölünməsi” tələbinə dair iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-208/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-208/2025
21.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver